Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan Zəngəzur mövzusunda ən dəhşətli zərbəni 100 il əvvəlki Fransa mətbuatından aldı…

Image


Qərbi Zəngəzur məsələsi gündəmə gəldikdən sonra bundan ermənilər həddindən artıq narahat olublar. Bütün güclərini səfərbər edərək, bu ərazinin “tarixi erməni torpağı” olduğu iddialarını davam etdirdikləri bir vaxda ermənipərəst Fransada 101 il əvvəl nəşr olunan bir məqalənin üzə çıxarılması Ermənistana sərt bir şillə kimi dəydi.

Mətbuatda Fransanın məşhur "L'Œuvre" qəzeti 1920-ci il 15 iyul tarixli sayında Zəngəzurun erməniləşdirildiyindən yazıb. "SSRİ Zəngəzuru erməniləşdirdi" başlıqlı yazı erməni saxtakarlığının hələ 1920-ci ildə Fransanın özünə də məlum olduğunu göstərir. 1920-ci ildə Fransa mətbuatı açıq şəkildə SSRİ-nin Zəngəzuru erməniləşdirdiyini, Azərbaycan torpağını Ermənistana verdiyini yazıb.

Qeyd edək ki, mətbuatda həmin qəzetin fotosu da paylaşılıb.

  • “Bu yazı Ermənistana Azərbaycan torpaqlarını hansı məkrli yollarla ələ keçirdiyini xatırladır…”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan indiki vaxtda Fransa mətbuatında 101 il əvvəl nəşr edilən yazı ilə vurulub. "Qərbi Zəngəzurun Azərbaycan torpağı olduğu və bu ərazinin Sovet Rusiyası tərəfindən Ermənistana verildiyi faktını 101 il əvvəlki fransız mətbuatı da təsdiqləyir. Vaxtilə fransız mətbuatında dərc edilən bu yazının üzə çıxarılması, bütövlükdə bu yazı Ermənistana Azərbaycan torpaqlarını hansı məkrli yollarla ələ keçirdiyini xatırladır. Elə bu ölkənin havadarlarına da mesaj verir ki, Azərbaycan ərazisini ermənilərə siz vermisiniz. Bu baxımdan, bizim əlimizdə kifayət qədər sübutlar var”.

F.Ələkbərlinin sözlərinə görə, Zəngəzurun bir hissəsinin necə erməniləsdirilməsi uzun müddət gizli saxlanılıb.

“Bu, bugünə qədər tam detalları ilə ortaya qoyulmayıb.

Xüsusilə də Sovetlər dönəmində bu məsələ işıqlandırılmayib, yaxud ortaya çıxarılmayıb. İnsanlar qeyri-obyektiv şəkildə məlumatlandırılıb. Azərbaycan xalqının bu məsələdə bilgisizliyindən istifadə edib, həqiqəti təhrif olunmuş formada təqdim ediblər. Çox az adamın əsl həqiqətdən məlumatı olub.

1920-ci ilin 27 aprel işğalından sonra Azərbaycan torpaqlarının parçalanması prosesi baş verdi. Əvvəlcə torpaqlarımızın bir qismində Ermənistan yaradıldı.

Sual olunur: 1920-ci ilin aprelindən noyabrına qədər digər torpaqları Sovet Rusiyası niyə işğal etmədi? O zaman 9 min kvadrat kilometrdə özünü elan etmiş Ermənistana toxunmadı?

Ermənistan yalnız 1920-ci il noyabr ayının 30-da Sovet Rusiyası tərəfindən işğal olundu. Yəni təxminən 5-6 ay müddətində Ermənistanın Azərbaycan torpaqları hesabına böyüdülməsi prosesi getdi. Azərbaycanın torpaqları hesabına Ermənistanın böyüdülməsində həm Sovet Rusiyası, həm də Qərb dövlətləri maraqlı idi. Ona görə də, həmin dönəmin iyul ayında fransız qəzetlərinin belə bir başlıqla yazı verməsi təsadüfi deyildi. Çünki məhz 1920-ci ilin iyulunda, başda Njde olmaqla, erməni terrorçuları Zəngəzurun bir hissəsini ələ keçirmişdi və birmənalı şəkildə bəyan edirdilər ki, “bu torpaqlar ancaq Ermənistana birləşdiriləcəyi təqdirdə onlar silahı yerə qoyacaq”. O zaman Fransa mətbuatında da bu məsələ diqqət mərkəzində idi, Avropada da həmçinin diqqətlə izləyirdi. Njde birmənalı şəkildə məhz Azərbaycan türklərinin yaşadıqları torpaqların, xüsusən də Zəngəzurun Ermənistana birləşdirilməsini tələb edirdi. Sovet Rusiyası da buna göz yumurdu. Ona görə deyirəm ki, məhz həmin dövrdə, 1920-ci ilin iyulunda Sovet Rusiyası 9 min kvadrat kilometrdə mövcud olan Ermənistana toxunmurdu. Onun ətrafının isə əksinə, erməni terrorçuları tərəfindən işğal olunmasına şərait yaradırdı. Faktiki olaraq, Azərbaycan SSR əli-qolu bağlı qalmışdı.

Niyə məhz 1920-ci ilin iyulunda Fransa mətbuatında bu kimi xəbərlər yayılırdı? Çünki ermeni terrorçuları Ermənistandan kənardakı yerləri - Zəngəzuru, Naxçıvanı və Qarabağın böyük bir hissəsini ələ keçirmək istəyirdilər. Əslində, plan belə idi ki, məhz 9 min kvadrat kilometrlik Ermənistani Ermənistandan kənardakı torpaqlar hesabına terrorçular böyütməlidir. Demək olar ki, bu mənfur plan qismən də olsa həyata keçirildi. Sözün açığı, məhz Zəngəzurun bir hissəsi, indiki anlamda desək Qərbi Zəngəzur Ermənistana verildi. Əvvəl ora Gorus, Qafan daxil idi, sonra 1929-cu ildə orada Mehri rayonu da yaradıldı. Yəni Zəngilan və Naxçıvan arasındaki 9 kəndin də Mehri rayonuna qatılması ilə Azərbaycanın ərazi bütövlüyü pozuldu”.

F.Ələkbərlinin sözlərinə görə, o zaman Sovet Rusiyası və Qərb dövlətlərinin məqsədi Zəngəzuru erməniləsdirmək idi.

F.Ələkbərli qeyd etdi ki, o vaxt məqsəd həm də Azərbaycanının quru torpaqları arasında bağları itirmək olub. Onun sözlərinə görə, həmin dövrdə Atatürk Naxçıvanla Türkiyə arasında ən azı Araz çayı üzərindən quru ərazidə sərhədin yaranmasına nail olmuşdu. Bu faktorun isə Sovet Rusiyasını və Qərb dövlətlərini ciddi narahat etdiyini deyən tarixçinin sözlərinə görə, onlar nə olursa olsun, çalışırdılar ki, Azərbaycanla Türkiyə arasında məhz sərhəd olmasın, olsa da ancaq Naxçıvanla məhdudlassın.

F. Ələkbərli deyir ki, Naxçıvan və Zəngilan arasındakı o torpaqların Ermənistan SSR-ə verilməsində də məqsəd o idi.

“Məqsəd Türk dünyasının quru torpaqlarda bağını qırmaq idi .

Bu işdə Fransa da, Sovet Rusiyası da maraqlı idi. Ona görə də Zəngəzurun bir hissəsi erməniləsdirildi. Sonradan da, bildiyimiz kimi, Qərbi Zəngəzurda yaşayan azərbaycanlıların da zaman-zaman öz doğma torpaqlarından uzaqlaşdırılmasına başladılar. 1988-ci ildən sonra isə bu proses tamamilə ermənilər tərəfindən həyata keçirildi. Bir sözlə, Zəngəzur məsələsi türk dünyası üçün çox önəmlidir. Yenidən bu məsələnin gündəmə gəlməsi də, Şərqi Zəngəzurla Qərbi Zəngəzurun adının paralel çəkilməsi də əslində Zəngəzur koridorunun mövcudluğunun bərpası üçün olduqca önəmlidir.

Fransa birmənalı şəkildə Ermənistana təzyiq göstərdi ki, nə olur olsun, Zəngəzur koridoru baş tutmasın. Çünki Türkiyə ilə Naxçıvan, Naxçıvanla Zəngilan arasındakı quru torpaqlarda hətta yolun açılmasını belə bir çox Avropa dövlətləri, xüsusilə də Fransa təhlükə kimi qarşılayır”.

Tarixçi bildirdi ki, 1920-ci ilin noyabr ayının 30-da Ermənistan SSR yarandıqdan 3-4 gün sonra, yəni dekabrın 3-də isə Sovet Rusiyasının təzyiqi ilə Qərbi Zəngəzur Ermənistana verildi. F.Ələkbərlinin sözlərinə görə, biz işğaldan azad etdiyimiz digər ərazilərimiz kimi, Qərbi Zəngəzuru və başqa ərazilərimizi də azad edəcəyik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ