Bazar günü günü, 08 noyabr 2026
     

Şəkidə böyük təqdimat - şəhid ailələri, qazilər, ictimaiyyət bir arada idi... - FOTO

Image


Şəhid adını tutub onları dünyaya gətirən, böyüdüb boya-başa çatdıran ataların, anaların görüşünə getmək insanın içini rahatladır, ruhunu dircəldir. Əbədiyyən borclu olduğumuz şəhidlərimizin hər biri bizim üçün xüsusi dəyərə malikdir. 

Ən  həssas nöqtəmiz olan şəhidlərin adlarının, xatirələrinin əbədiləşdirilməsi, onların qısa, lakin zəngin, əsrlərə sığmayan ömür və döyüş yolunun kitablarda yaşadılması bir ənənəyə çevrilib. Bu müqəddəs işin beşiyi başında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası dayanır. Redaksiyanın baş redaktoru Nəzakət Məmmədova, həmçinin  kollektivin hər bir üzvü bu vacib və məsuliyyətli vəzifənin öhdəsindən ləyaqətlə gəlir, hər şəhid adına, hər şəhid ünvanına həssaslıqla yanaşırlar. 

İyunun 12-si səhər tezdən Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, redaksiya kollektivi, yazıçı Vüsal Nuru, şair-publisist Rəfail Tağızdə və sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı ilə birgə Şəki şəhərinə şəhid ailələrinin görüşünə gedirik. Gözləri yollardan yığılmayan şəhid analarının ağrıyan ürəyinin səsini, qanayan yarasının sızıltısını canımızda hiss edirik.  

Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi ilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildinin təqdimatını keçirmək üçün yoldayıq, qədim Şəki şəhərinə tələsirik. 

İgid oğullar, cəsur döyüşçülər yetişdirən Şəki tarixən qəhrəmanlar oylağı olub, bu gün də o missiyanı daşıyır. 

Yol uzandıqca uzanır, bəzən adama elə gəlir ki, yol da yorulub, yol da bu yükü daşımaq istəmir. Yol yorğun adama bənzəyirdi. Sanki yol da yorğun düşərmiş bir gün, çünki ondan şəhid balasının dərdindən ürəyi yorğun düşən pərişan analar keçir… 

Hər dəfə ayrı-ayrı rayonlara "44 Gün-Tarixi Zəfər" nəşrinin birinci və ikinci cildini şəhid ailələrinə çatdırmaq və onlarla görüşmək üçün yola çıxanda qəribə hisslər keçiririk. Bəzən o anaların, o ataların gözlərinin içinə baxmaqda tərəddüd edirik, çünki o gözlərdə dağları, yerləri, göyləri ağlayan qüssə var, ələm var. Çünki o gözlər heç yollardan yığılmır, heç   vaxt gülmür, heç vədə sevincdən xəbər vermir. 

Təqdimat mərasiminə Şəki, Oğuz və  Qəbələ rayonlarından olan şəhidlərin valideynləri, yaxınları toplaşmışdı. Atalar qüssəlli, pərişan, anlar qara yaylıqlı, gözü yaşlı... Hansını dindirsən "bir yandan ürəyimin  qan ağlayır, bir yandan da  qürurlanıram ki, oğlum Vətən uğrunda şəhid olub" deyir. Gözləri ağlasa da, ürəklərinin təsəllisi övladlarının uca şəhid adını daşımasıdır. 

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan təqdimat mərasimində şəhid ailələr ilə  yanaşı, hər üç rayon  icra hakimiyyətlərinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təmsilçiləri, habelə rayon ictimaiyyəti iştirak edirdilər. 

Sinələrində oğullarının şəkillərini gəzdirən analar, atalar bir-biriləri ilə çox doğmadılar, onları oxşar dərdləri yaxınlaşdırıb... Bir-birinin dilini, bir-birinin halını hamıdan yaxşı duyan bu qəhrəman valideynlərin hər biri Xatirə Kitabı Redaksiyasının təqdim etdiyi nəşri doğma övladları kimi bağırlarına basdılar... Sanki bu kitab deyil, balalarıdır... 

"Bu yazılar onların yazdıqlarının yanında bir zərrədir…" 

Təqdimatı şair-publisist Rəfail Tağızdə açdı, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hər şəhidimizin ruhuna içimizdə dualar oxuduq, "haqqınızı halal edin" dedik. 

R.Tağızadə bildirdi ki, biz xalq olaraq şəhidlərimizə borcluyuq, onlar öz qəhrəmanlıqları ilə torpaqlarımızı işğaldan azad etdilər, nəticədə Azərbaycan dövlətinin suverenliyi təmin oldu. 

R. Tağızadə qeyd etdi ki, bütün şəhidlərimiz qəhrəmandır, onları yetişdirən valideynlər də qəhrəmandırlar. "Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində kitablar çap edir.      "44 Gün-Tarixi Zəfər"in də birinci və ikinci cildləri  şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi işində mühüm rol oynayır. 

Şəhidlər haqda çox yazılır, amma bu yazılar onların yazdıqlarının yanında bir zərrədir. Şəhidlərimiz böyük qəhrəmanlıq dastanı yazıblar" deyə bildirən R. Tağızadə əlavə etdi ki, şəhid valideynlərinin hamısı bir-birinə bənzəyir, onlar hamısı bizə əzizdir. 

"Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir"

Sonra o, sözü Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. 

"Çıxışa başlamamışdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Şəki Rayon İcra Hakimiyyətinə və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə öz təşəkkürümüzü bildiririk.

Bugünkü tədbirimizi Azərbaycanın Milli Qəhrəmanları Elşad Yəhyayev, Mikayıl Cəbrayılov, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılov, Xalq şairi Bəxtiyar Vahabzadə, professor Şirməmməd Hüseynov, yazıçı-dramaturq Mirzə Fətəli Axundov, yazıçı Sabit Rəhman, bəstəkar Emin Sabitoğlu və yüzlərlə şəxsiyyətlər yetişdirmiş qədim Şəki şəhərində keçiririk. 

Məlumat üçün bildirim ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir"-deyə N. Məmmədova bildirdi. 

N. Məmmədova qeyd etdi ki, kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. 

"Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. 

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir. 

Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür". 

"Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı..."

N. Məmmədova məlumat verdi ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub. 

"Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı "44 GÜN – TARİXİ ZƏFƏR" adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Hazırda biz həmin kitabların təqdimatına toplaşmışıq. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür. 

"Heç kim unudulmur, heç nə yaddan çıxmır!" devizi ilə çıxış edən Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk"-deyə N. Məmmədova bildirdi. 

"Tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq..." 

N.Məmmədova çıxışının sonunda "Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizdir, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir. 

Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur. Şəhidlər bizim əbədiyyət ünvanımızdır. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə can sağlığı versin"-deyə bildirdi. 

"Elə bilirəm ki, o bayraq məni qoruyur" 

N. Məmmədovanın çıxışından sonra şəhid ailələri adından Vətən müharibəsi Qəhrəmanı Nail İbrahimlinin  anası Aqibət İbrahimova danışdı. "Biz oğullarımızın qəhrəmanlığı ilə qürur hissi keçiririk, fəxr edirik. Biz elə övladlar yetişdirib vətənə bəxş etmişik. Bütün şəhid anaları başı uca, qürurlu dayanmalıdır, övladımız torpaq yolunda şəhid olub. Bu bizim üçün fəxrdir. Hər birimizin qapımızdan üç rəngli bayrağımız asılıb, elə bilirəm ki, o bayraq məni qoruyur. Biz o bayrağa sarılmışıq, övladlarımızın tabutunun satıldığı bayrağa. Bizim oğulların xatirəsinin əbədiləşdirilməsində Xatirə Kitabı Redaksiyasının böyük əməyi var. Oğlumu və digər şəhidlərimizi unudulmağa qoymayan Xatirə Kitabı redaksiyasına minnətdaram, çox sağ olsunlar. Bu kitablar bizə bir təsəllidir, bir daha təsəlli alırıq ki, övladlarımız unudulmur, yaddan çıxarılmır, onların adları gələcək nəsillərə ötürülür"-deyə Vətən Müharibəsi Qəhrəmanın anası bildirdi. Gözləri yaşara-yaşara, ürəyi qan ağlaya - ağlaya danışırdı Vətən Müharibəsi Qəhrəmanının qürurlu anası. Gözlərini yaş, ürəyini dərd dağlasa da yenə də başını dik tutub danışırdı... Bir qəhrəmanın anasına da bu yaraşırdı.

Tədbirdə, həmçinin, "Vətən daşı və ya 44 günün dastanı" adlı layihə çərçivəsində Ömər Rəhimliyə həsr olunmuş film nümayiş etdirildi. Qeyd edək ki,  "Vətən daşı... və ya 44 günün dastanı" layihəsinin rəhbəri Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı çıxış etdi və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdi. 

Sonda Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi  "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildi şəhid ailələrinə təqdim edildi. 

 Şəhid ailələri ilə görüş, onları dinləmək, övladları haqda xatirələrini duymaq bütün hallarda gözəldi, yaxşıdır, biz onların dillərindən düşən hər sözə həssaslıqla yanaşıb qələmə alacağıq. 

Qəzetimizin növbəti saylarında Şəki, Oğuz və Qəbələdən olan şəhidlərin valideynlərindən götürdüyümüz müsahibələri təqdim edəcəyik.

Şəhid oğulların qəhrəman valideynləri ilə bir görüşümüz də başa çatdı. Başı dumanlı, yaşıl getməli dağların ovcunda yerləşir Şəki. Qədimdən qədimdir, uludan ulu... Bu şəhərin sehrinə elə düşdük ki, az qala ordan ayrılmaq istəmirdik, amma yolçu yolda gərək... Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və kollektivlə, dostlarla Bakıya üz tutduq. Bu cəfakeş kollektivin gördüyü misilsiz işləri saymaqla qurtarmaz, hər şəhidin adına, hər şəhid ailəsinin sözünə həssaslıqla yanaşan bu kollektivin əməyi sayəsində neçə-neçə kitablar meydana gəlib və gələcək də. 

Şəhidlərin ruhunu xatırlamaq, adlarını kitablarda əbədiləşdirmək missiyasını uğurla daşıyan Xatirə Kitabı Redaksiyasının fəaliyyəti çox dəyərlidir. Bunu şəhid ailələri də, Respublika ictimaiyyəti də həmişə qeyd edir... 

İradə SARIYEVA
Bakı-Şəki-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ