Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dünyanı bürüyən su problemi Azərbaycandan da yan keçmir… Kür suyu nədən içilməz hala gəlib…

Image


Son dövrlərdə dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycanın da qarşılaşdığı əsas problemlərdən biri də su ilə bağlıdır. Koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə su problemi dünyanın bir çox ölkələri üçün kəskinləşir. Hətta bu durumun yeni savaşlara gətirib çıxara biləcəyinə dair xəbərdarlıqlar da edilir.

Problem, demək olar, bütün dünya boyu özünü göstərir. Məsələn, Avropa yeraltı su mənbələrinin tükənməsi səbəbindən içməli və suvarma su problemi ilə üz-üzədir. Britaniyanın “Daily Mail” qəzeti yazır ki, bu, qışın son üç ildə ardıcıl olaraq qeyri-adi isti və quru keçməsi ilə əlaqədardır. Bu il Avropada daha az qar yağması səbəbindən yeraltı su mənbələri həmişəkindən daha zəif olub. Bu durumda sinoptiklər yayın yenidən isti və quraq keçəcəyini proqnozlaşdırır. Qəzet “Copernicus” Avropada İqlim Dəyişikliyinə Nəzarət Xidmətinin yeraltı sular və gözlənilən quraqlığın vəziyyətinə dair hazırladığı xəritələri dərc edib. Buradan görünür ki, may və iyun aylarının əvvəlində Portuqaliya, İspaniya, Fransanın Bretan regionu, Danimarka, İsveçin və Finlandiyanın cənubu, Latviya və Estoniyada yağan az miqdarda yağışlar yeraltı su mənbələrinin vəziyyətini yaxşılaşdırsa da, sonra yağıntılar düşməyib.

Şərqi və Mərkəzi Avropada kənd təsərrüfatı bitkilərini suvarmaq üçün istifadə olunan yeraltı su mənbələri faciəli vəziyyətdədir. Bu, Şimali Qafqazı, bütün Ukraynanı, Rusiya və Belarusun Avropa hissəsinin cənubunu, Polşanın cənubunu və mərkəzini, Slovakiya və Çexiyanı, Almaniyanın cənubunu və Fransanın şərqini əhatə edən tünd qırmızı rəngli geniş bir zolaqdır. Çexiya hakimiyyəti bildirir ki, yaz aylarında su mənbələrinin 80 faizinin tükənməsi ölkəni son 500 il ərzində analoqu olmayan quraqlıq təhlükəsi qarşısında qoyub. Ukraynada Desna çayının səviyyəsi 5 metrədək enib. Bu, ötən 140 il ərzində müşahidə edilən ən aşağı göstəricidir. Vyana Universitetinin mütəxəssisləri bu xüsusda bildirib:“Son illər Mərkəzi Avropa qeyri-adi sabit hava səbəbindən bir neçə quraqlıq mərhələsinə məruz qalıb ki, bu da qlobal istiləşmə ilə əlaqələndirilir. Çoxillik quraqlıq artıq yeraltı sulara və meşələrə də ziyan vurub”. Afrika, Mərkəzi Asiyada da su ilə bağlı ciddi problem müşahidə olunur. Problem ölkəmizdən də yan keçməyib. Artıq məlumdur ki, Qafqazın ən böyük çayı olan Kürdə son aylar indiyədək görünməmiş ciddi ekoloji böhran yaşanır. Belə ki, Kürün mənsəbində Xəzər dənizinin suyu çaya qovuşaraq hələ də “irəliləmək”də davam edir. Artıq dənizin suyu Kür boyunca 60 kilometr məsafədə çaya qarışaraq Neftçala rayonunun Aşağı Surra kəndinə çatıb. Şor dəniz suyunun Kür çayına qarışması nəticəsində çayın suyu əhali tərəfindən istifadə üçün yararsız hala düşüb. Bu səbəbdən də artıq xeyli müddətdir ki, Nefçala şəhəri və əksər kəndlərdə əhali su problemi yaşayır. Hətta Kürün suyu o qədər şorlaşıb ki, onu mal-qara belə içə bilmir, əkinlər susuzluqdan yanır. Problemin əsasında isə o durur ki, Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb və bu səbəbdən çayın ən çökək yeri olan Xəzərə tökülən hissəsində dəniz sularına qovuşaraq geri axır. Qeyd edək ki, Kür çayının suyunun 80 faizdən çoxu, ölkə sularının isə 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Lakin son illər yaşanan qlobal istiləşmə və suların düzgün idarə olunmaması nəticəsində ölkəmizə Kür çayından daxil olan suyun həcmi 25 faiz, Arazdan daxil olan suyun həcmi isə 60 faizdən artıq azalıb ki, bu da ciddi narahatlıq doğuran vəziyyətdir. Yaranmış vəziyyətlə bağlı "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC prezident İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 15 aprel 2020-ci il tarixli sərəncamının icrası məqsədilə iki dövlət proqramı hazırlayaraq baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya təqdim edib. Qurumun mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov bununla bağlı bildirib:"Bu proqramların məqsədi qısa zaman ərzində nəticə əldə etmək, su itkisinin qarşısını almaqdır. Sənədlər çərçivəsində SSRİ dövründən qalma köhnə boruların yenilənməsi, torpaq kanalının beton üzlüyə alınması, kiçik tutumlu su anbarlarının yaradılması nəzərdə tutulur. Bunlar təklif formasında hökumətə təqdim edilib. Kənd təsərrüfatı məhsullarının istehsalının 90%-i suvarılan torpaqların hesabına başa gəlir. Son zamanlar dünyada baş verən qlobal istiləşmə, quraqlıq Azərbaycana da sirayət edir. Ölkənin su anbarlarında suyun azalması müşahidə edilir. Odur ki, təcili addımlar atılmalıdır".

Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilə qədər (ortamüddətli) və 2030-cu ilə qədər (uzunmüddətli) dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsini nəzərdə tutur. Bundan başqa, tədbirlər suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılmasına nail olmağı hədəfləyir. Hesab edilir ki, qeyd edilən istiqamətdə indidən zəruri addımlar atılmasa, su ilə bağlı problem daha da böyüyəcək.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ