Cümə günü, 09 oktyabr 2026
     

Yanvarın 11-də İlham Əliyev-Paşinyan görüşü (?) hansı zərurətlərə cavabdır - xəbəri ciddi saymaq olarmı...

Image


Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu iddia ilə Ermənistan mediası çıxış edir. Erməni mediası yazır ki, Moskvadan İrəvana nümayəndə heyəti gəlib və məqsəd 11 yanvar görüşünə hazırlıq aparmaqdır. Əgər görüş olacaqsa, bu, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra iki ölkə rəhbərinin ilk təması olacaq: “Əliyev masaya qalib, Paşinyan məğlub tərəf kimi əyləşəcək və diqtə edən də Azərbaycan Prezidenti olacaq. Görüşün gündəliyi gizli olaraq qalır. Böyük ehtimalla, Ermənistan Azərbaycanın hansısa böyük şərtini qəbul edəcək və bu informasiya gecə yarısı, insanların yatdığı vaxt erməni ictimaiyyətinə açıqlanacaq. Ermənistanın gündəmini yenə də İlham Əliyev müəyyən edəcək”.

Göründüyü kimi, ölkə başçılarının görüşü ilə bağlı xəbərləri yalnız erməni mediası tirajlayır. Belə görüşün olma ehtimalı nə dərəcədə realdır və Azərbaycanın Paşinyanla müzakirə etməyə hansısa mövzusu qalıbmı?

“Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında görüşün  keçiriləcəyi ilə bağlı ehtimalı mən qəbul edirəm”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məlumat məhz Ermənistan mediasi tərəfindən tirajlanır: “Bu günlərdə Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfərini də erməni mediası yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında keçiriləcək görüşün detalları haqqında razılaşma ilə əlaqələndirməyə çalışıb. Digər tərəfdən isə, Rusiya baş nazirinin müavininin İrəvana səfəri erməni mediasında daha çox iki ölkənin iqtisadiyyat və energetika, nəqliyyat infrastrukturunun inkişafı, koronavirusa qarşı mübarizə sahələrində əməkdaşlığın müzakirəsi xəbərlərilə geniş işıqlandırılır. Amma Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər paylaşıb ki, Paşinyan və Overçuk Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələləri, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi, həmçinin Ermənistan-Rusiya münasibətlərinin gündəliyində duran geniş məsələləri müzakirə ediblər. Bütün bu məsələlər dərin ziddiyyətdən xəbər verir. Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında görüşün keçiriləcəyi ilə bağlı ehtimalı mən qəbul edirəm. 3 gün davam edən Tovuz döyüşləri və 44 günlük müharibədə Azərbaycanın qələbəsi, Ermənistanın isə kapitulyasiyasından sonra iki ölkə rəhbərinin ilk təmasına hələlik zərurət yoxdur. Məsələ ondadır ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanatdan sonra sənəddə əksini tapan bir sıra bəndlər həyata keçib, bir sıra bəndlərin həyata keçirilməsi ilə bağlı addımlar atılsa da, bu addımları qənaətbəxş hesab etmək olmaz, bir sıra məsələlər isə ümumiyyətlə həll olunmayıb. Atəşkəs razılaşması əsasında Ağdam, Kəlbəcər və Laçın əraziləri döyüşsüz və insan itkisi olmadan işqaldan azad edildi, sülhməramlılar 40 mindən çox ermənini Ermənistandan Dağlıq Qarabağa qaytardı. Bundan başqa, Rusiya sülhməramlıları minatəmizləmə, kommunikasiya xətlərinin bərpası, humanitar yardım və tibbi xidmətlə bağlı ermənilərə xidmət göstərir.

Bu günlərdə Ağdamda fəaliyyətə başlayacaq Rusiya-Türkiyə birgə mərkəzində türk və rus hərbçilər atəşkəsə birgə nəzarət edəcək. Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın istiqamətində sərhədlərin delimitasiyası yekunlaşmaq üzrədir, bu günlərdə isə   Qazaxın 7 kəndi və Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin qaytarılması baş tutmalıdır”.

Ekspertin sözlərinə görə, noyabrın 10-da Azərbaycan, Rusiya və Erməniustan arasında imzalanan atəşkəs bəyanatından sonra sənəddə əksini tapan, lakin həyata keçirilməyən bəndlərdən biri Qarabağdakı erməni silahlıları məsələsidir: “Üçtərəfli razılaşmaya əsasən, rus sülhməramlılar ərazini erməni silahlılarından təmizləməlidir. Müharibədən iki aya qədər vaxt keçməsinə baxmayaraq, silahlılar hələ də ordadır. Müxtəlif mənbələrdən yanvarın 10-na qədər Qarabağdakı silahlar və silahlıların tərkisilah edilməsi prosesinin başa çatması haqqında məlumatlar gəlsə də, proses ancaq mülki əhalidəki silahların toplanması kimi izah edilir. Qarabağdakı erməni silahlıların bölgədən çıxarılması prosesinin gecikməsi onunla izah edilir ki, silahlı qruplaşmalar Ermənistana tabe deyil, lakin biz sülhməramlıların birbaşa öhdəliyi olan silahlı qruplaşmaların təmizlənməsi öhdəliyinə də canfəşanlığı müşahidə etmirik. Əksinə, sülhmramlıların nəzarətində olan bölgədə qanunsuz hərbi qruplaşmaların mobilləşməsi istiqamətində çağırışların şahidi oluruq”.

Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında  ehtimal olunan görüşdə müzakirə olunacaq məsələlərdən birinin məhz bu olacağını söyləyə bilərik: “Məsələ ondadır ki, Azərbaycan Baş Prokurorluğunun birinci Qarabağ müharibəsi  və Vətən müharibəsində törətdiyi cinayətlərə görə  haqqında axtarış verdiyi şəxslər sərbəst hərəkətdədirlər. Bu, qondarma qurumun rəhbəri qismində 44 günlük müharibəyə başçılıq etmiş Araik Arutunyan və Xocalı qətliamında iştirak edən Vitali Balasanyandır. Hər iki şəxs Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”.

Ekspertin sözlərinə görə, hələlik keçiriləcəyi ilə bağlı yalnız şayiələrin dolaşdığı görüş baş tutarsa, qeyd edilən detallar ətrafında müzakirələrin aparılacağı istisna olunmur.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:46
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ