“Politico” qəzeti adı açıqlanmayan amerikalı məmura istinadən yeni məlumat yayımlayıb. Xəbərdə deyilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası bu həftə Ukraynaya yeni yardım paketini açıqlayacaq. Nəşr yardım paketinin dəqiq nə vaxt ayrılacağını bildirmir və digər təfərrüatlar açıqlanmır. Lakin son günlər Ağ Ev rəsmilri diplomatik dillə də olsa artıq Ukraynaya maliyyə ayırmağa vəsaitin çatışmadığını dilə gətirirlər. Amma onu da yaddan çıxarmayaq ki, ABŞ-dakılar Ukraynanı Rusiyaya qarşı qanlı qalxana çevirəndə bu işin sonunu da düşünməli idilər...
Mətləb