Bu ilin aprel ayında Suriyanın İdlib vilayətinin Xan-Şeyhun şəhərində dinc sakinlərin kütləvi ölümünə səbəb olan kimyəvi hücumun Əsəd gücləri tərəfindən törədildiyi təsdiqini tapıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə BMT və OZXO-nun (kimyəvi silahları qadağan edən beynəlxalq təşkilat) BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi birgə məruzədə deyilir. Məruzə müəllifləri bildiriblər ki, kimyəvi hücum nəticəsində yüzdən çox dinc sakinin həyatını itirməsinin məsuliyyəti birbaşa Əsəd rejiminin üzərindədir.
Məruzədə öldürücü zərin qazından istifadənin Bəşər Əsədin xeyir-duası ilə baş verdiyindən əminlik ifadə olunur. Halbuki, daha öncə bəzi ekspertlər bunun İŞİD-in əl işi olduğunu istisna etmirdi. Lakin Əksəriyyət belə silahların yalnız hökumətin səlahiyyətində ola biləcəyi qənaətində idi ki, təqdim olunan son məruzə bu versiyanı əminlik halına gətirdi.