26/05/2020 23:49
728 x 90

Prezident Əliyev bir neçə ay əvvəl Davos forumunda apardığı danışıqlara sadiqliyini nümayiş etdirir - “CISCO”, ardınca “Signify” şirkəti...

img

Bugünlərdə “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Bundan bir neçə gün əvvəl isə dünyanın daha bir tanınmış  CISCO adlı şirkətinin  təşəbbüsü ilə Prezident İlham Əliyevlə videkonfrans keçirilib. Bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri  ilə  keçirilən videokonfransda vacib məsələlər müzakirə olunub. Təbiidir ki, bir sıra məsələlərin həlli baxımından aparılan müzakirələr önəmlidir. Diqqət çəkən digər vacib məqam budur ki, hər iki şirkətlə əməkdaşlığın əsası yanvar ayında Davosda Prezidentin keçirdiyi görüşlər zamanı qoyulub. Bundan sonrakı dönəmdə pandemiya səbəbindən təmasların, gediş-gəlişin çətinləşməsinə baxmayaraq, ölkə başçısı əldə olunmuş razılaşmlarla bağlı real addımlar atır. Bu, Azərbaycanın əldə olunan bütün razılaşmalara sadiq siyasət apardığının göstəricisi sayıla bilərmi?

  • “Bir daha göründü ki, dünyadakı çətinliklərə baxmayaraq,  Prezident verdiyi sözün, imzaladığı sənədin arxasında durur”
  •  

İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  koronavirusla bağlı vəziyyətin dəyişməsi ölkəmizin bu iki nəhəng şirkətlə əməkdaşlığına təsir etməyib:“Danışıqların gedişi zamanı məlum oldu ki, hər iki şirkətlə müzakirə edilən və razılaşdırılan məsələlərin  hamısı indi icra mərhələsindədir. Görünən budur ki, dünyanın ən iri şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Çünki ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədən heç bir amil mövcud deyil. Şirkətlər sabit ölkəyə yatırım edib dividend əldə etməkdə maraqlı olduqları üçün fəaliyyətlərini sabit ölkəyə yönəldirlər. Bu baxımdan dünyanın ən iri və nüfuzlu şirkətlərinin əksəriyyəti Azərbaycanda öz ixtisaslarına uyğun yatırım etməyə üstünlük verir. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycanda çoxlu sayda beynəlxalq şirkət öz fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyev bir müddət bundan öncə Davosda bu şirkətlərin rəhbərləri ilə görüşündə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdi. Bununla həm də məlum oldu ki, Azərbaycan bütün istiqamətlər üzrə etibarlı partnyordu. Bir daha göründü ki, dünyadakı çətinliklərə baxmayaraq,  Prezident verdiyi sözün, imzaladığı sənədin arxasında durur. Prezidentin həmin şirkətlərə göstərdiyi diqqət bunu bir daha təsdiqlədi”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər