çərşənbə günü, 07 oktyabr 2026
     

Koronavirusla bağlı dünya “pandemik paradoks” vəziyyətində… Ziddiyyətli durumun Azərbaycana da təsiri istisna deyil…

Image


Koronavirus pandemiyası ilə bağlı dünya miqyasında ciddi problemlər davam etməkdə, eyni zamanda ortaya bəzi ziddiyyətli məqamlar da çıxmaqdadır. Belə ki, bəzi ölkələrdə peyvəndləmə fonunda karantin tədbirlərinin yumşaldılması tələsik addım sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu fonda, xüsusən Avropa ölkələrini koronavirusa qarşı mübarizədə karantin qaydalarının yumşaldılması üçün tələsməməyə çağırıb.

Qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe yoluxma səviyyəsinin hələ də yüksək olması və səhiyyə sisteminin ciddi şəkildə yüklənməsi barədə xəbərdarlıq edib. O bildirib ki, yoluxma səviyyəsini aşağı salmaq üçün uzunmüddətli və qətiyyətli səylərin göstərilməsi tələb olunur: “Biz ağır dərslər aldıq: tələsik açmaq və bağlamaq, sonra yenidən hər yeri açmaq uğursuz strategiyadır. Biz səbrli olmalıyıq. Vaksinasiyanı həyata keçirmək üçün zamana ehtiyac var”. Kluqe Avropa ölkələrindəki vəziyyəti “pandemik paradoks” adlandırıb. O bildirib ki, bir tərəfdən Avropanın 35 ölkəsində artıq 25 milyon peyvənd dozası vurulub. Bununla yanaşı, qitədə digər virus mutasiyaları geniş yayılmağa başlayıb. Hazırda Avropanın 33 ölkəsində Böyük Britaniya, 16 ölkədə isə Cənubi Afrika Respublikasında (CAR) aşkarlanan virus ştammlarının yayılması təsdiqlənib: “Ona görə də indi Avropanın 25 ölkəsində qüvvədə olan karantin qaydalarının yumşaldılması üçün tələskənlik etmək düzgün olmazdı. Zamanla yarışda insanlar səbrli olmalı, əhalinin müəyyən bir hissəsinin peyvəndlənməsi başa çatanadək karantin qaydalarının qüvvədə qalması diqqət mərkəzində saxlanmalıdır”.

Belə bir vaxtda o da bəlli olub ki, koronavirusun yeni variantları dünyanın müxtəlif ölkələrində sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ilk dəfə Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni variant artıq dünyanın 70 ölkəsinə yayılıb. Qeyd edək ki, ötən həftə bu rəqəm 60 olub. İlk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan ştammın da yayılma arealı kifayət qədər genişdir. Bir həftə ərzində bu ştammın aşkarlandığı ölkələrin siyahısına daha səkkiz ölkə əlavə olunub və ümumi say 31-ə çatıb. Braziliyada rast gəlinən ştamm isə indiyədək səkkiz ölkədə təsdiqlənib. Koronavirusun Böyük Britaniya variantının daha yoluxucu olması və ölüm hallarının çoxluğu məsələsinə gəldikdə isə, beynəlxalq qurumun açıqlamasında bu nəticələrə ilkin tədqiqatlar əsasında gəlindiyi və dərinləşdirilmiş araşdırma və analizlərə ehtiyac olduğu qeyd edilib. Eyni zamanda, CAR-da aşkarlanan variantın anticisim neytrallaşmasına daha az reaksiya verməsi, bəzi ekspertlərə görə, koronavirusa ikinci yoluxma halına yol aça və koronavirus əleyhinə peyvəndlərin təsir gücünü azalda bilər. Qeyd edilib ki, bu istiqamətdə də əlavə tədqiqatların aparılmasına ehtiyac var.

Bu durumda koronavirusun yeni variantlarının sürətlə yayılmasının qarşısını almaq məqsədilə Avropa Komissiyası Avropa İttifaqı ölkələri arasında və eləcə də xaricdən səfərlərlə bağlı əlavə məhdudiyyətlərin tətbiqini tövsiyə edib. Komissiya tərəfindən, həmçinin, bir sıra ölkə və regionlar üçün daha ciddi test və karantin qaydalarının qüvvəyə minməsi təklif edilib. Eyni zamanda qeyd edilib ki, Aİ ölkələrini əhatə edən və üç rəngdən ibarət olan işıqfor xəritəsinin də təkmilləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, geridə qalan iki həftə ərzində hər 100 min nəfər sakinə 500-dən artıq yeni yoluxma halı qeydə alınan yüksək risqli ərazilər üçün xəritədə “tünd qırmızı” kateqoriyası və ona uyğun məhdudiyyətlər kataloqu yaradılmalıdır. Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders bildirib ki, həmin tünd qırmızı regionlara və oradan digər yerlərə vacib olmayan səfərlərdən qəti şəkildə çəkinmək lazımdır. Bu tövsiyə təkcə ölkələrarası səfərlərə deyil, eyni zamanda, bir ölkənin daxilindəki regionlara da şamil olunmalıdır. Artıq bir sıra Avropa ölkələri yeni qaydaların tətbiqinə start verib. Məsələn, Avstriyaya səfər edənlər öncədən onlayn qeydiyyatdan keçməlidir. Fransa və Almaniya yüksək infeksiya göstəricilərinə malik ölkələrin siyahısına əlavələr edib, Belçika isə yanvarın 27-dən vacib olmayan bütün səfərləri qadağan edib. Yanvarın 27-dən etibarən Slovakiyada əhaliyə yalnız mənfi koronavirus testi ilə evdən çıxmağa icazə verilir. Ölkənin 15-65 yaş arasında olan əhalisi evdən çıxarkən müvafiq testin cavabını özü ilə götürməlidir. Qaydaya əsasən, yoxlama zamanı müvafiq arayışı təqdim edə bilməyənləri cəza gözləyir. Slovakiyanın baş naziri İqor Matoviç bildirib ki, hazırda koronavirus əleyhinə peyvəndlərin çatdırılmasında baş verən gecikmələri nəzərə aldıqda pandemiyaya qarşı strategiyanı yalnız peyvəndlə məhdudlaşdırmaq düzgün olmazdı: “İndiki templə davam edildiyi halda sentyabr ayına kimi ölkə əhalisinin yalnız 60 faizini peyvəndləmək mümkün ola bilər. Ona görə də, əhalinin aktiv şəkildə testdən keçirilməsi və karantin qaydalarının qüvvədə saxlanması tələb olunur”.

Bunlar fonunda xatırladaq ki, ölkəmizdə də virusa qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə ilk koronavirus daşıyıcısı keçən il fevralın sonunda qeydə alınıb. İndiyədək də bu infeksiyaya yoluxma davam edir. Azərbaycanda da koronavirusun qarşısının yalnız vaksinasiya ilə alınması mümkün sayılır. Amma tam vaksinasiya üçün uzun müddət tələb edilir və bu halda təhlükəsizlik tədbirlərinə əməl edilməsi vacibdir. Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri Həqiqət Qədirova bildirrb ki, vaksinlər mikroblardan, ya da onların həyat fəaliyyəti nəticəsində ifraz etdiyi maddələrdən hazırlanmış bioloji preparatlardır: “Bunları insan orqanizminə yeritdikdə həmin mikroba qarşı immunitet yaranır. Ona süni immunitet deyilir. Vaksinlər diri, zəiflədilmiş və öldürülmüş ola bilər. Hazırda bizim ölkədə tətbiq olunan vaksin öldürülmüş virusdur. Həmin virus vero adlanan hüceyrələrdə becərilir, onun kütləsi çoxaldılır, xüsusi üsullarla öldürülür. Müxtəlif maddələr əlavə edilərək stabilləşdirilir və bundan sonra vaksin kimi istifadə olunur”.

Mütəxəssis bir neçə qrup vaksin arasından Çin Xalq Respublikasının "Sinovac" şirkəti tərəfindən istehsal olunan vaksinin seçilməsini onun təhlükəsizliyi ilə əlaqələndirir: “Tətbiqi üçün, ilk növbədə, vaksinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən inaktivləşdirilmiş peyvəndlər təhlükəsiz hesab olunur. İkinci parametri isə effektivliyidir. Yəni, vaksin orqanizmə vurulduqdan sonra immunitet yaratmalıdır. Bu peyvəndlərin kifayət qədər immunitet yaratmaq qabiliyyəti var. Həmin parametrləri nəzərə alaraq ölkə rəhbərliyi Türkiyədə də geniş istifadə olunan bu vaksinin tətbiqinə qərar verdi. Bir çox ölkədə vaksinin əlçatmaz olmasına baxmayaraq, Azərbaycanda peyvəndləmə prosesinə vaxtında başlanılmasını insan sağlamlığının daim diqqətdə saxlanıldığının göstəricisi kimi qiymətləndirmək lazımdır”. H.Qədirovanın sözlərinə görə, ilk mərhələdə risq qrupuna daxil olan insanların, o cümlədən tibb işçilərinin vaksinasiya edilməsi doğru yanaşmadır: “Çünki xəstələnənlər arasında tibb işçiləri kifayət qədərdir. Eyni zamanda, yaşı 65-i keçənlər, şəkərli diabet, ürək çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkənlər vaksinasiyaya birinci mərhələdə cəlb olunmalıdır. Bir virusoloq, immunoloq və mikrobioloq kimi hər kəsin mütəşəkkilliklə vaksinasiyadan keçməsini tövsiyə edirəm”. Vaksinasiya tədbirinə qarşı, xüsusən də sosial şəbəkələrdə çox güclü antitəbliğat aparılmasından təəssüfləndiyini söyləyən professor insanları çaşdırmağa hesablanmış feyk xəbərlərin reallığa, məntiqə söykənmədiyini vurğulayır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ