27/09/2023 06:46
728 x 90

Bakı Cıdır meydanı ümumiyyətlə lazımdırmı? Lazımdırsa...

Kənd Təsərrüfat Nazirliyi: “Hazırda Bakı Cıdır Meydanının təhvil-təslim prosesi gedir”

img

Xalqımızın ata olan sevgisi əcdadlarımızdan miras qalıb, illərdən, qərinələrdən süzülərək gəlib. Hələ qədim zamanlardan at xalqımız üçün müqəddəs sayılıb, qəhrəmanların adları atları ilə birlikdə çəkilib. Dar gündə, çətin məqamda bir at bir igidə bərabər olub.

Bəzi mənbələrdə qeyd edilir ki, türk dünyasında ata sevgi o qədər yüksək olub ki, hətta atın məzarı sahibinin yanında qazılarmış. Zaman-zaman bu sevgi nəinki azalıb, hətta daha da güclənib, at şərəf rəmzinə, igidlik simvoluna çevrilib.

Dövlət, kəndli-fermer və digər heyvandarlıqla məşğul olan təsərrüfatların inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu baxımdan dövlət vaxtaşırı bu sahəyə ciddi maliyyə dəstəyini əsirgəmir. Qeyd etdiyimiz kimi, atçılıq sahəsinin inkişaf etdirilməsi ilə bağlı dövlət tərəfindən mühum işlər görülür. Lakin yarış üçün istifadə edilən Cıdır meydanının ümumi vəziyyəti atçılıqla məşğul olanları qane etmir. Bakı Cıdır Meydanının baxımsız vəziyyətdə olması, təmir işlərinin yarımçıq qalması ilə atları orada məşq elətdirmək mümkünsüzdür. Bakı Cıdır meydanının istifadəyə yararsız halda olması tək atların yarışa hazılaşa bilməməsinə deyil, eyni zamanda, at sürənlərin də işsiz qalmasına səbəb olub.

Məlumat üçün qeyd edək ki, Cıdır meydanında bir vaxtlar dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar yarışlara qatılıblar. Bu məkan həm də asudə vaxtını səmərəli keçirmək istəyənlərin üz tutduğu əvəzsiz yerlərdən olub. 6 aydan çoxdur başlanan təmir işləri yarımçıq qaldığından, indi bu ippodromda nəinki at yarışdırmaq, hətta at gəzdirmək də mümkün deyil.

  • “Təlim-təslim prosesi başa çatdıqdan sonra ərazidə təmir-bərpa işlərinə başlanacaq”

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, hazırda Bakı Cıdır Meydanının təhvil-təslim prosesi gedir. Təhvil-təslim prosesi başa çatdıqdan sonra ərazidə təmir-bərpa işlərinə başlanacaq. 

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər