Bu gün axşamdan başlayaraq Rusiya avtomobillərinin Bolqarıstan ərazisinə girişi qadağan olunacaq .Bunu Bolqarıstan sərhəd polisinin direktoru Anton Zlatanov Milli Televiziyanın efirində deyib.
“Avropa Komissiyasının Rusiya avtomobillərinə dair direktivi kifayət qədər geniş şərh olunur. Bir çox dövlətlər onların girişinə dərhal məhdudiyyətlər qoyub, digərləri isə bunu hələ müzakirə edir. Rusiya avtomobillərin Bolqarıstan ərazisinə girişinə günün sonunadək qadağa qoyulacaq. Yük maşınlarına qoyulan qadağa artıq bir neçə aydır ki, qüvvədədir”, - deyə Anton Zlatanov bildirib.
Mətləb