İsrail şirkətləri Fələstinin işğal edilmiş ərazilərində fəaliyyətini bundan sonra da davam etdirərsə, BMT-nin “qara siyahı”sına düşə bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Yediot Ahronot” qəzeti yazır. Xəbərə görə, bu məzmunda məktubu həmin şirkətlərə BMT-nin insan hequqları üzrə ali komissarı Zeyd bin Raad əl-Hüseyn ünvanlayıb. Məktubda bildirilib ki, qida və farmokologiya sənayesi də daxil olmaqla bir çox sahələri əhatə edən şirkətlər artıq bu ilin dekabr ayından “qara siyahı”ya daxil edilə bilər.