Türkiyə Respublikasının Əskişəhər şəhərindən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Məmmədov Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Biz ölkəmizdən xaricdə yaşayan azərbaycanlılar Sizin bizə göstərdiyiniz doğru yolda irəliləyərək əlimizdən gələni etməyə, ölkəmiz üçün xeyirli işlər görməyə çalışırıq. Ümid edirəm ki, bizə olan etimadınızı doğrulduruq.
Mən də bu günlərdə "Diaspor xidmətinə görə" medalı ilə təltif olundum. Məqsədimiz hər zaman ölkəmizin mənafelərini qorumaq olub. Bundan sonra da belə olacaqdır.
Müzəffər Ali Baş Komandan, Sizlər bizə bu il ən böyük hədiyyəni - Qarabağın işğaldan azad edilməsi xəbərini vermisiniz. Bu Qələbəyə görə Sizə çox təşəkkür edirəm. Sizi əmin edirəm ki, fəaliyyətimizdə Sizə və Vətənimizə layiq olmağa çalışacağıq”.
Baki-xeber.com