Bakı şəhər Baş Polis İdarəsi paytaxtda yol polisi əməkdaşının həbs edilməsi barədə yayılan məlumatları təkzib edib. İdarədən APA-ya bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının guya rüşvət alarkən həbs olunması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
İdarədən həmçinin bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində Rəşad Quliyev adlı əməkdaş çalışmır.