ABŞ Dövlət Departamenti sanksiya təttbiq edə biləcəyi Rusiya şirkətlərinin siyahısını açıqlayıb və bu, “The New York Times” daha öncə açıqladığı siyahının eynisi olub.
Baki-xeber.com-un xəbərinə görə, dövlət katibi Reks Tillerson artıq siyahını baxış üçün Konqresə təqdim edib. Siyahıya 33 hərbi-sənaye təşkilatı, FTB, Baş Kəşfiyyat İdarəsi, həmçinin 4 kəşfiyyat orqanı daxildir. Hərbi-sənaye kompleksləri siyahısına “Rosoboroneksport”, “İjmaş”, “Kalaşnikov”, “Rostex”, “MİQ”, “Suxoy”, “Tupolev”, “Admiralteyskie verfi”, “Almaz-Antey”, AO ”Vertolyotı Rossii” və “Uralvaqonzavod” yer alıb.
Lakin xəbərdə deyilir ki, Vaşinqton bu şirkətlərin ABŞ-dakı aktivlərini dondurmaq niyyətində deyil. Məhdudiyyətlər yalnız onların kredit və daşınmaz əmlak alqı-satqısında fəaliyyətinə təsir edəcək.
“The New York Times” yazır ki, sanksiyalar 29 yanvar 2018-ci ildən tətbiq ediləcək və 2017-ci ilin 2 avqustundan həmin şirkətlərlə “iri həcmdə transaksiyalar” həyata keçirmiş amerikan və digər xarici ölkə vətəndaşlarına şamil olunacaq.