“Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş onlayn konfransda iştirak etdim və “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunduğumu öyrəndim.
...Diqqətinizə görə təşəkkür edirəm və demək istəyirəm ki, bu mükafat mənim üçün qürur mənbəyidir, onu fəxrlə daşıyacağam.
Dərbənd şəhərinin Azərbaycan icmasının üzvləri adından Sizi Qələbə münasibətilə təbrik edirəm”. Bunu Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının Dərbənd şəhərindən ictimai xadim Qəni Panayev bildirib.
Baki-xeber.com