Ankarada terror hücumu - terrorçulardan biri özünü partlatdı, digəri isə məhv edildi...

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.
Səhər radələrində avtomobillə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısının qarşısına gələn iki terrorçu bombalı hücuma cəhd edib.
Terrorçulardan biri özünü partladıb, maşında olan digər terrorçu isə təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə zərərsizləşdirilib.
"Saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb" - Türkiyə daxili işlər naziri Əli Yerlikaya nazirliyin binası yaxınlığında baş verən partlayışla bağlı deyib.
Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.
TAHİR