Ferguson şəhərində qaradərili gənci güllələyərək öldürən polis əməkdaşı Darren Wilson istefaya çıxıb. Bu barədə onun vəkili Neil Bruntrager bildirir. Avqust ayında 18 yaşlı Michael Brown-un ölümü ilə nəticələnmiş insidentdən sonra polis əməkdaşı vəzifəsinin icrasından kənarlaşdırılmışdır.
Ötən həftə cənab Wilson-nun işinə xitam verən məhkəmə hökmündən sonra Fergusonda başlayan qarışıqlıqlar ölkə böyunca bir neçə şəhərə yayılaraq, talançılıq və vandalizm halları ilə müşayiət olunub.
Polis Avqustun 9-da "tələblərə tabe olmayan” Darren Wilson-a qarşı odlu silah tətbiq etmək məcburiyyətində qaldığını bildirib. Bu hadisə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalara səbəb olmuşdu. "Vicdanı təmiz” olduğunu deyən 28 yaşlı Darren Wilson təlimatlara uyğun hərəkət etdiyini bildirib.
Michael Brown-un qohumları məhkəmə qərarı ilə razılaşmayıblar.
Darren Wilson-un istefasından əvvəl polis departamentinə daxil olan təhdidlərdə polisin vəzifədə qaldığı təqdirdə iğtişaşların davam edəcəyi bildirilib, yerli "The St Louis Post-Dispatch” qəzeti yazır.
Mətbuata əsasən Missuri ştatının qubernatoru insidentlə bağlı yeni andlılar məhkəməsini keçirmək çağırışlarını rədd edib.