Cümə günü, 09 oktyabr 2026
     

Şuşanı reallıqda regionun mədəniyyət mərkəzi kimi hamıya necə qəbul etdirməli...

Image


“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir...”. Bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Şuşanın bölgənin mədəniyyət mərkəzi kimi statusunun daha da məşhurlaşması üçün nələr etmək olar?

  • “Şuşanın bölgənin mədəniyyət mərkəzi statusu formatı ənənəvi olaraq Qarabağ xanlığı və ondan əvvəlki dönəmlərdə mövcud olan ənənələr üzərində qurulacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, “Qafqaz Tarixi Mərkəzi”nin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdı: “Sözsüz ki, burada bir neçə element işlənilməlidir. Ən birinci Şuşa şəhəri və Şuşa qalası düzgün bərpa olunmalıdır. Burada nəyi nəzərdə tuturam? Bizim gözümüzün önündə olan Şuşa Sovet dönəmində tikilən və bərpa olunan Şuşadır. Bu dövrdə Şuşanın mahiyyəti və təyinatı bir qədər dəyişdirilib. Yəni Çar Rusiyası dönəmində Şuşa provinsial bir qala rolunu oynayırdı, Çar Rusiyası bu qalanı alandan sonra onun təyinatını dəyişdirmək üçün əlindən gələni etdi. İstər qalanın içindəki tarixi memarlıq tikililərini, istərsə də onların təyinatını dəyişdirdi, Şuşa şəhər ətrafına aid olmayan binalar saldı. Mahiyyətini tam dəyişdi. Sözsüz ki, bərpa dövründə Şuşa qalasının içindəki tikililərlə, məscidlərlə, karvansaralarla tarixi görkəmi, mənzərəsi bərpa olunmalıdır. Sonradan işğal dövründə ermənilər tərəfindən tikilən binaların, kilsələrin məsələsi həll olunmalıdır. Məsələn, işğal dövründə Şuşada Qazançı kilsəsi tikilib. Halbuki, orada belə bir kilsə yox idi. Bu kilsə Şuşanın mərkəzində deyil, kənarında olsa da, şəhərin planını ermənilər elə dəyişib ki, sanki şəhərin mərkəzi rolunu o kilsə “oynayır”. Yəni bu kilsə hər tərəfdən görsənir. Bu məsələ də öz həllini tapmalıdır, onun ətrafında böyük bağ, park salınmalıdır ki, onun “mərkəz yolu”nu bağlasın. Ənənəvi olaraq Şuşa şəhəri qaladan başlamalıdır, necə ki, Bakıda və başqa şəhərlərdə mərkəz rolunu qala oynayır. Bu yollar, tikililər yenidən bərpa olunmalıdır. Ermənilər son 28 ildə orada yolları da dəyişib. Şuşanın özünün içində ermənilər yol salmaq adı ilə tarixi binAları dağıdıblar. Ermənilər bu acı təcrübəni İrəvanda da həyata keçiriblər. “Yol salınır, infrastruktur bərpa olunur” adı ilə qəsdən tarixi tikililəri dağıdıblar. Bu tikililər bərpa olunmalıdır. Hətta ermənilər bəzi tarixi binaları söküb daşını başqa bir yerdə yığıblar. Guya Şərq mədəniyyətidir, amma belə deyil. Birincisi, memarlıq məsələsinə diqqət yetirilməlidir.

Cənab Prezident çox müdrik addım ataraq həm Şuşanı mədəniyyət mərkəzi élan etdi, həm də beynəlxalq Füzuli aeroportunun tikintisi ilə bağlı qərar verib. Çox adam bunun mahiyyətini bilmədi ki, nə üçün bu sərəncamlar qoşa verilib. Bunun mahiyyəti odur ki, Xocalı aeroportu Azərbaycanda yerli aeroport rolunu daşıyacaq. Yəni onun beynəlxalq aeroport statusu götürülür, bura birbaşa beynəlxalq uçuş olmayacaq. Bu işlər Azərbaycanın nəzarəti altında olacaq. Rusiya sülhməramlıları, yaxud xaricdəki erməni diasporunun nümayəndələri ora gəlmək istəsələr, onlar beynəlxalq Füzuli aeroportuna enəcəklər və Azərbaycanın tikdiyi yolla Qarabağa gedəcəklər. Bu iki məsələ çox mühümdür və bununla bağlı cənab Prezident tərəfindən müdrik qərar verildi. Bu həm də hədəfləri həll edir ki, kənardan kimsə icazəsiz gəlməyə cəhd etməsin. Prezident Şuşaya tək bölgə üçün yox, bütövlükdə beynəlxalq mərkəz status verib. Füzuli aeroportu və Füzulidən Şuşaya gələn həmin yol birbaşa bu işə xidmət edir. Füzulidən gələn bu yol beynəlxalq trasa birləşir. İranı, Ermənistanı, Naxçıvanı, Türkiyəni keçərək Avropa ilə bağlanacaq, o biri tərəfi isə Bakıya kimi gəlir və buradan da Xəzər üzərindən Asiyaya gedir. Baxın, Şuşa ətrafında belə bir qovşaqlar yaradılır. Təbii ki, Şuşa bizim milli konservatoriyamızdır. Şuşada yetişən nəsillər ora qayıtmalıdır. Şuşada o vaxt musiqini, digər incəsənət növlərini inkişaf etdirən nəsillər vardı. Təəssüflər olsun ki, çoxu ya dünyasını dəyişib, ya o ənənələri itirib. Mən burada bir haşiyəyə çıxmaq istəyirəm. Sovet dövründə Şuşanı yalnız musiqi mədəniyyəti beşiyi kimi təqdim edirdilər, amma Şuşanın qala, hərbi istehkam, siyasi mərkəz rolunu qəsdən itirirdilər. Sovetlər Birliyi Şuşanın Azərbaycan üçün tarixi əhəmiyyətini itirməyə çalışırdı. Təklifim budur ki, Şuşa həm bölgənin mədəniyyət mərkəzi kimi inkişaf etsin, həm də burada vaxtilə əsası qoyulan hərbi ənənələr də unudulmasın. Yəni unutmayaq ki, Şuşa qalasını inşa etdirən Qarabağ xanı Pənahəli xan bu yeri əbəs yerə seçməyib, buranın hərbi-siyasi baxımdan dominant olduğunu bilərək seçib. Yəni bütün Qafqazı idarə etmək üçün, Qafqazboyu yolların buradan keçdiyini bilərək, bu yolu nəzarətə alaraq, bu qalanı saldırıb. Dediyim kimi, Şuşa bizim üçün təkcə bir mədəniyyət mərkəzi deyil, hərbi-siyasi bir istehkamdır. Çar Rusiyası və Sovetlər dönəmində həyata keçirilən mənfur siyasət nəticəsində Şuşanın hərbi-siyasi, strateji rolunu aradan götürüblər. Bunun əvəzinə başqa şeylər gətirildi. Bütün bunlar öz həllini tapmalıdır. Şuşanın bölgənin mədəniyyət mərkəzi statusu formatı ənənəvi olaraq Qarabağ xanlığı və ondan əvvəlki dönəmlərdə mövcud olan ənənələr üzərində qurulacaq” - deyə ekspert bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ