Cenevrədə Suriya üzrə müzakirələrin səkkizinci raundunun keçiriləcəyi zaman bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura bəyan edib. O qeyd edib ki, noyabrın 28-də baş tutacaq konfransda iştirakçılar əsas iki məsələ üzərində dayanmalıdır: yeni konstitusiyanın hazırlanması və BMT-nin müşahidəsi altında seçkilərin keçirilməsi tələbinin qoyulması.
Xüsusi nümayəndə onu da deyib ki, oktyabrın 30-31-də Astanada Suriya müzakirələri keçiriləcək.