Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan Prezidenti 1989-cu ildə qalmış “Xarı bülbül”ü Şuşaya yenidən qaytardı - həm də “Vaqif”lə birlikdə...

Image


Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı “Bir daha deyirəm, Şuşada “Vaqif” poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir - “Xarı bülbül” festivalı və “Vaqif” poeziya günləri” - deyə bildirib.

Dövlət başçısı qeyd edib: “Şuşada “Vaqif” poeziya günləri bərpa edilməlidir. “Vaqif” poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə “Vaqif” poeziya günlərində olmuşam.Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün, onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox?”

  • Dəyanət Osmanlı: “Vaqif” poeziya günlərinin və “Xarı bülbül” festivalının bu ildən başlayaraq keçirilməsinə start verilməsi...”

Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, bu ənənənin bərpa edilməsi vacib idi və bununla bağlı   ölkə başçısı ortaya iradə qoyub: “44 günlük Vətən müharibəsi düşmənə və dost ölkələrə göstərdi ki, Azərbaycan çox sürətli inkişaf edən ölkələr sırasındadır və buna mane olmaq mümkün deyil. Ölkəmizdə dövlət siyasətinin düzgün aparılması və icra hakimiyyəti strukturlarında, mədəniyyət, sosial-iqtisadi sferalarda islahatların həyata keçirilməsi yeni bir gələcək, dirçəliş vəd edir. Eyni zamanda, dövlətimizin başçısı islahatların ən öncül məsələsi kimi vətənə, gələnəklərimizə bağlı, həm də yeni təfəkkürlü gəncləri etimad göstərib yüksək vəzifələrə təyin edir. Belə olduğu halda, dövlət və ictimai idarəçilikdə dinamik düşüncəyə imkanlar yaradılır ki, inkişafımız qarşısındakı maneələr də təbii surətdə və təmiz təfəkkürlə aradan qalxır. Cənab Prezidentin dediyi kimi, haqlı davamızda qazanılan zəfərlə Azərbaycan yeni həyata qədəm qoydu. Qədim mədəniyyət beşiyi Şuşa işğaldan azad olan kimi, dirçəliş prosesi oraya dərhal yol çəkilməsi ilə başlandı. Bundan sonra bütün Qarabağda böyük quruculuq-bərpa işləri başlayacaq. Bölgəyə həyatın qayıtması, erməni faşizminin tamamilə dağıtdığı sosial-mədəni infrastrukturun canlandırılması Azərbaycana olan bəzi qərəzli münasibətləri də dəyişdirəcəyinə əminəm.

Cənab Prezident yeni Mədəniyyət naziri təyin edərkən və tapşırıqlar verərkən də məhz zəngin ənənələrimiz üzərində yeni düşüncəyə yol açdığını bir daha göstərdi, Şuşanı ölkəmizin mədəniyyət paytaxtı elan etdi. “Vaqif” poeziya günlərinin və “Xarı bülbül” festivalının bu ildən başlayaraq keçirilməsinə start verilməsi isə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində yaradılan milli ənənələrimizin statusunun qaytarılmasıdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qərarlarını yüksək dəyərləndirirəm. Bu ənənəvi bayram tədbirlərinin keçirilməsi ilə paralel aparılacaq quruculuq işləri dünyaya mədəni irsimizin qorunmasında israrlılığı və humanizm prinsiplərinə, tariximizə, torpağımıza qədirbilən münasibəti sərgiləyən mühüm bir mesajdır. Bərpa-quruculuq proseslərində, Vətən müharibəsində olduğu kimi, hər bir vətəndaş, o cümlədən, ziyalılar, yazıçılar və digər sənət adamları, ictimai qurumların nümayəndələri həmrəylik göstərməli, töhfə verməlidirlər. “Vaqif” poeziya günləri və “Xarı bülbül” festivalı kimi ənənəvi mədəni tədbirlərin keçirilməsi həm də o deməkdir ki, dünya dövlətlərindən gələn tanınmış yazıçı və şairlərin, sənətçilərin düşüncəsində erməni vandalizmi ilə yanaşı, Azərbaycanın keşmiş tarixi özəllikləri və indiki inkişaf görsəlləri doğru yer alacaq. Mən inanıram ki, lap yaxın zamanlarda Şuşa  bütün Türk dünyasının mədəniyyət paytaxtına çevriləcək və bölgədə yeni beynəlxalq səviyyəli mədəni tədbirlərin keçirilməsi də reallaşacaq”.

  • Aydın Xan Əbilov: “Şuşa işğaldan azad edildikdən sonra bu ənənənin bərpa edilməsi çox mühümdür”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə də bu, ənənələrin bərpası istiqamətində ölkə başçısı tərəfindən atılan mühüm addımdır: “Prezident İlham Əliyev postmüharibə dövründə Qarabağla, bütövlükdə, Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı dili ilə bağlı çox önəmli tezislər irəli sürdü. Əslində, bunu çoxdan gözləyirdim. Çünki müharibədən sonrakı quruculuq, dirçəliş prosesi ilə yanaşı, mədəniyyətin inkişafına təkan verən proseslər baş verməli idi. Təbii ki, bu prosesin başında cənab Prezident və həmişə onunla olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, dövlətin mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət Nazirliyi və o cümlədən, yeni təyin edilən Mədəniyyət naziri dayanır. Bu baxımdan, Azərbaycanın daha çox münaqişə bölgəsi kimi tanınan Qarabağ bölgəsi, əslində, Azərbaycan mədəniyyətinin beşiyidir, mədəniyyətimizin müasir səviyyəsinin göstəricisi kimi genişlənməsi, zənginləşməsi vacibdir. Qarabağ, Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir. Cənab Prezident bildirdi ki, Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan edir. Prezidentin Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin inkişafına xüsusi qayğı ilə bağlı fikirləri, eləcə də “Xarı bülbül” festivalının və  “Vaqif” poeziya günlərinin keçirilməsi ilə bağlı fikirləri çox qiymətli tezislərdir. Şuşa işğaldan azad edildikdən sonra bu ənənənin bərpa edilməsi çox mühümdür və artıq bu barədə ölkə başçısı tərəfindən qərar verilib”.

A.X.Əbilovun sözlərinə görə, Şuşa yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət mərkəzidir, eyni zamanda da buranın Avroasiyanın mədəniyyət mərkəzinə çevrilməsi şansı var. “Mədəniyyət Nazirliyi elan etmişdi ki, yeni mədəniyyət strategiyası hazırlayırlar. Cənab Prezidentin Anar Kərimovu videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər, əslində, mədəniyyət strategiyasının əsasını təşkil edir. Fikirləşirəm ki, bu rəhbər tezis yazılacaq, hazırlanacaq yeni mədəniyyət konsepsiyamızın əsasını təşkil edəcək. Prezident sübut etdi ki, o yalnız cəbhədə, sosial-iqtisadi sahədə, siyasətdə deyil, o cümlədən də mədəniyyətdə baş verən bütün hadisələri öz diqqətində saxlayır, mədəniyyətə yalnız incəsənətin bir qolu kimi baxmır, o, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, humanitar düşüncəsini dünyaya çıxaracaq bir format kimi qəbul edir. 2021-ci ildə yalnız “Xarı bülbül” festivalı və “Vaqif” poeziya günləri gerçəkləşdirilməyəcək, həm də “Nizami Gəncəvi İli”nin təntənəsini yaşayacağıq. Bilirsiniz ki, cənab Prezident Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. “Nizami Gəncəvi İli” çərçivəsində həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində tədbirlər keçiriləcək. Bu, cənab Prezidentin mədəniyyətə verdiyi böyük qiymətin təzahürüdür” - deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ