Bazar günü günü, 08 noyabr 2026
     

Belə çıxır ki, uşaqlarımız ibtidai sinifdən "kor edilirmiş?" - İmtahandan kəsilmiş müəllimlərin 95 faizi...

Image


Məhərrəm Zülfüqarlı: "Ya universitetlərdə təhsili gücləndirmək lazımdır, ya da bu test məsələsini, müəllimlərin imtahanını yığışdırmaq lazımdır"

Müəllimlərin sertifikasiya imtahanında biabırçı nəticələr üzə çıxıb. 7.296 müəllim imtahan verib, onlardan 3.909-u keçid balını keçə bilməyib. Keçid balını toplaya bilməyənlərin 3.424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir.

İmtahanda 1209 ibtidai sinif müəlliminin cavab verə bilmədiyi suallardan biri yayılıb. 509.052 ədədinin sözlə yazılışını 1209 müəllim bilməyib, halbuki, təklif edilən 5 variantdan, sadəcə, düzgün olanı seçmək lazım idi. Bu primitiv, asan, hətta gülməli dərəcədə bəsit sualın doğru cavabını tapıb işarələyə bilməmək nə deməkdir? Müəllimlərimizin bu səviyyədə olması bizə nə vəd edir, çıxış yolu nədədir?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"- ə açıqlamasında bildirdi ki, bu mövzu Azərbaycanın ən ciddi problemlərindən biridir: "Burada məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, məktəblərdə, orta məktəblərdə təhsilin aşağı olması problemini dövlət həll etməlidir, edə bilmir. Orta məktəblərdə, yuxarı siniflərdə uşaqlar dərsə getmir, repetitor yanına gedirlər. Onun hesabına da test üsulu ilə imtahan verib, ali məktəblərə qəbul olurlar. Universitetlərin də bəziləri yüksək səviyyədə təhsil vermək imkanındadır. Ancaq elə universitetlər var ki, təhsil aşağı səviyyədədir. Xüsusilə də regionlarda olan universitetləri misal göstərmək olar. Yenə də deyirəm, bütün bunlar ciddi problemlərdir. Bunu həll etmək lazımdır. O ki qaldı müəllimlərin imtahanla işə götürülməsinə, mən hər zaman demişəm ki, imtahanla götürməyə qalsa birinci nazirlikdən başlamaq lazımdır. Nazirliyin bütün rəhbərliyi bu imtahandan  keçməlidir. Şəxsən mən 1972 - ci ildən müəllim işləyirəm və müəllimlərin hər hansı vəzifəyə təyin olunmuş mücərrəd, fəaliyyəti bilinməyən insanlar tərəfindən imtahan olunması mənə çox acıq gəlir. Mən düşünürəm ki, bu, müəllimlərə təhqirdi. Eyni zamanda icra başçıları da vəzifəyə təyin olunmamışdan imtahan verməlidir. Bilirsiz ki, saxta diplomla icra başçısı təyin olunma faktlari da olub. Bu bizim ağrılı yerimizdi. O ki qaldı adi suallara cavab verməməyə, heç kimə sirr deyil ki, savadsız, hətta saxta diplomla işləyən mütəxəssizlər müəllim kimi fəaliyyət göstərir. Bu tək müəllimlərə aid deyil. İqtisad Universitetinin Dərbənd filialı olub. Universitetə ciddi hazırlaşıb, yüksək balla girən tələbələr olub. Bir semestr sonra məlum olur ki, Dərbəndə  qəbul olanları bura köçürürlər. Onlar da imtahansız götürülürdü. Bu da iqtisadiyyat sahəsini bərbad vəziyyətə qoyan mütəxəssislərdi. Ona görə də düşünürəm ki, tək müəllimlərdən, həkimlərdən yapışmaq lazım deyil. Dediyim problem mühəndislər, iqtisadçılar, hüquqşunaslar arasında də var. Təhsildə köklü islahatlar etmək lazımdır. Anormal hal odur ki, dövlətin bir qurumunun verdiyi diplomu ikinci qurum yenidən yoxlayır. Azərbaycanın hər hansı müəllim ixtisası verən universitetinin məzunu başqa ölkədə işləmək istəyirsə, onun testdən keçirilməsi, yoxlanılması normal haldır. Ancaq dövlətin bir qurumunun verdiyi diploma ikinci qurum şübhəylə yanaşaraq onları yenidən imtahan edirsə, bu anormallıqdır. Ya universitetlərdə təhsili gücləndirmək lazımdır, ya da bu test məsələsini, müəllimlərin imtahanını yığışdırmaq lazımdır. Mən bir daha təkrar edirəm, birinci onlardan imtahan götürənlərin özlərindən başlamaq lazımdır. Mənə ağır gələn odur ki, təhsildə işləməyən, harasa şöbə müdiri təyin olunan insan nəyə görəsə, kimə görəsə televiziyada müsahibə verir və neçə illik stajlı müəllimlərə rəy bildirir. Bu bizim ağrılı yerimizdir. Ona görə də bütün bunlar köklü islahatlar tələb edir və bu islahatlar nəticəsində biz bu problemi həll edə bilərik. Bu imtahanlara gəldikdə isə, heç kim qarant verə bilməz ki, həmin imtahanlarda subyektiv hallar olmur. Ona görə də bir-birimizi aldatmayaq. Onu da demək istəyirəm ki, bu imtahanların kökünün hardan gəlməsini də araşdırmaq lazımdır. Əvvəl belə bir fikir irəli sürülürdü ki, müəllimlərə dövlət qulluqçusu statusu veriləcək. Sonradan gördülər ki, say çoxdur, statusu verə bilmirlər, müəllimlərin etirazının qarşısını almaq üçün belə bir üsuldan istifadə etdilər. Belə də olanda müəllimlərin səsi çıxmayacaq".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ