Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 766,824 manat artıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Dekabrın 1-i 2014-cü il tarixinə olan vəziyyətə görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 59 196 080 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.
Artım yalnız manat hesabında olub. Dollar və avro hesablarına vəsait daxil olmayıb.