ABŞ Suriyanı bütöv görmək istəyir, lakin bu Suriyada Əsəd hakimiyyətinə yer yoxdur, bu ailənin idarəçilik dövrü başa çatır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə Cenevrədə keçirdiyi görüşün ardından bəyan edib. Xəbərə görə, o deyib ki, Suriyada qurulacaq yeni düzəndə Bəşər Əsəd üçün rol görmür.
“Suriyada Əsəd sülaləsinin hakimiyyət erası bitir, yeganə sual odur ki, bu son hansı formada reallaşdırılacaq”- deyə dövlət katibi bildirib.