Sentyabrın 16-da Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.
Yanğın söndürülüb, xəsarət alan olmayıb. Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.
Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı