Şabranda biçilmiş taxıl sahələrində yanğınlar nəticəsində bir neçə ev yanıb, kənd sakinləri təxliyə edilir... - FOTO

img

Şabran rayonunun Zöhrəmli kəndi ərazisində biçilmiş taxıl sahələrində baş verən yanğınlar nəticəsində bir neçə ev yanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq yanğınsöndürən avtomobili, canlı qüvvəsi və Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

İlkin məlumata görə, yanğın təhlükəsizliyni nəzərə alaraq Zöhrəmli kəndindən sakinlər təxliyə edilir.

Əlavə məlumat veriləcək.

Peşə etikası

Son xəbərlər