Türkiyə və İran İraqın şimalında PKK terrorçularına qarşı birgə hərbi əməliyyata başlaya bilərlər. Trend-in məlumatına görə, bu barədə hərbi mənbələr xəbər verir.
Həmçinin İran və Türkiyənin kəşfiyyat məlumatlarını mübadilə edəcəkləri bildirilir.
Hazırda hərbi əməliyyatların detalları müzakirə olunur.