Bazar ertəsi günü, 05 oktyabr 2026
     

92-də Şuşa və Laçının xəyanət qurbanlığı, tarixçi akademik-professorlarımızın yoxa çıxması və Prezidentin "təklənməsi" - Aydın Quliyev yazır...

Image


    İllərdən bəri neçənci dəfədir Azərbaycan Prezidenti İlham Əliyev Şuşa və Laçının siyasi xəyanət qurbanları olduğunu qəti inamla bəyan etsə də, onun son dərəcə ciddi bəyanatına siyasətdə də yer tutmuş elmi personalardan heç bir dəstək reaksiyası gəlmir. Hər kəs bilir ki, müasir siyasətdə elmi araşdırmalarla əlavə sübutları və arqumentləri tapılmış siyasi tezis və mülahizələrin həqiqət gücü daha da artır. Məntiqi olaraq belə çıxır ki, elmi sübutları olmayan siyasi mülahizələrin həqiqiliyinə şübhə və inamsızlıqlar həmişə "başının üstündə" olur.

    Prezidentin sözügedən siyasi tarix mülahizəsinə YAP-ın və ona "genetik müttəfiq" partiyaların reaksiyaları məlumdur. YAP-a "genetik müttəfiq" partiyalar deyəndə 91-92-ci illərdən fərdi planda Heydər Əliyevi müdafiə edən, lakin  müxtəlif subyektiv səbəblərdən YAP-a qoşulmayan fəal şəxslərin sonralar ayrıca  yaratdıqları partiyalar nəzərdə tutulur. Adlar çəkməklə mövzunu hələlik şaxələndirmək istəmirəm. YAP özü və onun bu kateqoriyadan olan müttəfiqlərinin Şuşa və Laçının xəyanətlə işğalını öz siyasi platformalarının əsas müddəalarından biri kimi qəbul etdiklərinə söz yoxdur. Bu mənada, onların Şuşa və Laçın məsələsində Prezidentin yanında fəal mövqe tutduqlarını da inkar etmək olmaz.

     Bəs Laçın və Şuşanın işğalı vaxtlarında -1992-ci ilin iqtidarda və müxalifətdə olan hegemon siyasi qüvvələrindən törəmiş siyasi partiyaların reaksiyaları nədir? Onların bir çoxu bu gün YAP-ın,  "genetik" olmasa da, "siyasi situativ müttəfiqləri sayılır, bəzən konstruktiv adlandırılan bu partiyalar özlərinin radikal qüvvələrdən fərqli siyasətləri sayəsində ölkənin siyasi proseslərində, seçkilərdə iştirak edir, mötəbər mövqe  və məqamlar qazanır, özlərini ölkənin siyasi palitrasını tamamlayan “çox vacıb elementlər" hesab edir, hətta yeri gələndə müstəqil siyasi iddialar da səsləndirərək prezidentliyə namizədlər də çıxarırlar. Əsasən Azərbaycan Xalq Cəbhəsindən birbaşa, ya ondan "ikinci və üçüncü qarın doğuluşu" ilə törəmiş bu partiyalar da Şuşa və Laçın məsələsində YAP-a müttəfiqlik etmədilər. Əslində İlham Əliyevin mövqeyinə dəstək vermədilər. Bu kateqoriya partiyalar da növbəti siyasi təhlillərimizin ayrıca mövzuları olduqları üçün konkret adlar çəkərək bu yazını şaxələndirmək istəmədim.

   Əsas mövzuya qayıdaq - Şuşa və Laçının xəyanət qurbanı olduqları barədə Prezidentin siyasi mühakiməsinə elmi-tarixi sübutların işlənməsi sahəsindəki boşluqlara... Tarixçı professor-akademiklərin Prezident Əliyevin Şuşa-Laçın barədə  ittihamlarına münasibətdə "yoxa çıxmalarının " səbəbləri daha maraqlıdır. Maraq dairəsini bir az da genişləndirmək üçün əlavə edək  ki, bu adamların çoxu ən isti mövqeləri, titul və fəxri adları, vəzifə və hətta mandatları məhz Prezident İlham Əliyevin yaratdığı imkanlar şəraitində əldə ediblər. Bəs niyə susdular? Bəlkə 92-ci ildə Şuşa və Laçının xəyanət üzündən asanlıqla işğal olunduğunu dönə-dönə deyən Prezidentdən fərqli düşünürlər? Hətta fərqli düşüncələrə belə yer verildiyi indiki şəraitdə onların öz mövqelərini açıq deməmələri də qəbahət olmaqla suallar doğurur.

    Ən kəskin sual odur ki, 92-ci ildə Şuşanın işğalı ərəfəsində ölkənin hakimiyyət uğrunda misilsiz siyasi intriqa və ziddiyyətlərin girdabına düşdüyü birmənalı bəlli olsa da, hələ də bəziləri Şuşanın süqutunun siyasi intriqalarla bağlı ola biləcəyinə ehtimal vermirlər. Ancaq siyasi intriqalarla Şuşanın süqutu arasında elə bir aydın əlaqə görünür ki, onun təsdiqi üçün tarixçilərin dəlilli-sübutlu araşdırmalarına çox böyük ehtiyac var idi. Nədən çəkindilər?

İnstitut direktorundan tutmuş mandat sahiblərinə qədər elmi titulları və dövlət təltiflərinin siyahısı göz qamaşdıran bu məşhur şəxslərin birindən heç olmasa bir ədəd elmi araşdırma jurnal məqaləsi, kitabça görmədik. Hələ dissertasiya mövzularını demirəm. Halbuki, tarix üzrə fəlsəfə və elmlər doktorlarının əlindən tərpəşmək olmur. Ən müasir və yaxın siyasi tariximizin Şuşanın iflası və azad edilməsindən önəmli mövzusu nə ola bilər ki... Şuşa və Laçının hakimiyyət uğrunda daxili siyasi mübarizələr nəticəsində müdafiəsiz qalaraq asanlıqla süqut etməsinə heç diqqət ayırmayan titullu alimlərimizi hələ "suyun şırıltısına qulaq asmağa" məcbur edən nədir? Ən yaxın tariximizin mühüm bir faktı üzərindən laqeydliklə keçmək və ya susmaq elə onun saxtalaşdırılmasına bərabərdir.

      Şuşanın süqutunu o zamankı hakimiyyət intriqalarına bağlamaqda tərəddüd edənlərin tarix yaddaşlarını təzələməyə çalışaq. 1992-ci il fevralın 26-da ermənilər Xocalı soyqırımını törətdi. Martın 6-da Ayaz Mütəllibov istefa verdi. Yaqub Məmmədov Ali Sovetin sədri seçiləndən az sonra iyunun 7-nə  prezident seçkiləri təyin edildi. Hamı bilirdi ki, Xalq Cəbhəsinin seçkidə qalib gələcəyi an məsələsidir. Bu zaman Mütəllibovun qvardiyası olan keçmiş kommunistlər onu yenidən qeyri-seçki yolu ilə hakimiyyətə qaytarmaq üçün hər cür hoqqalardan çıxırdılar. Gedən proseslər aydın göstərirdi ki, Mütəllibovçular 7 iyun seçkilərində qalib gələ bilməyəcəklərini yaxşı bildikləri üçün hakimiyyəti qamarlamağın qeyri- seçki üsullarının fəal axtarışlarırındadırlar. Bunu AXC rəhbərliyi də görürdü. Ölkənin silahlı birləşmələrinin rəsmi dövlət  strukturlarını yox, məhz AXC rəhbərliyini eşitməsini, onun sözü ilə oturub-durduğunu da hamı bilir. Belə şəraitdə AXC rəhbərliyi Mütəllibovçuların qeyri-seçkili yollarla hakimiyyətə qayıdış planlarını önləmək üçün əsas silahlı birləşmələri yavaş-yavaş cəbhələrdən Bakıya  daşımağa başladı. Şuşanın müdafiəsi zəiflədi və nəhayət mayın 8-də süqut etdi. Mayın 14-dən 15-nə keçən gecə isə Mütəllibovçular Şuşanın süqut faktından istifadə edərək çevrilişlə hakimiyyətə gəldilər. Mayın 15-də AXC Mütəllibovçuların çevrilişlə hakimiyyətə qayıtmaq üsuluna eyni üsulla cavab verərək çevriliş etdi, İsa Qəmbər Ali Sovetin sədri seçildi.

Elə həmin gün müdafiəsiz qalmış Laçın da işğal edildi. Siyasi spruta bənzəyən mənzərəni indi ümumiləşdirək. AXC-nin heç bir idarəçilik təcrübəsinin olmadığı şəraitdə hakimiyyətə gəlmək təşnəsi olmasaydı, Mütəllibovçu dəstə Moskvadan siyasi revanşa təhrik edilməsəydi, AXC Mütəllibovun çevriliş modelini təkrar etməsəydi və nəhayət aşkar Qərbyönümlü Cəbhənin zamansız hakimiyyətə gəlişinin rus-erməni qüvvələrini nələrə təhrik edəcəyi öncədən düzgün "raşşot" edilsəydi, o zaman nə Şuşa və Laçın gedərdi, nə də bir il sonra 5 ətraf rayon... Bütün bunlar Şuşanın daxili hakimiyyət intriqaları və siyasi xəyanətlərin qurbanı olması demək deyilmi?

Prezident Əliyevin dönə-dönə ifadə etdiyi xəyanətin siyasi platforması budur, onun elmi-tarixi platformaya çevrilməsi isə bu məsələdən yan keçməyə çalışan adlı-sanlı, Prezidentdən umacaqları sərhəd  tanımayan tarixçi akademik-professorların işidir. Əgər İlham Əliyevin dediklərinə şübhə etmirlərsə, "suyun şırıltısına qulaq verə -verə" hansısa "X" gününü gözləmirlərsə, çoxlarının şübhə etdiyi öz "araşdırmaçılıq istedadlarını" ortaya qoysunlar. Qoy biri cəsarətlə ortaya çıxaraq Şuşanın xəyanət qurbanlığı barədə elmi monoqrafiya üzərində işlədiyini bəyan etsin, varsa masaya qoysun. Niyə indiyə qədər Akademiyanın və Universitetlərin Elmi Şuraları Şuşanın işğal tarixi ilə bağlı kiməsə elmi, ya fəlsəfi doktorluq mövzuları verməyib? Bəlkə bu mövzuya sahib çıxmaq istəyənlər olmayıb?..

    Şuşanın xəyanət qurbanlığına dair Prezidentin siyasi platforması öz elmi təsdiqini hələ gözlədiyi və tarixçilərin gizləndiyi bir vaxtda əks düşərgədən reaksiyalar gəlir. Əli Kərimli deyir ki, AXC hələ o zaman 92-ci ilin 7 iyun seçkilərinin təxirə salınmasını təklif edən rəsmi bəyanat yaymışdı. Hansısa AXC fəalının bir müsahibədə bu fikri işlətməsi mümkün ola bilərdi. Lakin sual doğuran məqam odur ki, bunun bütünlüklə AXC-nin həqiqi siyasi platforması olduğu sübut olunubmu? Əgər sübut olunubsa, Şuşanın işğalına görə Mütəllibov çetesi  və AXC milli xəyanət məsuliyyətini bölüşməlidir. Sübut olunmayıbsa, xəyanətin məsuliyyəti büsbütün AXC rəhbərliyinin boynundadır. Bu gün həmin məsuliyyəti bölüşməli olan siyasi fiqurlar hətta hakimiyyətə yaxın çevrələrdə də təmsil olunurlar. Ancaq birindən reaksiya çıxmadı ki, AXC-nin 7 iyun 1992-ci il seçkisinə rəsmi münasibəti necə olub...

    AXC-nin çətiri altından çıxaraq bu gün YAP hakimiyyətinə yaxın yerdə səf tutan partiyalar da, tarixçi akademik-professorlar da Şuşa barədə 28 il əvvəlki həqiqətləri faktlarla təsdiq və sübut etmədilər, çalışmadılar da. Bu, İlham Əliyevin tariximizin önəmli bir mövzusunda öz bildikləri ilə təkbətək buraxılması deyilmi?.. Ancaq "konyunkturşiklərdən" fərqli olaraq xalqın həqiqətin yanında olduğunu nəzərə alsaq, o tək deyil...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ