Dağıstanda atışma olub, 2 nəfər ölüb

Rusiya Federasiyası Dağıstan Respublikasının Levaşi kəndində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib. Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insidentdə biri polis əməkdaşı - Levaşi Polis Bölməsinin maddi-texniki təminat şöbəsinin rəisi – olmaqla 2 nəfər öldürülüb. Bundan başqa, hadisədə bir neçə nəfərin yaralandığı qeyd olunub.
Mətləb