İraq Kürdüstan Muxtariyyəti yaradılandan oranın prezidenti postunu tutan Məsud Bərzani istefa qərarı verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə BBC xəbər verib. Xəbərdə deyilir ki, noyabrın 1-də prezident səlahiyyətləri başa çatan Bərzani bu müddətin uzadılmasına cəhd göstərmək niyyətində deyil və artıq bazar ertəsi parlamentdə onun müraciəti oxunacaq.
“Reuters”ə məlumatlı mənbənin verdiyi xəbərə görə, Bərzaninin parlamentə göndərdiyi məktubda həm də hökumətdə islahat təklifləri yer alır. Təkliflər prezident səlahiyyətlərinin hökumət, parlament və məhkəmə sistemi arasında bölünməsini nəzərdə tutur.
Xatırladaq ki, Bərzaninin prezidentlik səlahiyyətlərinin başa çatması ilə noyabrın 1-də İraq kürdüstanında yeni prezident seçkiləri keçirilməli idi. Lakin sentyabrın 25-də qanunsuz müstəqillik referendumunun keçirilməsi və nəticədə İraqın bölgəyə ordu yeritməsi Bərzaninin iraqı ikiyə bölmək planlarını akt-üst etdi.