İspaniyanın ev sahibliyi ilə Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin (AST) iclasında masalara bayraq və ya ölkə adları qoyulmayacaq. Bunun səbəbi isə iclasda iştirak edəcəyi gözlənilən Kosovonun baş naziri Albin Kurtidir.
Qeyd edilir ki, İspaniya Aİ üzvləri Yunanıstan, Cənubi Kipr, Rumıniya və Slovakiya kimi Kosovonu rəsmən tanımasa da, onu AST iclasına dəvət edib. Bildirilib ki, ola biləcək diplomatik qalmaqaldan qaçmaq üçün İspaniya yığıncaq masalarına bayraq və ya ölkə adları qoymayacaq, yalnız müvafiq liderin adını yazacaq.
İspaniya baş naziri Pedro Sançesin iclasın girişində Kurti də daxil olmaqla bütün liderləri salamlayacağına gəlincə, İspaniya baş nazirlik rəsmisi bunun Kosovonu tanımaq anlamına gəlmədiyini deyib: “Kosovo nümayəndəsinin əlini sıxmaq o ölkəni tanımaq demək deyil, sadəcə olaraq hörmət məsələsidir”.