çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Talış kəndinin sakinləri ilə görüşüblər - FOTO

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kəndində Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev: Qarşıdan gələn bayram münasibətilə və Talış kəndinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Biz qayıtmışıq, əbədi burada yaşayacağıq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Baxın, bu Talış kəndinin birinci mərhələsidir. Görün nə qədər gözəldir. Göz oxşayır bütün binalar.

Sakinlər: Allah Sizi qorusun, Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Yəqin ki, uzağı bir ildən sonra qalan bütün 158 ev də tikiləcək.

Sakinlər: Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Burada mindən çox insan yaşayacaq. Ondan sonra minlərlə insan yaşayacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmişik, sizi də gətirmişik. Siz də artıq iki gündür ki, buradasınız, bilirəm.

Sakinlər: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Məşğulluqla bağlı, ictimai işlərdə işləməklə bağlı, dövlət işində işlə bağlı bütün məsələlər həll olunub. Qarabağ cənnətdir.

Qadın sakin: Azərbaycandır!

Prezident İlham Əliyev: Azərbaycandır!

Sakinlər: Şəkil çəkdirək.

Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək.

Kişi sakin: Çox sağ olun, Allah canınızı sağ eləsin. Bizə bu cür şərait yaratdığınız üçün Sizə minnətdarıq. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Harada yaşayırdınız?

Kişi sakin: Bərdə rayonunda. İndi isə öz kəndimizdəyik. Allah canınızı sağ eləsin.

Gənc qız: Cənab Prezidentimiz, mən Sizi Talış kəndinin gəncləri və sakinləri adından salamlayıram.

Prezident İlham Əliyev: Sağ olun.

Gənc qız: Mən bu dəqiqə ikiqat qürur duyuram. Çünki işğaldan azad edilmiş torpağımızda dayanmışam, Sizin qarşınızda dayanmışam. Bilirəm ki, biz hamımız, bu günü səbirsizliklə gözləyirdik. Çox şükür ki, biz bu günü gördük. Talış kəndinin işğaldan azad edilməsi mühüm əhəmiyyətə malik idi. Mən Sizə çox təşəkkür edirəm. Allah Sizi qorusun. Bir şey də deyim, gənclərə yaratdığınız şəraitə görə Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Allah Sizə ömür versin. Sevincimizin həddi-hüdudu yoxdur, Allah haqqı. İcazə verin şəkil çəkdirək, cənab Prezident.

Digər kişi sakin: Sizi verən Allaha qurban olum. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Görürsən, qız necə qucağımda durur?

Kişi sakin: Heç atasına gəlmir.

Qadın sakin: Babasına gəlir də, babasına. Sağ olun, çox təşəkkür edirik.

Kişi sakin: Cənab Prezident, bildirmək istəyirəm ki, biz iki qardaşıq. Elə ikimiz də bu kənd uğrunda döyüşmüşük. İkimiz də Sizin sayənizdə kəndimizə gəlmişik. Evlərimiz, həyətlərimiz hamısı çox gözəl, yüksək səviyyədədir. Çox sağ olun, minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.

Kişi sakin: Siz onsuz da masada qalib gəlmişdiniz, biz döyüş meydanında onlara bir daha göstərdik. Çox sağ olun hər şey üçün.

Prezident İlham Əliyev: Elədir, sağ olun.

Sakinlər: Allah Sizi qorusun. Çox sağ olun. Allah Sizi var eləsin.

Kişi sakin: Qardaşım da, mən də burada döyüşmüşdük.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Siz sağ olun.

Prezident İlham Əliyev: Bu döyüş çox önəmli idi, bilirsən. Bu, strateji nöqtə idi. Biz Talışı azad edəndən sonra ermənilər artıq gördülər ki, bu, ciddi məsələdir.

Kişi sakin: Bəli, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Prezidentlə bizim də şəklimizi çəkin.

Prezident İlham Əliyev: Gəlin çəkdirək.

Kişi sakin: Qarabağ Azərbaycandır!

Qadın sakin: Qızım da çox istəyərdi Sizinlə görüşsün, amma burada deyil, gələ bilmədi.

Prezident İlham Əliyev: Gələcək?

Qadın sakin: Gələcək.

Prezident İlham Əliyev: Burada yaşayacaq?

Qadın sakin: Bizə qonaq gələcək.

Kişi sakin: Allah Sizi qorusun, bizi evlə təmin etmisiniz. Çox sağ olun.

Prezident İlham Əliyev uşağa müraciətlə: De, nə deyəcəkdin?

Sakin: Deyir ki, babanın da bayramını təbrik edək.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Burada minalar çox idi, bilirsiniz.

Sakin: Bəli, 44 günlük döyüşlərdən sonra burada Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində İcma Mina Aksiyası komandasında çalışıram. Orada minalar var, təmizlənməsində iştirak edirəm.

Birinci xanım Mehriban Əliyeva: Cənab Prezident, bu gözəl qızı da yanınıza alın.

Prezident İlham Əliyev: Gəl, gəl.

Sakin: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol.

Sakin: Xoş gəlmisiniz. Minnətdarıq Sizə. Qürur duyuruq ki, gəldiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah Sizə ömür versin, cansağlığı versin ki, belə şərait yaratmısınız. Allah haqqı, sevincimizin həddi-hüdudu yoxdur.

Qadın sakin: Torpaqlarımız azad olundu, minnətdarıq.

Sakin: Bəli, əsas odur. Allah uzun ömür, cansağlığı versin. İnşallah, bütün Azərbaycan torpaqlarını Prezidentimiz birləşdirəcək, inanırıq biz buna.

Digər kişi sakin: Biz fəxr edirik ki, bizim belə güclü Prezidentimiz var, Qarabağ Azərbaycandır! Allah Sizə ömür versin, cansağlığı versin. Bu, hələ harasıdır.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sizin səmimiliyiniz adama bəs edir.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ ol qızım, çox sağ ol.

Sakin: Var olasınız.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Cənab Prezident, Allah Sizə dəyməsin, Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin hamımız birlikdə şəkil çəkdirək. İndi də hamımız “Qarabağ Azərbaycandır!” deyək.

Hamı bir ağızdan: Qarabağ Azərbaycandır!

Sakin: Burada bir kilsə var.

Prezident İlham Əliyev: Yuxarıda. Bəli, mən orada olmuşam.

Sakin: Orada bir kitab tapmışdıq, oxuyurdum orada, Osmanlı türkləri.

Digər sakin: Osmanlıya aiddir, albanlara aid deyil. Buranın birinci sakini də biz olmuşuq, axırıncı sakini də.

Prezident İlham Əliyev: Orada bir kilsə, bir də rus kilsəsi var idi. Mən keçən dəfə orada olanda gedib baxmışam. Yarı dağılmış vəziyyətdədir.

Sakin: Var idi yuxarıda, amma o, osmanlılara aid idi, çünki mən oradan bir kitab gətirib oxuyurdum, Osmanlı imperiyasına aid idi. Albanlara yox, osmanlılara aid idi o kilsə.

Prezident İlham Əliyev: İndi orada məscidin yeri də müəyyən olundu, məscid də tikiləcək.

Sakin: Buranın birinci sakini də biz olmuşuq, axırıncı sakini də. Çox gözəl idi. Mən burada üzümçülük briqadiri işləmişəm.

Prezident İlham Əliyev: O vaxt kolxoz var idi?

Sakin: Var idi, üzümçülük var idi. Mən burada camaatı üzümçülüyə öyrədirdim. Amma indi heç nə yoxdur.

Prezident İlham Əliyev: Süfrə üzümü, yoxsa texniki sortlar?

Sakin: Şərab üçün üzüm idi, çox gözəl. Üzüm bağlarının sahəsi çox böyük idi, 100 hektar. Bir də ki, çox gözəl ərik bağı var idi.

Prezident İlham Əliyev: İndi onların hamısını əkmək lazım olacaq. Torpaq çox, su var, havası gözəl. İndi kənd təsərrüfatı üçün ən gözəl şərait buradadır.

Sakin: Çox sağ olun, bəli, torpağı da münbitdir.

Prezident İlham Əliyev: Torpağı qara torpaqdır.

Sakin: Buranın çox bulaqları var idi, buradan çay axırdı, indi məəttəl qalmışıq, o çay yoxdur.

Prezident İlham Əliyev: Onlar bəzi yerlərdə, Qarabağda kanallar, gölməçələr tikiblər, ona görə kəsmişdilər. İndi hamısını siz yavaş-yavaş aşkar edəcəksiniz.

Sakin: Bax, orada, dağın dibində elə gözəl bulaqlar var idi.

Prezident İlham Əliyev: İndi də?

Sakin: Bu saat əsl turizm yeridir oralar.

Prezident İlham Əliyev: İçməli su?

Sakin: Bəli, içməli su, bulaqlar var orada.

Prezident İlham Əliyev: Burada məktəb tikilib, uşaqlar məktəbə gedəcəklər. Uşaq bağçası da var.

Sakin: Çox sağ olun, təşəkkür edirik.

Prezident İlham Əliyev: Əlbəttə, burada çox iş görülüb. Borcumuz idi bu torpaqları geri götürmək və bu torpaqları yenidən qurmaq, sizi də buraya yerləşdirmək.

Qadın sakinlər: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Bundan sonra biz buradan heç yerə getməyəcəyik, dünya dağılsa da yerimizdən tərpənməyəcəyik.

Prezident İlham Əliyev: Heç kim sizi tərpədə bilməz bundan sonra.

Sakin: Nümayəndələriniz də çox gözəl, səmimi. Minnətdarıq hamısına, çox yaxşı, çox razıyıq Sizdən. Allah razı olsun Sizdən, dövlətimizdən.

Prezident İlham Əliyev: Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin. Ən çox əziyyəti Siz çəkdiniz, cənab Prezident. Bütün dünya Sizinlə bacara bilmədi, maşallah olsun.

Digər sakin: Ürəyində çəkdi, bütün dünya da bacarmadı, var olsun.

Prezident İlham Əliyev: Siz durdunuz arxamda, ona görə də öldü var, döndü yoxdur, qurtardı getdi.

Sakin: Hər zaman da arxanızdayıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Bayram ərəfəsindəyik. Sizə yaxşı bayramlar arzulayırıq.

Sakin: Çox sağ olun, minnətdarıq cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ