Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Allahşükür Paşazadə: “Xameneyi mənimlə Azərbaycan dilində söhbət etdi” - MÜSAHİBƏ
Tarix: 28.11.2014 / 18:54
Bölmə: Gündəm
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsi
- Hörmətli Şeyx, bu yaxınlarda İrana baş tutmuş səfəriniz çərçivəsində görüşləriniz, beynəlxalq konfransda çıxışınız oldu. Səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?
- Bismillahir-Rəhmanir-Rəhim! Bizi ağayi Ayətullah əl-üzma Nasir Məkarim "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün dəvət etmişdi. Mən o konfransda ən ağrılı mövzu - dini radikalizm mövzusunda çıxış etdim, təkliflər səsləndirdim. Bu çıxış isə demək olar ki, o konfransın ana xəttini təşkil etdi. Çıxışımda radikalizmdən, ekstremizmdən, təkfirçilikdən, eyni zamanda müxtəlif yollardan istifadə edib İslama qarşı mübarizə aparanlardan, İŞİD və ona oxşar terrorçu qrupların yaradılmasından, İslamı dünyada gözdən salmaq üçün aparılan siyasətdən danışdım. Konfransın iştirakçıları olaraq bütün dünya üçün təhlükə yaradan qüvvəyə qarşı mübarizə aparmaq haqqında fikirləşməyə toplaşmışdıq. Bu gün bu qüvvənin törətdikləri elə formada baş verir ki, müsəlmanlar birlikdə olmasalar, birlikdə qərar verməsələr, buna qarşı ciddi mübarizə alınmayacaq və nəticəsi ağır olacaq.
Əslində İŞİD nədən yaranıb? İŞİD elə məscidlərdən, orada kimlərsə tərəfindən tərbiyə olunmuş cavanlardan yaranıb. İndi fikirləşmək lazımdır, biz harada səhv etdik ki, gözümüzün qabağındakı məscidlərdə cavanlar bu yola düşdü? Axı bu nə üçün oldu və bunun arxasında kimlər dayanır? Bu gün müsəlman dövlətlərində bu qüvvələrdən istifadə edənlər, onu yaradanlar özləri də xofa düşüblər. Onlar özləri üçün də təhlükə yaradıblar. Bu gün İŞİD əsas mövzudur. Bəzən mənə elə gəlir ki, ora qoşulmaq üçün gedənlərdə hamımızın, elə QMİ sədri kimi mənim də bəlkə günahım var. Onda bəs Avropadan gedib ora qoşulanlara görə günahkar kimdir? İŞİD bu günlərdə yaranmayıb. İŞİD, radikal qruplar əslində SSRİ Əfqanıstana girən vaxtlarda yarandı. Bunların yaranmasının da əsasını elə ABŞ özü qoydu. Qərb dövlətləri də burada iştirakçı oldu. Məqsəd bu qruplardan istifadə edib SSRİ-ni dağıtmaq idi və dağıtdılar. Bununla da bu qrupların, onları bürüyən fikirlərin əsası qoyuldu. Ola bilsin, indi İŞİD adlanır, amma o vaxt başqa cür adlanıb, ondan sonra başqa cür, gələcəkdə də başqa cür adlana bilər. Amma mahiyyət eynidir. Sabah bir də gördün İŞİD adını silib, başqa ad qoyacaqlar. Qeyd elədiyim vaxtda bu fikir formalaşmağa başlayandan bunların maliyyəsinin də əsası qoyuldu. O qədər gücləndirdilər ki, sonradan ABŞ-ın özünə qarşı oldular.
Suriyada, İraqda və digər oxşar ərazilərdə baş verən məlum hadisələrin arxasında da əlbəttə ki, həmin bəzi qüvvələr dayanır. Məsələn, götürək Suriyanın Kobani şəhərini. İndi guya böyük dövlətlər yığışıblar ki, "gəlin Kobanini azad edək”. Amma azad edə bilmirlər. Bəs hanı onların car çəkdikləri qüvvələri? Nə üçün bu qədər dövlət birləşib, amma bir şəhəri terrorçu təşkilatdan azad edə bilmir? Gəlin onlardan soruşaq, həqiqətən bu şəhəri İŞİD-dən azad etmək istəyirlər, yoxsa necə? Niyə bu oyunu oynayırlar? Bu siyasət deyil, bəs nədir? Yaxşı. Niyə adında İslamı həkk edən İŞİD bir dəfə Fələstin məsələsini qaldırmır? Sionizmin qarşısında nə üçün bir dəfə məsələ qaldırmır? Amma bütün işləri-gücləri müsəlmanları qırmaqdır, qeyri-insani hərəkətləri nümayişkaranə surətdə etməkdir.
Bu cəbhəni Qərb dövlətləri, ABŞ yaratdı və bundan baryer düzəltmək istədilər. Buna səbəb müxtəlif niyyətləri ilə yanaşı, İslamı inteqrasiyadan məhrum etməkdir. Amma Qərb dövlətlərinin özündə belə bu gün insanların zehnində İslam davam edir, genişlənir. ABŞ-da, Fransada, İtaliyada bu daha geniş cərəyan edir. Onlar insanların, xüsusilə Qərb xristianlarının zehnində belə bir baryer yaratmaq istəyirlər ki, İslam öldürücü, məhvedici, kəsici bir dindir. Təəssüf ki, bu qəbuledilməz qeyri-həqiqətin reallaşmasına bu gün müəyyən dərəcədə nail oldular. Bu gün özünü müsəlman elan edən kəs "Allahu əkbər!” deyib bir müsəlmanın başını kəsir. Heç bilirsiniz bu faktlar hansı dəhşətin gəlməsinin əlamətidir? Axı Allahın hökmü, Peyğəmbərin (s.ə.s.) buyuruğu var ki, bir insan "Lailahəilləllah, Muhəmməd Rəsulullah” deyirsə, onun qanı digər müsəlmana haramdır. Onu öldürmək olmaz! Amma indi o müsəlmanı nəinki öldürürlər, "Allahu əkbər!” deyib başını kəsirlər. Bu, İslama sığmayan, İslama yaxın gəlməyən bir haldır. Bax, İslamı belə məhv edirlər. İndi biz xaricə gedəndə müsəlman kimi hansısa avropalının qarşısına çıxanda onun ağlına ilk növbədə İŞİD gəlir, ölmək, baş kəsmək, dağıtmaq gəlir. İŞİD kilsələri də yandırır axı. Misirdə, İraqda, Suriyada bunların şahidi oluruq.
Biz müsəlmanların da çatışmayan cəhəti odur ki, mübarizə formasını, təbliğat formasını elə götürürük ki, bir-birimizə qarşı qoyulan formalardan ibarət olur. Sünni-şiə problemləri bundan qaynaqlanır. Bu bizim zəifliyimizdir. Yeni məzhəblərin, təriqətlərin yaranması bundan qaynaqlandı və özümüzü böyük təhlükələrlə üz-üzə qoydu. Bu, Azərbaycanın özündə də oxşar baş verdi. Qapalı Sovet İttifaqı dağılan kimi müstəqilliyimizin ilk illərində buraya dünyanın müxtəlif yerlərindən müxtəlif insanlar ayaq açdı. O vaxt bizim insanların hər şeyi olsa da, din məsələsində zəif idilər. O vaxt cəmi 17 məscidimiz vardı. Ayaq açıb bura gələn insanlar da o vaxt gözəl bilirdilər ki, bu insanları mənəvi cəhətdən yaxın gətirmək problem deyil. Beləliklə, o insanlar bizim ölkəyə gəldilər və o dövrdəki səriştəsiz dövlət rəhbərləri ilə birbaşa əlaqə yarada bilib icazə aldılar və başladılar məscidlər tikməyə, dini bildikləri kimi təbliğ etməyə. Məhz o insanlar 72 məscid tikdilər ki, mənim buna QMİ sədri kimi heç bir icazəm də olmadı. Çünki mən bilirdim ki, bu düzgün deyil. Amma məscidlər tikildi və o insanları göndərən hər dövlət öz ideyasını Azərbaycanda tikilən o məsciddə yerləşdirə bildi. Vəhhabilik, təkfirçilik məscidlərdə o vaxtdan yayılmağa başladı. Onların məqsədi Azərbaycanda İslamı inkişaf etdirmək deyildi. Sadəcə, yeni müstəqil olmağa başlayan Azərbaycanda hər bir dövlət öz "İslamını” qurmağa başladı. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra görüşümüzdə bu məsələni müzakirə etdik. Mən bu məsələni təfsilatı ilə ona danışdım. O, mənim dediklərimi qəbul etdi və biz birlikdə yeni addımlar da atdıq. Birinci dəfə məscidə gəldi, Təzə Pirdə çıxış etdi. Biz birlikdə dini məsələlərdə nələrsə etdik. Amma təəssüf ki, çox gec idi. Müəyyən məsələlər artıq kök salmışdı və çətinliklər yaranmışdı. Bu gün də məhz o yaranan çətinliklərlə üz-üzəyik. Bu gün də o kök salan məsələlər davam edir. Hələ biz ona qarşı ola-ola, - şəxsən mən əvvəldən onlara qarşı olmuşam, - müəyyən qədər qarşısını ala bilsək də, təhlükə yenə qaldı, təkfirçilər, radikal qruplar meydana gəldi və çoxaldı. İçindən də İŞİD çıxdı. İndi nəinki biz, bütün İslam bundan əziyyət çəkir. Peyğəmbərin (s.ə.s.) bizə qoyub getdiyi İslamı düzgün təbliğ olunmaması üzündən bu vəziyyətə gəldik çıxdıq.
Bütün bunlardan sonra birinci dəfə olaraq sırf bu mövzuda konfrans İranda keçirildi və biz ora toplaşdıq. Biz minnətdarıq ki, İran dövləti bu konfransı keçirdi və belə bir məsələnin həllini müzakirə olaraq ortaya qoydu. Orada həm şiələr, həm də sünnilər toplaşmışdı. Hər millətdən, hər dindən nümayəndələr vardı. Hamısı birlikdə təəssüflənirdi ki, vaxtında toplaşa bilmədik və bu gün bu cür təhlükə ilə üz-üzə qaldıq. Qərar da bu oldu ki, bu cür toplanmalar davam etsin. Növbəti günlərdə yenə Misirdə, Səudiyyə Ərəbistanında toplaşmağı qərara aldıq. Əsas odur ki, İslam aləmini oyadıb Qərb dövlətlərinin bizə qarşı başladığı bu oyunu anlada bildik. Bunun bünövrəsi yoxdur. Bunu Qərb dövlətləri yaradıb və məhv olub gedəcək. Ancaq başqa İŞİD yaranmayacaqmı? Adı başqa olan növbəti dəstə yaranmayacaqmı? Əsas məsələ təkfirçilikdir. Problem, təhlükə budur. Təkfirçilik İslamdan istifadə edib İslama qarşı aparılan mübarizədir ki, bu da dəhşətlərlə müşahidə olunur.
- Bu radikalların həmin ölkələrdəki fəallığının gələcəkdə Azərbaycanda olması gözləniləndirmi?
- Başqa ölkələrlə müqayisədə bizdə təhlükə hələ çox azdır. Son vaxtlar Dini Komitənin sədri Mübariz Qurbanlının, dövlət müşaviri Kamal Abdullanın fəaliyyəti, onların tez-tez rayonlara səfərləri, dindarlarla görüşləri, toplantılar keçirmələri çox yaxşı nəticələr verir. QMİ olaraq hər ay müxtəlif bölgələrdən həm sünni, həm də şiə məzhəbindən olan 60 din adamını yığıb kurslar keçirik. Bu kurslara hüquq-mühafizə orqanları, başqa təşkilatlardan da insanlar cəlb olunur, dindarlarla söhbət aparır. Prezident İlham Əliyev bu məsələdə bizə çox böyük dəstək verir. İndi biz işləri bu formada aparırıq ki, nəyinsə qarşısını vaxtında alaq. Amma bu o demək deyil ki, bununla hər şey həll olundu. Qafqazın Şeyxi kimi bölgədə, xüsusən Dağıstanda baş verən hadisələri gözəl görürəm. O hadisələrin Azərbaycanda inkişaf etməməsi üçün Dağıstanda, Çeçenistanda Azərbaycan səmtinə müəyyən sərhədlər olmalıdır. Son vaxtlar Qafqazın dini liderlərini tez-tez çağırıram, söhbətlər aparıram. Bu yaxınlarda Kabardin-Balkarda böyük bir toplantı keçirdim, Qafqazın bütün dini liderlərini toplayıb müzakirələr apardıq. Yəni imkanım daxilində o hadisələrin gəlib bizim sərhədimizə çatmasını görmək istəmirəm. Bu, istər Türkiyədən, istər İrandan bölgəmizə gələ bilər. Bilirsiniz, elə mənəvi məsələlər var ki, qardaş olsaq da, biz onu paylaşa bilmərik. Məsələn, burda bir insan ata-babadan şiədirsə, deməli, o da şiə olacaq. Sünnidirsə, sünni olacaq. Onun əqidəsini dəyişə bilmərik.
- Səfər çərçivəsində İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ilə də görüşünüz oldu. Görüşdə hansı maraqlı məqamlar müzakirə olundu?
- Mənim üçün ən maraqlı məqam onun mənimlə Azərbaycan dilində danışması oldu. Bu, mənim onunla ilk görüşüm deyildi. İnqilab ərəfəsində, ondan sonrakı vaxtlarda görüşlərimiz olub. Hətta o vaxt Ayətullah Xomeyninin vəfatından 7 gün sonra görüşdüyü ilk şəxs mən olmuşam. O vaxt görüşəndə hətta İranın xarici işlər naziri ona deyəndə ki, ağa, farsca danış, o cavabında dedi ki "imkan ver bir az türkləşək”. Azərbaycanı yaxşı bilən, Heydər Əliyevə böyük ehtiram edən şəxsdir. İlham Əliyevlə də münasibətlərə böyük önəm verir.
Keçirdiyim görüşlərdə də İran-Azərbaycan münasibətləri, dini baxımdan başqa ənənəvi-tarixi bağlılıqları bir daha qeyd edib, əsas mövzunu etdik. Qarabağ məsələsini də gündəmə gətirdik. Onlara dedim ki, ruslar Əfqanıstana girdi, heç kim dinmədi, Ermənistan Qarabağı zəbt etdi, məscidlərimizi dağıtdı, heç kim dinmədi, İraq və Suriya dağıdıldı, yenə heç kim dinmədi. Çünki müsəlmanlarda birlik olmadı. Şəxsən mən o dövrdə bütün dini liderlərə dəfələrlə müraciət etdim ki, Qarabağda İslam məbədləri dağıdılır, müsəlmanlar qırılır, birləşək. İndi heç olmasa başa düşmək lazımdır ki, bizim birliyə daha çox ehtiyacımız var.
Biz İran dövləti ilə münasibətlərimizi həmişə çox yaxşı etməliyik. Şəxsən mən bunu istəyirəm. Amma bu, hansısa səbəbdən olmamalı, bir məzhəb üzərində qurulmamalıdır. Ən azı bir müsəlman kimi olmalıdır.
- Görüşlər zamanı İranın dövlət telekanalı olan "Səhər”in anti-Azərbaycan təbliğatı onların nəzərinə çatdırıldımı?
- Biz onlarla bu məsələ ətrafında çox danışmışıq, iradlarımızı bildirmişik. Məncə, axır vaxtlar bu kanal artıq elə təbliğat aparmır. Bizcə, bu məsələ artıq həllini taparaq keçmişdə qalıb deyə, görüşlərdə bunu qaldırmadıq.
- QMİ-nin İranda nümayəndəliyi fəaliyyətə başladı. Azərbaycan-İran münasibətlərində bu, nə kimi yeniliyə səbəb olacaq?
- Biz tək İranda yox, UNESCO-da, Avropa Şurasında da nümayəndəliyimizi açmaq istəyirik. Artıq müvafiq məktublar hazırlamışıq və göndəririk. Rusiyada, Türkiyədə, Gürcüstanda böyük nümayəndəliklərimiz var. Gələcəkdə başqa ölkələrdə də ola bilər. İranda da açılması bizim üçün maraqlı oldu. Çünki bəzi dini məsələlər, fətvalar var ki, nümayəndəlik bu məsələdə lazım olacaq. Yəni müəyyən fətvalar verəndə görək uyğunluq var, ya yox. Bundan başqa, Qumda bizim gənclərimiz təhsil alır. Onlarla ünsiyyət lazımdır ki, həqiqi təhsil alsınlar, problemlər yaranmasın. Mən oradakı azərbaycanlı tələbələrin çoxu ilə görüşdüm. Ora gedənlərin içərisində ancaq əqidəsi üçün, Allah yolunda gedənlər də var. Hətta mənə deyənlər vardı ki, "bu məktəb ABŞ-da da olsaydı, oxumağa gedərdim”. Yəni içlərində çoxu həqiqi dini təhsil almaq üçün oradadır və Azərbaycana sadiqdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ