Cümə günü Pakistanın Xayber Paxtunxva əyalətində məsciddə intiharçı-terrorçunun törətdiyi partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Terror aktı Hanqu rayonunda polis bölməsinin ərazisində yerləşən məscidin ibadət zalında baş verib.
“İki intiharçı-terrorçu polis bölməsinin əsas qapısında polisə əl qumbaraları atıb. Onlardan biri polislə atışmada həlak olub, digəri isə məscidin içərisinə girə bilib”, - deyə xilasetmə idarəsinin nümayəndəsi Bilal Faizi bildirib. O, əlavə edib ki, terrorçunun özünü partlatması nəticəsində məscidin damı qismən uçub.
Mətləb