şənbə günü, 10 oktyabr 2026
     

Qalib tərəfin yaraları ağrımaz!

Image


Rəvayətə görə, Makedoniyalı İsgəndərə ətrafı döyüşlərin birində məsləhət verir ki, qələbə istəyirsə düşmən düşərgəsinə gecə vaxtı hücum etsin. Sərkərdənin cavabı qısa olur: “Mən qələbəni oğurlamaq istəmirəm”.

30 il ayrılıq həsrətində ağı deyən, işğal altında tapdalanan ərazilərimiz Silahlı qüvvələrimizin əsl rəşadəti və cəsarəti sayəsində Azərbaycana qovuşub rahatlandı. Bu, Demokratik Azərbaycanın tarixində tarixi bir qələbə idi. Qədim Afina Sərkərdələrinin məharətinə xas ifadə etsəm, Ordumuzun zəfəri Azərbaycan Silahlı Qüvvələri Komandanlığının düşünülmüş hərbi taktika və strategiyasının, döyüş bacarığı və qabiliyyətini ölümdən qorxmadan icraya yönəldə bilməsinin nəticəsidir...

Azərbaycan ordusu və dövlətimizin diplomatiyası Ermənistanı PARTER vəziyyətində qalmağa məcbur etdi (klassik və sərbəst güləş zamanı iki nəfərdən birinin qaydanı pozduğuna görə dizləri bükülmüş, əllərinin yerdə olması haqda hakimin qərarı). Düşmən tərəf hələ də o vəziyyətdədir. Azərbaycan Zəfər paradını, düşmən tərəf isə matəm “paradı” keçirdi...

Təbii, birlik və intizam olan yerdə həmişə qələbə var! Hər iki faktor qələbənin anasıdır -deyərdim. Döyüşçülərimiz ölümdən qorxmadılar, qələbəni qanları bahasına qazandılar. Qanları ilə azad etdikləri torpaqlarımızda qanları ilə də “Qarabağ Azərbaycandır...” yazmağa ömür bəs etdi... Üzülürəm ki, ONLAR bu günü bizə bəxş etsələr də, bir yerdə ola bilmədik, zəfər gününü görmədilər...Tanrı  44 gün ərzində əzab və əziyyət, itkilər və ağır yaralarla qazanılan qəhrəmanlıqlarını özü dəyərləndirsin! Məmurlarımız ŞƏHİD ailələrinin və qazilərimizin ehtiyaclarını, şübhə yox ki, imkanları daxilində ödəyəcəklər. Biz o igidlərin hesabına arxada yaşaya bildik və yaşayırıq! Bunu unutmaq cahillikdir!.. Bütün bunlar Zəfər paradını  labüdləşdirdi.

Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin 3000 nəfərdən çox şəxsi heyəti, 150-dən çox müasir texnika, raket və artilleriya qurğuları, Havadan Müdafiə Sistemləri ilə yanaşı, ordumuzun döyüş zamanı götürdüyü qənimətlər də nümayiş etdirildi.

Zəfər paradının keçirilməsində əsas məqsəd bizi sevməyən qüvvələrin hissiyyatına toxunmaq yox, xalqımızın keçmişi ilə müasirliyini, nəsillər arasında tarixi əlaqələri əbədiləşdirmək, qəhrəmanlarımızı-qaliblərimizi və müasir hərbi texnikanı, Azərbaycan xalqının, Türklərin döyüş qabiliyyətini nümayiş etdirmək olub... Başqa məqsədlər də var...

Tarixdə qələbə paradlarının keçirilməsi ilə bağlı vikipedik məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, ilk hərbi parad Moskvanın “QIZIL MEYDAN”ında, Böyük Oktyabr Sosialist İnqlabının 24-cü ildönümü münasibətilə 7 noyabr 1941-ci il səhər saat 8:00-da başlamışdı. İkinci Dünya Müharibəsi davam edirdi. Qələbə paradına 1 saat, 1 dəqiqə 20 saniyə vaxt sərf edilmişdi. Beləliklə, ordunun keçidi üçün 5 dəq, çıxış üçün 5 dəq, atəşfəşanlığa 1dəq. 20 saniyə, piyadalar üçün 30 dəq, süvarilərə 3 dəq, qoşqudakı artilleriyanın nümayişi üçün 5 dəq, tanklara 10 dəq və s...vaxt ayrılmışdı. Stalinin mühafizə rəisi Vlasik Nikolay həmin vəziyyəti belə xatırlayır:“Əvvəlcə parad yalnız Moskva meydanlarında radio vasitəsilə translyasiya olunmalı idi. Lakin Ali Komandanın tapşırığı əsasında parad bütün dünyaya yayıldı...”

Xatırlatmaq yerinə düşərdi ki, paradda 20 batalyondan ibarət 5520 nəfər könüllü də iştirak (40 min nəfərin iştirakı planlaşdırılmışdı) edirdi.Tədbirlər planı “Moskva hərbi qarnizonunun əməliyyatı”adı altında təmamilə məxfi hazırlanmışdı. Paradın çəkilişi barədə hər hansı bir tapşırıq hələ verilməmişdi...

“...1941 –ci ilin 7 noyabr günü şaxtalı bir hava idi. Kinostudiyanın həyətində çoxlu insan toplaşmışdı. Paradın olması barədə hər hansı bir məlumat və yaxud olacaqdısa, meydana daxil olmaq üçün heç kimə buraxılış vəsiqəsi verilməmişdi. Veriləcəkmi?-bilinmirdi. Birdən kimsə həyəcanla məlumat verir: “Ordu Qızıl meydana yaxınlaşır, parad olacaq!”... Hamımız Qızıl meydana sarı üz tuturuq...”(Çəkilişə hazır olan Teodor Bunimoviçin xatirələrindən.)

Oktyabr Sosialist İnqilabının 24-cü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi təsadüfi deyildi. Hitler Almaniyasının Moskvanın işğalı ilə bağlı həyata keçirdiyi “Tayfun”əməliyyatının məqsədi Moskvanı tutmaq və 7 noyabrda - hərbi paradın keçiriləcəyi gündə nasist ordusunun paradının məhz Qızıl meydanda keçirməsindən ibarət olub... Stalinə bu barədə kəşfiyyat məlumatı daxil olmuşdu. Lakin “Tayfun”adı ilə tanınan hərbi plan reallaşmadı! “Stalin planı” Hitleri bloklaya bildi...

Tarixi xatirələrə görə, noyabr ayının 4-5-ində Almaniya nasist ordusu Moskvanın bir neçə km-dən şəhəri intensiv atəşə tutub bombalayırdı. Kreml üçün təhlükəli və fövqəladə bir vəziyyət yaranmışdı. Paytaxt sakinləri panikada idi. Stalini Kremli mütləq tərk etməyə inandırmışdılar. Kremlin müvəqqəti olaraq Kuybışev şəhərinə köçürülməsinə qərar verilmişdi. Müəssisələrin də Kuybışevə kütləvi“evakuasiyası”davam edirdi. Kremlin ətrafında fuqaslı-yüksək zirehdələn mərmilər partlayırdı.

Q.Jukovun əmri ilə sovet aviasiyası 5 noyabrda alman hava limanlarını bombardman etsələr də, 6 noyabrda 250 alman təyyarəsi paytaxtı atəşə tutdu. Sovet zenitçilərinin və HHQ-nin pilotlarının sayıqlığı nəticəsində almanlar məqsədlərinə çata bilmədilər. Nasistlərin 34 lyutvaff maşını mahir qırıcılar tərəfindən vurulduqdan sonra qısa sabitlik yarandı...  Lakin paytaxtdakı hərbi durum arzuolunan deyildi. Bütün bunlara baxmayaraq, Moskva HHQ-si hərbi paradın keçirilməsi zamanı təhlükəsizliyin təmin olunmasına zəmanət verirdi.

“...Stalin onun üçün hazırlanmış təhlükəsizlik bunkerinə - Kuybışev şəhərinə getməyə hazırlaşırdı. 6 noyabrda Vaqzala gəlir, birlikdə getməli olan heyəti nəzərdən keçirdikdən sonra birdən fikrini dəyişib geri – Kremlə qayıdır. Həmin gün Oktyabr inqilabının 24-cü ildönümü münasibətilə təntənəli yığıncağın keçiriləcəyini bəyan edir. “7 noyabrda Qızıl meydana gedirik”, həyəcanlı ifadələrindən hamı çaşbaş qalmışdı. Nə baş verdiyini heç kim anlamırdı. Mən Kremldə SSRİ Xalq Komissarları Sovetinin şöbə müdiri ola-ola, heç nədən xəbərim yox idi...”(Mixail Smirtyukovun xatirələrindən).

Sovet Silahlı Qüvvələri Ali Baş Komandılığının Qızıl meydanda paradın keçirilməsinə israr etməsi insanların şüurunda - “Belə bir ağır, düşmənin Kremlin divarları önündə döyüşdüyü bir vaxtda Oktyabr İnqilabının ildönümü təntənəli şəkildə qeyd olunursa, deməli hər hansı bir təhlükə artıq yoxdur, sovuşub” fikrini təsdiqləyirdi...Son dərəcə təhlükəli hərbi vəziyyətə baxmayaraq, hərbi parad 1 saat,1 dəqiqiqə, 20 saniyə davam etdi... Parad hərbi qulluqçuların və əhalinin mənəvi ruhunun gözlənilməz dərəcədə yüksəldilməsinə təsir etdi. Oktyabr paradı gözlənilməz olsa da, ön və arxa cəbhədə olanların “Moskva Hitler Almaniyasının təpədən–dırnağa silahlanmış ordusunun hücumuna duruş gətirə bilər” ehtimalını gerçəkləşdirdi...

İkinci parad isə 9 may 1945-ci ildə yenə Moskvanın Qızıl meydanında Hitler Almaniyası faşist ordusunun SSRİ, Böyük Britaniya və ABŞ koalisiya ordusu tərəfindən darmadağın edilməsinə həsr olunan və bütün sülhpərvər qüvvələrin dünyaya nümayiş etdirilən qələbə paradı idi... Hər il Qızıl meydanda (digər qəhrəman şəhərlərdə də) 9 may Qələbə Bayramı münasibətilə hərbi parad keçirilir...

Prinsip etibarı ilə Bakı Ermənistanın ermənizm-nasist ordusu üzərindəki qələbənin təntənəli şəkildə qeyd edilməsini vacib hesab etdi. Bu bizim haqqımız idi. Azərbaycan ordusu Vətən müharibəsini zəfərlə başa vurmuşdu. Bu əzəmət və şücaətin dünyaya nümayiş etdirilməsinə zərurət yaranmışdı. Zəfər paradı həm ordumuzun, həm də vətəndaşların mənəvi və vətənpərvərlik ruhunun yüksək olduğunun əyani sübutu idi. Dünya Azərbaycan ordusunun hərbi taktika və manevrlərini, modern hərbi arsenalını və təchizatını, döyüşçülərimizin cəsarət və şücaətini, qəhrəmanlıqlarla zəngin döyüş bacarıqlarını, Vətən uğrunda canını fəda etməyə hazır olanları, XXI əsrin döyüşçülərini və döyüş modellərini canlı gördü. Müasir beynəlxalq aləm düşmənin hələ də nasist xislətə köklənməsinin, Azərbaycan döyüşçülərinin əzəməti qarşısında tab gətirməyib çoxlu sayda və milyonlarla dollarlıq hərbi arsenalının (hətta dövlət və hərbi hissənin bayraqlarını atıb qaçırdılar) qənimət kimi götürməyimizin şahidi oldu. Ona görə də, kimin necə düşünməsindən və nə deməsindən asılı olmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tarixdə olmuş hərbi paradlara uyğun ZƏFƏR Paradının keçirilməsini zəruri saymışdı...Xalq və hər zaman yanımızda olan Türkiyə, Pakistan, dövlətimizə siyasi simpatiyası olan İsrail və Əfqanıstan dövlətləri də bu addımı alqışla, haqqımızdır-deyə qəbul etdilər.

10 dekabr Zəfər paradı günü tarixdə qardaş Türkiyə ilə Azərbaycan xalqının milli vahidliyinin  simvolu kimi də yad ediləcək. Hər birimiz Vətən müharibəsində ordumuzun qəhrəmanlıq və igidlik səhnəsi ilə yanaşı, ağır sınaqların, faciələrlə davam edən itkilərin də şahidi olduq. Bütün bunlar qələbəyə inamı və ümidi, daha çox vətən uğrunda gözlərini qırpmadan və ölümdən qorxmadan düşmən üstünə hayqıraraq getməyi təsdiqləyən, hamının görə bildiyi və artıq hamıya bəlli tarixi faktlar idi.

44 günlük Vətən müharibəsində qardaş Türkiyə Cumhuriyyətinin mənəvi və diplomatik dəstəyi cəsur döyüşlərimizə İlahi güc bəxş etdi. Türkiyənin və Pakistan İslam Respublikasının hər an yanımızda olması döyüş meydanında şəhid olan övladlarımızın ruhuna, qazilərin yaralarına və qəlblərdəki ağrılara məlhəm qoydu.

Ağır döyüşlərdə cəsur övladlarımızın göstərdiyi hərbi məharət gələcək nəslə həmişə örnək və nümunə olacaq.

Təqvimdə 2020-ci ilin 8 noyabr günü hər il Zəfər Günü kimi qeyd olunacaq. Qeyd etdiyimiz Respublika Günü, 12 noyabr Konstitusiya və digər əlamətdar günlər bundan sonra10 dekabr Zəfər Paradının şəfəqləri ilə əlvan rəngə boyanacaq. Ermənistanın nasist ordusu üzərindəki qələbə hər il göz yaşları ilə xatırlanacaq, övladlarımızın şərəf gətirən anları bir daha unudulmayacaq... Kişilik, mərdlik və əsl qəhrəmanlıq nümunəsi ilə düşmənə tarixin ibrət dərsi verildi! Hələ düşmən uzun illər döyüşçülərimizin Samuraylara xas qəhrəmanlıqlarından vahimədə yaşayacaq, qorxulu xatirələri paylaşacaqlar...

Bu gün, xalqımızın əfsanəvi, lakin işıqlı və aydın zəfər günüdür. Hər evdə, azad olunmuş ocaqlarımızda əminlik var, qələbə ilə öyünür,“Artıq hər şey bitdi!...” deyirlər.

Qaliblərin yaraları ağrımaz-deyirlər. Şəhidlər verdik, yaralı qazilərimiz var. Qalib tərəf kimi heç bir ölkədə müharibəni arzulamırıq. Biz müharibənin ağrı və acısını təkrar-təkrar daddıq. 44 gün ərzində Vətənə 2783 can qurban etdik. 2783 övlad, ər-igidlər itirdik. Nə qədər məsum körpələr atasız böyüyəcək, çoxlu sayda uşaq oyuncaqları “ata müştərilərini” gözləyəcək!? Məktəbə gedən bu uşaqların ataları yanında olmayacaqlar... Qapılar döyülməycək... Qapını açıb “atam gəldi” qışqıran olmayacaq... Neçə nişan üzükləri mücrülərdə  sahibini gözləyəcək. O mücrülər açılmaz. Atalar şəhid oğullarına toy edəcəkdilər... Xonçalardakı nişan üzükləri “qıvrılıb sarı ilantək” şəhid atasına baxacaq...Ürəklər dağlanacaq...Bəy bacıları, nişanlı qızlar məzar daşlarını bəzəyəcəklər...Allah,Allah!.. “Belə toy heç kimə qismət olmasın, Ya Rəbbim, heç kimə!” Ağırdır, çox ağırdır... Bu da bir imtahan oldu bizim üçün, düşmənlərə isə cəhənnəm odunu xatırlatdıq!

”Ata toy edəcək şəhid oğluna...Toyda kövrələcək ürəyi daş da...Öğlunun şəklini bəy əvəzinə, Ata oturdacaq yuxarı baçda.”(Kamal İskəndər. Kultur.az)

Bundan sonra Vətən Müharibəsi ilə bağlı xatirələri paylaşacaq, igid döyüşçülərin  qəhrəmanlıqlarına filmlərdə, sənədli çəkilişlərdə baxıb heyrət edəcəyik, şəhidlərimizə ağlayar, sızılayarıq... Amma nə yaxşı ki, ağrılarımız zəfərlə bitdi. Qarabağ Azərbaycanın oldu!

Şəhidlərimizə türkü (ağı mənasında) söyləyən günlərimiz də hələ çox olacaq... Şəhidlər ölümü ilə qələbəni (açığını  deyim, bəzən Qarabağın qaytarılacağına şübhə ilə yanaşırdıq) bizə bəxş edib, Everest zirvəsindən də uca, mələklərin fəth edə bilmədiyi üfüqə ucaldılar. Tanrı dərgahında  xatirələri həmişə uca tutulacaq.

Ehtimal etdiyimiz, yuxularda gördüyümüz gerçəkləşdi. Bu, ağır itkilərlə başa gəlsə də əbədiləşdi, qəhrəmanlıqla o dünyaya köç edənlərə Uca Rəbbimizdən rəhmət diləyib, ruhları qarşısında səcdəyə qapılırıq... Kim bu gün ailəsinin yanında, iş başında və ayaq üstə durursa, yuxarıda Allah, aşağıda canını Vətən uğrunda qurban edən igid döyüşçülərimizin cəsarəti hesabınadır. Onların şəhidliyi, əzalarını itirməsilə Azərbaycan səması aydın və təmizdir. İşğalçılığa nöqtə qoyuldu. Bundan sonra  günəşi də “qara buludlar” örtməz, torpaqlarımıza şəfəq saçacaq. Torpaq günəşin hərarətilə vəcdə gəlib, ŞƏHİD GÖVDƏLƏRİNİ bitirəcək, heyrət (edəcəyik) doğuracaq!..

Bəzən göz yaşlarıyla, kövrələ-kövrələ, bəzən də qəhqəhə ilə bir-birimizə “Zəfər Günümüz Mübarək!” səslənirik. Qoy, hər gün xalqımız üçün zəfər, səadət və şən anlar gətirsin!

Zəfər günü toplardan, ağır artilleriyadan, qumbaralardan açılan səsləri susdurdu... Zaman daha tələsmir. Daha çəkiclər yavaş vurulacaq,dəmirçi körüyü yavaş basacaq ki, şəhidlərin ruhuna toxunmasın, oyanmasınlar...Rahat olsunlar, rahat... Sakitliyə  riayət etməklə səssiz-səmirsiz onları yad edək...

Müharibə qorxusu artıq arxada qaldı. Körpələr daha mərmi partlayışlarından  oyanmaz, yuxularda hıçqırmazlar... Artıq dəmir yumruq kimi birlik nümayiş etdiririk. Dövlət başçısının  “Mən özüm çox yaxşı bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır!”- kəlamına hörmətlə yanaşaq.

Zəfər günü Ulu Tanrının Azərbaycan Xalqı üçün göydən endirilən İlahi süfrə qədər dəyərli, bərəkətli və müqəddəsdir, zəngin tapıntı və milli sərvətimizdir. Rəbbimiz bu qələbəni Türk Dünyasının hər bir şəhərində, sənayesində, bilik sahəsində, siyasi və diplomatiya, bir sözlə bütün sahələrdə nəsib etsin! Qoy daha ağrılar ürəklərə yük olmasın, qəlblərdə də qələbə  marşı səslənsin! İztirablara son qoyulsun! İgidlərimizin mərdliyi, cəsurluğu, cəsarət və qəhrəmanlıqları, canlarını qurban verməklə qazanılan qələbə heç vaxt və heç kim tərəfindən unudulmasın!

Qoy qələbə ruhu hər birimizin ürəyini coşdursun, xalqı irəliyə, yalnız irəliyə aparsın! Qoy, bütün dünyada həmişə sülh olsun!...

...İnsan həyatı qədər qiymətli heç nə yoxmuş, ya Rəbbi! Ürəkləri dağlayan anaların göz yaşları, gənc ailələrin, sevgililərin sınıq taleləri bir daha təkrarlanmasın!

Tanrı müharibə dəhşətləri, düşmən vəhşiliyi və qorxusuyla, ağrılarla bir daha dünyanı imtahana çəkməsin! Heç bir millət düşmən nifrətinə tuş gəlməsin, hüzn içində yaşamasın!

Dünya, Sənə səslənirəm, Sənə! Sülhü, millətlər arasında harmoniyanı qoru, dəyərləndir!  Həyata da dəyər ver, hər bir xalqın qəhrəmanlıq səlnaməsini müqəddəs say, Dünya! Millətlərin hissiyatına toxunmağa imkan vermə, yolunu azmışların yollarını blokla!

Sonda: Əziz həmvətənlər!Həyatda heç nə asanlıqla əldə edilmir. Məqsədə çatmaq üçün qurbanların verilməsi mütləqmiş... Bəzən elə anlar yaşanır ki, arzularından imtina edib, hər şeyi  kənara qoymalı olursan. Belə anlarda nəyi necə əldə edə, nəyi itirə, nəyi qazana biləcəyinə əmin olandan sonra yoluna davam et. Qaydalara görə müvəffəqiyyətin dəyəri uğursuzluğun dəyərindən həmişə az olub. Günlər ötdükcə anlayırsan ki, əbədi heç nə yoxmuş. Ona görə hər şeyi dəyərləndirməyi bacarmalıyıq, ona  ehtiyac var.

Axı, həyat nazik bir ipə bənzər (Bəlkə də həyatımız nazik bir ipdən asılı olub?). Bəzən o ipin qəfil qırılan vaxtı da olur. Ehtiyatlı olmaq gərək... İstəsək, hər şeyi gerçəyə çevirə bilərik...İstəsək!

“Həyatda səhvən heç nə baş vermir. Hətta nasaz sandığımız, sınmış saatı da vecsiz əşyatək kənara tullamayaq, səbr edək. O, sutka ərzində dəqiq vaxtı göstərə bilər...”

Biz uzun zaman səbr etdik. Səbr Allahın gözəl adlarındandır. Meyvə də səbr ilə yetişəndə şəkər olur. Döyüşə indi başlamalı idik. Ona görə də ZƏFƏR günümüz (bütün üzüntü və ağrılarına rəğmən)indi şəkər, bal dadır...

Tanrı yanımızda, Haqqın yanında olan dost ölkələri qorusun! Türkiyə-Azərbaycan qardaşlığını Öz dərgahında dərəcəyə çatdırsın! Şəhidlərimizi Rəhmətinə qovuşdursun, anaları ovundursun, qazilərimizin yaralarına məlhəm qoysun! Şəhid YADİGARLARININ - mələk körpələrin bəxtini Rəhmanlığı xatirinə Özü versin!Amin!

Şəmsəddin ƏLİYEV
Hüquqşünas-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ