“Məktubuma ulu öndər Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” Bu gün isə həm də özümü xoşbəxt hiss edirəm ki, bizim Sizin kimi güclü, savadlı, uzaqgörən, bütün dünyada öz sözünü deməyi bacaran, hər dəqiqə xalqını, millətini düşünən Prezidentimiz var. Məhz Sizin sayənizdə rəşadətli ordumuz bu gün bütün dünyaya öz qüdrətini, qüvvətini göstərdi.
Mən bu gün fəxr edirəm ki, şəhid Röyalın həyat yoldaşıyam. Cəmi 4 il birgə ailə həyatı sürsək də mən onun Vətənə, torpağa, xalqa olan sevgisinin canlı şahidi oldum. O, müharibənin ilk günündən cəbhəyə yollandı, qələbəyə isə bütün varlığı ilə inanırdı.
Röyal şəhidliyi ilə Qələbə sevincini bizə və Azərbaycan xalqına yaşatdı. Mən də söz verirəm ki, övladlarımı ataları kimi vətənpərvər və cəsur böyüdəcəyəm, onların Vətənə xeyirli övlad olmaları üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Var olsun Azərbaycan!
Var olsun şəhid ailələrindən diqqət və qayğısını əsirgəməyən Ali Baş Komandanımız!
Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi qorusun!”
Bu fikirləri Prezident İlham Əliyevə məktubunda Gəncə şəhərindən şəhid Röyal Cəfərovun həyat yoldaşı Cəfərova Firuzə Azad qızı yazıb.
Baki-xeber.com