çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İli 16 min manatlıq özəl orta məktəb Azərbaycan təhsilinə adi məktəblilərdən fərqli nə verir?

Image


Bir çox valideynlər özəl məktəblərin yalnız adını eşidib desək, səhv etmərik. Burada keçmişdən gələn pulsuz təhsil vərdişinin də rolu böyükdür. Yaxşı orta təhsilin gələcək üçün layiqli məslək sahibi yetirmənin təməl daşı olduğunu hamımız bilirik, amma bu dəyərin nə qədər baha başa gəldiyini çox vaxt unudurlar.

Əksər həmvətənlərimiz adlı-sanlı məktəblərdə təhsil haqqının baha olmasından çəkinərək, övladlarının həmin təhsil ocaqlarında oxumasına maraq göstərmir. Həqiqətən də bu cür məktəblərin ad-sanına layiq təhsil qiymətləri, necə deyərlər, əl yandırır. Belə ki, nüfuzlu beynəlxalq məktəbdə illik təhsil haqqı Bakıda birotaqlı mənzilin qiymətilə müqayisə oluna bilər. Nəticədə, valideyn üçün övladın orta təhsili uzunmüddətli ipoteka kimi bir şeyə çevrilir. Məlum məsələdir ki, bu yükü hər ailə də daşıya bilməz.

Azərbaycan valideynlərinin qarşısına son illərdə çıxan bu sualın cavabı onlar üçün hələ də tam çözülməyib. O da sirr deyil ki, Azərbaycanda hər kəsin pulsuz təhsil ala bilmə arzuları bazar gerçəkliyi qarşısında artıq xam xəyala çevrilərək ərşə çəkilib. Təhsil almaq üçün pul lazımdır. Nüfuzlu, üstəlik də xarici universitetin diplomu isə bəri başdan, yəni ibtidai təhsil çağından etibarən yatırım istəyir. Amma nüfuzlu xarici universitetə daxil olmaq artıq nağıl deyil. Düzdür, hələlik beynəlxalq səviyyəli təhsil şəhadətnaməsi verən təhsil müəssisələri ölkəmizdə o qədər də çox deyil. Özəl təhsil ənənəsinin əsrlərlə tarixə malik olduğu Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda belə məktəblər keçən əsrin 90-cı illərinin ortalarında - bazar iqtisadiyyatı yoluna çıxdığımız ilk vaxtda, ölkəyə ilk xarici neft şirkətləri qədəm basandan açılmağa başladı.

Araşdırmalara görə, Azərbaycanda bu məktəblərə müraciət edənlər də az deyil. Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3500-16 min manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5000 -16 min manat arasındadır. Qeyd etdiyimiz kimi,  bu məktəblərdə təhsil hər kəs üçün əlçatan və əlverişli deyil.

Maraqlıdır, özəl ali məktəblərin tələbə qəbulu nəticələri adi orta məktəblərin qəbul nəticələrindən neçə faiz üstündür? Ümumiyyətlə, qəbul faizində fərqlər böyükdürmü?

  • Fatimə Hacıbəyli: “Özəl liseylər və orta ümumtəhsil müəssisələri dövlətin müəyyənləşdirdiyi tədrislə bərabər, eyni zamanda müəyyən xidmətlər də göstərir”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, özəl təhsil müəssisələri təhsil haqlarını müəyyənləşdirməkdə müstəqildir. Lakin təbii ki, bu qiymətlər reallıqdan kənar olmamalıdır. Hazırda ölkədə özəl təhsil xidməti göstərən liseylər var. Müşahidə edəndə onların arasında xidmət haqlarında şişirdilmiş böyük məbləğ görürük: “Qeyd edim ki, xidmət haqları müəyyən edilərkən müəssisənin xərcləri, yəni göstərdiyi xidmətlərin müqabilindəki xərcləri hesablanaraq bu qiymətlər təşkil edilir. “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”nə əsasən, özəl liseylər mütləq şəkildə dövlət nümunəli tədris verməlidir və qanunvericilikdə nəzərdə tutulur ki, bununla yanaşı, onlar əlavə xidmətlər göstərə bilər. Bilirik ki, özəl liseylər və orta ümumtəhsil müəssisələri dövlətin müəyyənləşdirdiyi tədrislə bərabər, eyni zamanda müəyyən xidmətlər də göstərir. Bura nəqliyyat servisi xidməti, qidalanma, forma, kitabxanalardan istifadə daxildir. Bundan başqa, özəl liseylər və orta məktəblər qanunvericilikdə nəzərdə tutulmayan xarici dilləri də tədris edirlər. Yəni mövcud qanunvericiliyə görə, yalnız rus, ingilis və qanunda nəzərdə tutulmuş digər xarici dillər tədris oluna bilər. Lakin, məsələn, bu cür liseylərdə ispan və digər dillər öyrədilir. Bundan əlavə, özəl liseylər var ki, rəqs, intellektual oyunlar və digər bacarıqları özündə əks etdirən xidmətlər göstərir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda illik təhsil haqqı 50-60 min manata qədər olan özəl liseylər var. Lakin bu özəl məktəblərin qiyməti reallığı əks etdirmir: “Açıq etiraf etmək lazımdır ki, özəl məktəblər yalnız varlılar üçündür. Çünki bu məktəbləri yaradan sahibkarlar kommersiya məqsədilə bu addımı atıblar. Rəqabət olmadığına görə, qiymətlər də fantastikdir. Demək olar ki, hamısında standart qaydalar tətbiq olunub. Yəni kreativ və fərqli metodlar yoxdur”.

  • Nizami Hüseynov: “Özəl məktəbləri bitirmiş şagirdlərin böyük əksəriyyəti xaricdə təhsilə hədəflənir”

Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, özəl məktəblərdə tədris xarici dildə aparıldığı üçün valideynlər bu məktəbləri seçərkən övladlarının gələcəkdə xaricdə oxuyacağını planlaşdırırlar: “Özəl məktəblərdə qiymətlər fərqlidir. Bu qiymətlər haradasa 5000 manatdan başlayır və ortalama qiymət 10000 manat civarındadır. Özəl təhsil müəssisələri arasında daha yüksək qiymətə təhsil verənlər də var. Dövlətin alternativ olaraq icbari orta təhsil vermək öhdəliyi var. Bu, Konsitusiyada da öz əksini tapıb. Buna baxmayaraq, dövlət valideynlərə övladlarının təhsilini özəl məktəblərdə davam etdirməsi ilə bağlı da imkan yaradır. Bu özəl məktəblərin bəzilərində qiymətlər doğrudan da fantastikdir. Amma bu məktəblərin də öz şagirdləri var və xeyli sayda şagird bu məktəblərdə təhsil alır. Özəl məktəbləri bitirmiş şagirdlərin böyük əksəriyyəti xaricdə təhsilə hədəflənir. Bu özəl məktəblərdə proqramlar birbaşa xaricdə imtahan verməyə istiqamətlənib”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ