Bu faşistə görə baş nazir özü istefa verməli idi, spiker yox....

Məlum olduğu kimi, Kanada hakimiyyəti Hitler diviziyasının 98 yaşlı ukraynalı veteranı Yaroslav Hunkunu sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Kanada parlamentinin iclasına dəvət edib. Müharibə qəhrəmanı kimi təqdim edilən 98 yaşlı faşist əlaltısı alqışlarla qarşılanıb. Bu hadisədən sonra Kanada İcmalar Palatasının spikeri Entoni Rota hamıdan üzr istəyib. Lakin hazırda onun istefa məsələsi müzakirə olunur.
Amma əslində bu qalmaqallı hadisə birbaşa Kanada hakimiyyətinin, xüsusilə daima ermənipərəstliyi və rəngarəng corabları ilə ad çıxaran baş nazir Castin Trudonun siyasi məsuliyyətsizliyidir. Məlumdur ki, 98 yaşlı faşist əlaltısını V.Zelenskinin hüzuruna çıxaran hakimiyyət orqanlarıdır və bunlara nəızarət də baş nazirin sərəncamındadır. Daima qalmaqallı çıxışları ilə gündəmdə olan C.Trudo görünür rəngbərəng corablara olduğu kimi, faşizm ideologiyasına da “laqeyd” deyil. Bu hadisə daima demokratiya ocağı kimi car çəkən Kanada üçün ən böyük rəzalət sayılmalıdır. Artıq Avropadakı yəhudi icmaları da bu hadisəyə qarşı kəskin etirazlarını ortaya qoyublar. Üstəlik Rusiya da hadisəyə laqeyd deyil.
“Kanada hakimiyyəti "Qaliçina" SS diviziyasının 98 yaşlı ukraynalı veteranı Yaroslav Hunkunu (Gunko) təhvil verməli və ədalət mühakiməsinə çıxarmalıdır.” Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Burada belə cinayətlərin heç bir məhdudiyyət müddəti ola bilməz, bu, göz qabağındadır. Buna görə də, əlbəttə ki, biz hesab edirik Kanada hakimiyyəti ədalət mühakiməsinə və ədalət mühakiməsinə gedənlərə bu cinayətkarı təhvil verməyə borcludur. Burada məhkəmə üçün heç bir yer olmayacaq. Aydındır ki, söhbət nasistdən gedir".
Beləcə Kanada baş naziri Avropanın göbəyindəcə faşizm təbliğatı üçün parlamentin qapılarını tay-bayat açıb. Bircə N.Paşinyanı çatmır..
Mətləb Salahov