Noyabrın 9-da sinəmdən güllə yarası aldım, ayın 10-da əsir götürüldüm. Trend-in məlumatına görə, bunu erməni əsirliyindən azad edilən Azərbaycan əsgəri Anar Əliyev deyib.
Dekabrın 14-də gözümüzü bağladılar və bizi təyyarəyə mindirdilər. Gördük ki, uzun illərdir əsirlikdə olan Dilqəm və Şahbaz da təyyarədədir. Özümdən çox onların azad olunmasına sevindim".