Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Eşqim, məhəbbətim, Laçınım mənim! - REPORTAJ

Image


Gözün aydın ay Laçın,

Gözün aydın, Həkəri!

Bəzən geri dönürmüş

Tarixin də təkəri.

Yaşlılar görmüşlər tarixin geri dönən təkərini, biz gənclərə də nəsib oldu bunu görmək. Laçına-buranın həqiqi sahiblərini görməyə yollanarkən yolboyu öz-özümə pıçıldadığım bu sözlərin fonunda həm də hər bir azərbaycanlının qan yaddaşına həkk olunan tarixlərdən biri-1992-ci ilin 18 mayını da xəyalımdan keçirdim. Həmin tarixdə Laçın rayonu ermənilər tərəfindən işğal olunmuşdu. Laçının qocalı-cavanlı, uşaqlı-böyüklü sakinləri amansızlıqla ata-baba yurdundan qovulmuş, məcburi köçkün həyatı yaşamağa vadar edilmişdi.

Laçının dağ vüqarlı dağlarına baxdıqca ürəyim də dağa dönürdü. Tarixin təkərinin bu qədər dönməsi, Laçını yenidən bizə bəxş etməsi üçün Allah dəfələrlə şükür etdim. Eyni zamanda qəlbimə qürur hissi də doldu. Çünki Laçın işğaldan döyüşsüz azad edilmişdi. Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etmişdi. Müharibədə əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilmişdi. Bu, dövlətimizin başçısının 17 illik fəaliyyətinin, Qarabağın və Şərqi Zəngəzurun işğal altında olan ərazilərinin azad olunması üçün səylərinin nəticəsi idi.

***

Laçına qədər yolumuz Azərbaycanın Füzuli, Zəngilan, Qubadlı kimi dilbər guşələrindən keçirdi. Hüzn, həyəcan, eyni zamanda sevinc və qürur hisləri məni ağuşuna almışdı. Yolboyu erməni vandalizminə məruz qalmış yaşayış məskənlərini, tikililəri görmək hər bir azərbaycanlı kimi, mənim də qəlbimi dağlayırdı. Bununla belə dövlətimizin qısa müddət ərzində gördüyü quruculuq-abadlıq işləri, yenidən bərpa edilmiş infrastrukturlar insana necə də xoş təəssürat bağışlayır. Həqiqətən də işğaldan azad olunmuş torpaqlarımız xarabalıqdan cənnətə çevrilir. Ona görə də ermənilərin əsəri olan həmin dağıntılardan bəzilərinin bundan sonra da indiki şəkildə qalmasını istəyərəm. Qoy yurdumuza ayaq basan hər kəs iki dövlət arasındakı fərqi öz gözləriylə görsün. Azərbaycan xalqı daim qurub yaratmağın, gözəlləşdirməyin, abadlaşdırmağın tərəfdarı olub. İstər Cəbrayıl, istər Zəngilan, istər Füzuli, istər Şuşa, elə istərsə də mənim gedəcəyimizi bildiyim andan həyəcanla gözlədiyim Laçında bunu müşahidə etmək mümkündür. Gələcək illərdə də işğalçı Ermənistanın viran qoyduğu bütün yaşayış məntəqələrində abadlıq və firavanlıq hökm sürəcəkdir.

Yavaş-yavaş Laçına doğru irəlilədikcə gözümü səmadan çəkə bilmirdim. Buludlar belə fərqli bir ahəngdəydi. Doğrudur, hələ ki daşlı, təmirsiz olan yollarla irəliləməli olduq. Amma şəxsən məni bu, narahat etmədi. Vətəndə, xüsusilə 30 il düşmən tapdağı altında qalmış, azadlığına qovuşmuş torpaqlarda hər şey insana xoş gəlir. Keçən hər bir dəqiqədən zövq almağa çalışırdım. Çünki bilirdim ki, mən neçə insanın arzusunu yaşayır, gözəl Laçının canlı şahidi olurdum.

Laçının göz bəbəyi Həkəri çayına yazınlaşdıq. Həqiqətən də eşitdiyim kimi, çox gözəl görünürdü. Gözəlliyi ilə ətrafa ayrıca bir rəng qatırdı. Oxumuşdum ki, uzunluğu 113 kilometr, hövzəsinin sahəsi 2570 kvadratkilometrdir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Dağların arasından şaqqıltı ilə axan Nəkəri başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 kilometr şərqdə 2580 metr yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Həkəriyə tamaşa edə-edə bunları yada salmaq da xüsusi bir zövq verirdi mənə...

***

Noyabr ayının ortalarında olmağımıza baxmayaraq maşının şüşələri tamamilə açıq şəkildə yolumuza davam edirdik. Çünki Laçına daxil olduğumuz andan etibarən təmiz dağ havası bizi valeh etmişdi. Bu an düşünürdüm ki, kaş havadan ailəmə, rəfiqələrimə də apara bilərdim, çünki onun gözəlliyini olduğu kimi vəsf etməyə ifadə tapmayacaqdım.

Hələ yolboyu sıldırım qayaların, uca dağların arxasından bizə görünüb çəkilən günəşin batışının da şahidi olduq. Heç nə düşünmədən doyunca izləyirdim. Sanki unutmamaq üçün gözlərimlə hər anın fotosunu çəkirdim. Çünki elə bir smartfon yoxdur ki, bu gözəllikləri olduğu kimi əks etdirsin. Doğrusu, o yerləri unutmaq da mümkün deyil heç.

Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir Laçın. İşğal dövründə ermənilər tərəfindən xarabalığa çevrilən bu qədim yurdda Zəfərdən sonra dövlətimiz tərəfindən geniş tikinti-quruculuq işləri həyata keçirilir. Bu gün Laçın inkişaf edir, gözəlləşir, ən əsası da azad nəfəs alır.

Şəhəri gəzib-dolandıqca aparılan abadlıq-quruculuq işlərinə baxdıqca insan qürur hissi keçirir. Yenilənən yollar, tikilən binalar, salınan parklar, müasir görünüşə malik dövlət əhəmiyyətli obyektlər, müasir infrastruktur Laçın şəhərini müasir görkəmə bürüyür.

Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir. İllərdir işğalın ağrı-acısını çəkən bu qədim Azərbaycan yurdu sanki öz sakinlərinin qayıdışına sevinir, onları təbiətinin gözəlliyi ilə salamlayır, göz qamaşdırır.

Artıq arzuları gerçək olan laçınlılar səhəri Laçının səfalı havasını ciyərlərinə çəkərək, dağlar qoynunda yerləşən gözəl təbiət mənzərəsini seyr edərək açır. Onlar üçün illər öncə yarımçıq qalan arzular yenidən pərvazlanıb. Kimisi gənclik illərini, kimisi uşaqlıq illərini qoyub çıxmışdı Laçından. İndi doğma yurduna qayıdan ahıl şəxslər də özünü gənc kimi hiss edir. Onlar bir vaxtlar yaşadıqları doğma evlərinə qovuşublar.

Elə "1 Dekabr" küçəsinin girişindəkı evdə yaşayan İpək nənə də vaxtilə böyüyüb boya-başa çatdığı həmin evə qayıdanlardandır. Biz həyətə daxil olanda İpək nənə oğlunun əkdiyi gülləri sulamaqla məşğul idi. Adı kimi özü də ipək nənə bizi elə mehriban və səmimi şəkildə qarşıladı ki, sanki illərdi bir evin adamıyıq. 45 yaşında Laçını tərk etmək məcburiyyətində qalan nənəmiz Vətəninə qayıtdığı üçün çox sevincli olduğunu bildirdi: "Bakı da bizim yerimiz-yurdumuzdur, amma Laçın Vətənimizdir. 30 il əvvəl çıxdığım ev indi bizə təmir olunaraq geri qaytarılıb. O vaxt 4 subay övladımla buranı tək etməyə məcbur qalmışdım. İndi isə oğlum, gəlinim, nəvələrimlə geri dönmüşəm. Oğlum yaşıllaşdırma müəssisəsində, gəlinim isə məktəbdə müəllimə işləyir". Hələki Bakıda yaşayan digər iki oğlunun da təzəlikcə Laçına səfər etdiyini və oradan ayrılıb getmək istəmədiklərini deyən İpək nənə bizi çay içməyə dəvət etsə də, görməli olduğumuz yer çox, vaxtımız isə az olduğundan təklifini qəbul edə bilmədik. Yeri gəlmişkən, İpək nənənin həyətində insanı möhtəşəm mənzərə qarşılayır. Hər gün belə gözəl mənzərə ilə qarşılaşan insanın ruhu da cavan qalar. Elə İpək nənə kimi.

Maşını orada saxlayıb yola piyada davam etdik. Şəhərdə görülən işlərə ötəri nəzər salmaq yerinə, diqqətlə baxmağı seçdik. Aparılan tikinti-bərpa işləri sayəsində Laçın öz laçınlıq çağlarına geri qayıdır və doğma sakinlərini qoynuna almağa davam edir. Evlərlə bərabər, şəhərdə digər infrastruktur işlər də yüksək səviyyədə yerinə yetirilib. Şəhərin işıqlandırılma sistemi, su-kanalizasiya xətləri yenidən bərpa olunub. Milli memarlıq üslubu qorunmaqla tikililər müasir standartlara uyğun bərpa edilib. Əhalinin sosial durumunun yaxşılaşdırılmasına dair Dövlət Proqramına dəstək olaraq yeni iş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması işləri də davam edir.

Bakıdakılardan heç də geri qalmayan bir parkda dincimizi alırdıq ki, burnumuza ləzzətli ətir gəldi. Bu ətir bizi öz ardınca bir yerə apardı. Getdik, gördük ki, gözəl bir laçınlı xala sacın başında qutabları o üz-bu üzə çevirir. Elə ac vaxtımızda yerinə düşdü. Anam uşaq vaxtından məni elə öyrədib ki, harasa qonaq getdimsə, süfrəni qurmağa da, yığışdırmağa da ev sahibi qədər əl atıram. Dedim, Laçında da öz məharətimi göstərim. Ona görə də keçdim sacın başına. Qutablardan biri hazır olan kimi özümü saxlaya bilməyib dadına baxdım. Bu qədərmi fərq olar? Hələ bir vaxtlar 30 ilə yaxın həsrətini çəkdiyimiz bu torpaqlarda o yerlərin təbii otlarından hazırlanan qutab yeməyin bir ayrı ləzzəti var. Həm dadlı, həm də doyumlu qutabdan yeyəndən sonra yola davam etdik.

Yolda bir kişinin Afət adlı başqa bir kişini çağırdığını eşidində fürsətdən istifadə edib söhbətə qoşuldum. "Necəsən, Afət dayı?" deməyimlə başlayan söhbətimiz 15-20 dəqiqə çəkdi. Hələ Laçına ilk köçdə qayıdan Afət dayı hər kəsə bu yerləri görməyi arzu etdi. Onun "Laçını bizə, bizi də Laçına geri qaytardıqları üçün Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya, milli ordumuza təşəkkür edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Mən yanvar ayında Laçına yenidən qayıdanda bu yerlər xarabalığa bənzəyirdi. Çaqqalların ulaşmasından qulaq tutulurdu. Sanki hər yerdə qaranlıq hökm sürürdü. Amma indi dövlətimiz doğma yurdumun hər qarışını gözəlləşdirib. Hər tərəf o qədər işıqlandırılıb ki, hətta axşam harasa gedəndə, maşının işığını yandırmaq da yada düşmür. Allah hər kəsə Laçını görməyi nəsib etsin",- sözləriylə söhbətimizi yekunlaşdırdıq.

Laçını görənlərdən biri də mən olduğum üçün çox şadam. Vətənimin nadir incilərindən olan Laçın insanın içini titrədir. Laçın səmasında dövrə vuran quşların cəh-cəhi musiqi notlarının bir-birini ahənglə izləməsinə bənzəyirdi. Bu düşüncələrlə fikrə getmişdim ki, birdən yolun sağ tərəfində maşını park edən taksi sürücüsü gördüm. Sürücü dayıdan işlərinin necə getdiyini maraqlanmaq üçün olduğum maşını saxlatdırıb qaçdım onun yanına. Mən yanına çatanda dayı təzəcə maşından düşmüşdü. Adının Raqif olduğunu biləndən sonra ondan işlərinin necə getdiyini soruşdum. Təqaüdə çıxdığını, amma bununla belə taksi fəaliyyəti ilə məşğul olduğunu deyən Raqif dayı işinin yağ kimi getdiyini qeyd etdi. Həmsöhbətim işinin onu qane etdiyini bildirdi: "Hər cür şəraitimiz, gözəl mənzərəmiz var. Buranın havasından başqa harada varsa, gedək orada qalaq. İllərdir ki, bu yerlərin həsrətində olmuşuq. 44 günlük müharibədə qazandığımız qələbə bizi dədə-baba yurdumuza qovuşdurdu". Raqif dayı müharibə zamanı Azərbaycan xalqının yumruq kimi birləşməsinin hələ də ona yuxu kimi gəldiyini də dilə gətirdi: "O birlik nəyə desəz dəyərdi. 30 ildir arzulayırdıq ki, heç olmasa, quş olub Laçın göylərində uçaq. Hansı ki indi biz bu torpaqlara ayaq basırıq". Söhbətimizin sonunda ona işində uğurlar arzulayıb sağollaşdıq.

***

Məğrur Laçını qarış-qarış gəzməyə davam etdik. Burada sanki hamı bir-birini tanıyır, hər kəs bir-birinə öz doğması kimi yanaşır. Bir günlük belə olsa, mən də laçınlı oldum.

"Bitdi o nisgili, vətən həsrəti,

Uca dağ, sərin su, yaylaq həsrəti,

Həkərim sevincdən coşub çağlayır,

Eşqim, məhəbbətim, Laçınım mənim" mahnısı da dilimdən düşmürdü desəm, yalan olmaz.

Laçına səfərimi yekunlaşdırmaq üzrə olarkən həyətdə topla oynayan qız uşaqlarını gördüm. Laçına gəlib balaca laçınlıları dindirməsəm, olmazdı. Uşaqların arasında yerimi tutdum və öz boyum da balaca olduğu üçün onlardan heç seçilmədim. 8 və 11 yaşlı gözəl balalar Bakıda doğulub böyüsələr də, Laçına bir ayrı heyran olublar. Artıq 6 aydır ki, Laçına gəldiklərini və buranı daha çox sevdiklərini deyən Zəhra, İlknur və İpəkdən buradakı tədris haqqında da maraqlandım. Uşaqlar laçınlı müəllimlərin onlara dərin bilik aşıladığını qeyd etdilər: "Müəllimlərimiz çox mehribandır. Məktəbimizdə bizim üçün hər cür şərait yaradılıb". Elə balaca mələklərin danışığından onlara dərin bilik aşılandığı hiss olunurdu. Sonda 11 yaşlı İpək Ali Baş Komandanın sözlərini xatırladaraq Laçının həqiqətən cənnət olduğunu dilə gətirdi.

Elə mən də Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə qatılıram. Azərbaycanın təkcə Laçını yox, hər bir bölgəsi cənnətə çevrilir. Odur ki, cənnət görmək istəyən buyurub Azərbaycana gələ bilər.

Deyirlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Elə mən də Laçın haqqında çox eşitmişdim. Amma bircə dəfə görmək nəyə desəniz, dəydi. Məncə, Laçın hər bir azərbaycanlının gəlib öz gözləriylə görməli olduğu bir yerdir. Laçın Azərbaycandır! Qarabağ Azərbaycandır!

Ləman Sərraf



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ