ABŞ Ukraynaya 300 milyon dollar yardım ayırdı

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollar məbləğində yeni yardımı böyük səs çoxluğu ilə təsdiqləyib.
ABŞ mediasınnı yazdığına görə, vəsait əvvəlcə Müdafiə Departamentinin 2024-cü maliyyə ili üçün maliyyələşdirmə qanunvericiliyinə daxil edilib və bu, bəzi respublikaçıların etirazına səbəb olub. Bundan əvvəl Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının liderləri Ukraynaya həmin məbləğdə yardımı Pentaqonun maliyyələşdirmə qanun layihəsindən çıxarıblar.
Mətləb