Baydenə ŞOK: Ən yaxın köməkçiləri dindirildi!

ABŞ Prezidenti Cozef Baydenin ən yaxın köməkçiləri 2008-2016-cı illərdə vitse-prezident olduğu dövrə aid gizli sənədlərin analitik mərkəzdə və evində saxlanması ilə bağlı təhqiqat çərçivəsində sorğu-sual edilib. Bu barədə “The New York Times“ mənbələrə istinadla məlumat yayıb.
Qəzetin yazdığına görə, xüsusi prokuror Robert Her tərəfindən dindirilənlər arasında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Baydenin baş köməkçisi Stiv Riçetti də var. Həmçinin ABŞ Dövlət katibi Antoni Blinken, Ağ Evin keçmiş aparat rəhbəri Ron Klayn və ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, əvvəllər Pensilvaniya Universitetində Bayden beyin mərkəzinə rəhbərlik etmiş Maykl Karpenter də dindirilib.
Mətləb