Bazar günü günü, 08 noyabr 2026
     

XİN: - Ermənistanın işğalı aradan qaldırıldığı halda snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər baş verməyəcək

Image


"Uğursuz daxili və xarici siyasətə görə öz ölkəsinin ictimaiyyəti qarşısında tamamilə nüfuzunu itirən, beynəlxalq aləmdə isə qeyri-ciddi və etibarsız bir tərəf kimi qəbul edilən Ermənistan rejimi xarici işlər naziri Edvard Nalbandyanın timsalında yalan və böhtanlarla özünə bəraət qazandırmağa çalışır".
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbandyanın Stokholm sülh araşdırmalar institutunda çıxışını şərh edərkən deyib.
O, qeyd edib ki, regionda sülh və təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistanın Azərbaycana qarşı hərbi işğal və təcavüzü və Ermənistanın hərbi diktatura rejiminin militarist siyasətidir: "Digər dövlətə qarşı hərbi təcavüz və etnik təmizləmə, insanlığa qarşı cinayət, o cümlədən Xocalı faciəsini törədən, dövlət səviyyəsində terror həyata keçirən bir dövlətin - Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa heç bir əsasla haqqı yoxdur. Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə əsasında bilavasitə məsuliyyət daşıyır".
XİN rəsmisi bildirib ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu haqqında yalan bəyanatlar verən Ermənistan öz silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmır, əksinə, Avropada adi silahlı qüvvələr və Vyana sənədində nəzərdə tutulmuş öhdəliklərinə zidd olaraq, işğal olunmuş ərazilərdə gizli şəkildə hərbi texnika və şəxsi heyət cəmləşdirir: "47.000 nəfər şəxsi heyət və 3000-dən artıq hərbi texnikanın iştirakı ilə keçirilmiş hərbi təlim bunun daha bir sübutu idi. Səbəb və nəticə kimi fəlsəfi-məntiqi kateqoriyaların yəqin ki fərqində olmayan Ermənistan xarici işlər naziri yalnız bəhanələrdən danışmağa üstünlük verir. Səbəb-nəticə kateqoriyalarına əsasən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğuna görə cəbhədə snayperlər var və hərbi insidentlər baş verir. Ermənistanın işğalı aradan qaldırıldığı halda isə snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər baş verməyəcək".
H.Hacıyev vurğulayıb ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi həmişə aydın və qəti olub: "Ermənistandan fərqli olaraq, Azərbaycanın mövqeyi BMT nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun aktına əsaslanır. Danışıqlar prosesinin mahiyyəti də ondan ibarətdir ki, beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunsun. Danışıqlar imitasiyası yaradan, öhdəlik verən və sonra ondan qaçan və ümumiyyətlə, danışıqlara kriminal dairələrə məxsus "qumar oyunu” kimi baxan məhz Ermənistandır. BMT nizamnaməsinə əsasən özünü müdafiə hüququ olan Azərbaycanın davamlı surətdə artan iqtisadi göstəricilərinə və ümum daxili məhsulun nisbətinə görə hərbi büdcəsini də artırmaq hüququ var. Ümum daxili məhsulun 4.5 faizi nisbətində vəsaitin hərbi xərclərə sərf edilməsi Ermənistan kimi yoxsul ölkənin nə dərəcədə hərbiləşməsindən xəbər verir. Əhalisinin 40 faizindən çoxu yoxsulluq şəraitində yaşayan, iqtisadi-sosial problemlərə görə kütləvi miqrasiya ilə üzləşən və xarici borcu ümumi daxili məhsulunu bir neçə dəfə üstələyən Ermənistan üçün bu, milli fəlakətdir".
Onun sözlərinə görə, hərbi ritorikadan danışan Ermənistanın xarici işlər naziri yenə də öz ölkəsinin prezidentinin erməni gənclərini qonşu dövlətlərlə gələcək müharibəyə səsləyən çıxışını, Avropa Şurası Parlament Assambleyasında daha 20 faiz Azərbaycan torpaqlarının işğal ediləcəyi və Azərbaycanın mülki obyektlərinə qarşı ballistik raketlərdən istifadə ediləcəyi barəsində açıqlamalarını yəqin ki yenə unudur.
XİN rəsmisi deyib ki, Xocalı faciəsinin törədilməsində iştirak etmiş Ermənistanın hərbi diktatura rejimi imkanı olsaydı bu əməllərdən də çəkinməzdi: "Amma Azərbaycan silahlı qüvvələrinin qüdrəti qarşısında öz imkanlarını dərk edərək, yalnız böhtan və yalanlarla məhdudlaşır. Guya "xüsusi əməliyyat”ın keçirilməsi barəsində düzəldilmiş teatr səhnəsi də Ermənistan rejiminin acizliyinin və Ermənistan cəmiyyətində itirilmiş nüfuzunun bərpasına yönəlmiş bir uğursuz cəhd idi. Ermənistanın dərinləşən fəlakətinin müqabilində Ermənistan rejimi daşıdığı məsuliyyəti dərk etməli, nəhayət yalan və özünü aldatmadan əl çəkməli, münaqişənin həllində real addımlar atmalıdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ