
Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir belə adlanırdı. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilə maarifləndirmə tədbirində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinə üzv olan gənclər iştirak edirdilər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Səməd Zeynallı tədbirdə çıxışında dedi:- XXI əsrin bəlasına çevrilən narkomaniya, təəssüf ki, ölkəmizdə də geniş vüsət alıbdır. Gənclərin böyük bir qismi hazırda bu bəşəri bəladan, onun törətdiyi xəstəlikdən çox əziyyət çəkir. Belə bir vaxta narkomaniya ilə mübarizə aparmaq sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və ən aktual vəzifədir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü