çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bir daha məhv edilən kəhrizlərimiz barədə - Beynəlxalq təşkilatın ittihamları öz təsdiqini tapmadı

Image


AMEA-nın müxbir üzvü Əlövsət Quliyev bu il iyunun 21-də "Xalq" qəzetində və tns.az saytında geniş yazı ilə çıxış edərək Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) kəhriz bərpa layihəsi işlərinin heç bir elmi və təcrübəyə əsaslanmadan aparılmasının gələcəkdə mövcud kəhrizlərin tamamilə sıradan çıxmasına səbəb olacağını bildirib.

Həmin məqalə saytımızda dərc edildikdən sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev redaksiyamıza müraciət edərək bu sahədə görülən işlər barədə məlumat verib, məqalədə qeyd edilən nöqsanları təkzib edib. Beynəlxalq təşkilatın nümayəndəsi Əlövsət Quliyevin məqaləsində öz əksini tapan faktların mövcud olmadığını, alimin təşkilata böhtan atdığını bildirib. Vladimir Georgiyevin bizə ünvanladığı məktubda bir sıra incə məqamlar var ki, onları qeyd edib beynəlxalq skandal yaratmaq istəmirik.

Açığı, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin redaksiyamıza göndərdiyi məktubdan sonra bizdə müəyyən şübhələr yaranmışdı. Qısa araşdırma apardıqdan sonra müəyyənləşdirdik ki, Əlövsət Quliyev 2000-2010-cu illərdə BMqT-nin layihələrində elmi məsləhətçi kimi fəaliyyət göstərib, ilk dəfə kəhrizlərin elmi cəhətdən araşdırması ilə məşğul olub. Alim kəhrizlər haqqında bir neçə kitabın və 50 dən çox elmi məqalənin  müəlifi, UNESCO-nun "Qədim hidravlik sistemlər-kəhrizlər üzrə dövlətlərarası idarə heyətinin üzvüdür.  Alim barədə bu faktları öyrəndikdən sonra belə bir sual ortaya çıxır. Əlövsət Quliyev kimi tanınmış alim olmayan problemi niyə ictimailəşdirib? Məsələni aydınlaşdırmaq üçün AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə müraciət etdik.

O, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin  məktubunda irəli sürülən ittihamlara cavab vermək, qaldırdığı məsələnin doğruluğunu sübut etmək üçün bizi müxtəlif elm adamlarından, mütəxəssislərdən ibarət komissiya ilə Ağdam rayonuna səfərə dəvət etdi.

Tərəddüd etmədən razılaşdıq. Çünki gerçəkləri ictimailəşdirən bir media orqanı kimi həqiqətin ortaya çıxmasında maraqlı idik.

Beləliklə, iyulun 2-də AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin, AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineorologiya üzrə fəlsəfə doktoru Ramiz Məmmədovun,  bu sahədə geniş biliyə və təcrübəyə malik su layhəsi rəhbəri, hidrogeoloq Saleh Seyfullayevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi, hidrogeoloq Rasim Məmmədovun iştirakı ilə Ağdam rayonunun  Əhmədağalı,  Mirəşelli və Xındırıstan kəndləri ərazisində Beynəlxalq Miqrasiya Təşkilatının 2021 və 2022-ci illərdə  bərpa  etdiyi “Çinarlı”, “Şəmsi”, “Xanəhməd”, “Qurddu”, “Qozlu”, “Heyvalı-1” və “Heyvalı-2”  kəhrizlərinə baxış keçirdik. Bundan sonra əsl həqiqətlər ortaya çıxdı.

Həmin kəhrizlərdən istifadə edən yaşayış məntəqlərinin icra nümayəndələri, bələdiyyə sədrləri və  kənd sakinləri ilə söhbətlər apardıq. Kəhrizlərin necə bərpa edilməsi, onların əvvəlki vəziyyəti ilə bağlı rəyi soruşulanlar kəhrizlərin bərpasından ciddi narahatlıqlarını dilə gətirdi, bu barədə müvafiq dövlət orqanlarına müraciət  etdiklərini bildirdilər.

Əvvəlcə “Çinarlı” kəhrizi ilə tanış olduq. Məlum oldu ki, öncəki illərdə kəhrizin su sərfi 10 l/san olduğu halda BMqT-nin bərpasından sonra sərf 0,5 l/san da az olub.

“Çinarlı” kəhrizinə baxış keçirərkən Əhmədağalı bələdiyyəsinin sədri Faxrəddin Allahverdiyevlə rastlaşıb söhbətləşdik. Bələdiyyə sədri bu ərazidəki kəhrizlərin bərpa üsulundan ciddi narazılıq etdi. Onun dediklərini olduğu kimi oxuculara təqdim edirik: “Mənim abidəmi söküb niyə bu hala salıblar. Vaxtilə “Çinarlı” kəhrizindən 18 hektar ərazinin suvarılmasında istifadə edirdik, bu gün kəhrizin suyu ilə heç bir hektar ərazini də suvarmaq mümkün deyildir. Bu yaxınlıqa “Şəmsi” kəhrizi var. Xahiş edirəm, gedin ora baxın. Görün su gəlir?  Qum torbalarını kəhrizin içinə yığıblar. Ona görə də su çıxmır. Belə olarmı?”

Hörmətli Vladimir Georgiyevə xatırladırıq ki, bu sözləri biz demirik. On illərdir, bu kəhrizlərdən istifadə edən kəndlərin sakinləri deyir.

Faxrəddin müəllimlə sağollaşıb digər kəhrizlərə baxış keçirmək üçün yolumuza davam etdik.

Növbəti ünvanımız "Xanəhməd" kəhrizi oldu. Bu kəhrizin uzunluğu 450 m, quyularının sayı 12, orta illik su sərfi  8 l/san-dir. Öyrəndik ki, BMqT-nin  "peşəkar mütəxəsisləri" 10 sentyabr 2021-ci ildə burada işə başlayıb,  30 noyabr 2021-ci il tarixdə “bərpa” işlərini yekunlaşdırıblar. Kəhriz bərpa edilərkən heç bir mühədis-ölçmə, layihləndirmə və layihənin ekspert yoxlaması aparılmayıb.

Məlum oldu ki, kəhrizin təmiri və ya bərpası işləri axıra qədər aparılmayıb. Kəhrizin çıxışına yaxın üç quyunun ağzına beton qapaqlıq qoyulub. Lakin quyunun təmizlənməsi vaxtı yuxarıya çıxarılmalı olan torpaq-qrunt töküntüsünə rast gəlinməyib. Hazırda kəhrizdən əldə olunan suyun sərfi 0,8 l/san-dir. Kəhriz  qurumaq üzrədir.

Əhmədağalı bələdiyyəsinin sədri Faxrəddin Allahverdiyevin haqqında bəhs etdiyi "Şəmsi" kəhrizi ilə tanış olarkən daha bir acınacaqlı mənzərə ilə qarşılaşdıq. Burada “bərpa” işlərinə 24 fevral 2020-ci ildə  başlanılaraq 30 dekabr 2020-ci ildə başa çatdırılıb. Kəhrizin uzunluğu 406 m, quyularının sayı 16, çoxillik sərfi 12 l/san olub. Burada da eynilə yuxarıda qeyd olunduğu kimi çıxışda üç quyu “təmir və bərpa” olunub. Kəhrizdə  aparılan işə dair heç bir mühəndisi ölçmə, layihə sənədi yoxdur. "Bərpadan” sonrakı sərf  2,5 l/san-dir.

Mütəxəssislər bu qənatə gəldi ki, kəhrizdə bərpa işi baş quyudan (o yerdən ki kəhriz qidalanır) başlayaraq çıxışa doğru, ya da ilkin çıxışdan baş quyuya doğru (yalnız həndəsi nivelirləmə əsasında) aparılmalı olduğu halda burada da  çıxışda layihə mühəndis ölçməyə əsaslanmayan iş aparılıb.

Yəni hazırda kəhrizdən çıxan su baş quyudan çox ətraf ərazilərdən sızan suvarma suları hesabınadır. Çünki baş quyu ilə çıxış arasında heç bir iş aparılmayıb.  Beləliklə, kəhrizdən çıxan suyun baş quyu ilə əlaqəsi təmin edilməyib.

Uzunluğu 500 m, quyularının sayı 10, vaxtilə çoxillik sərfi 8 l/san olan “Qurddu" kəhrizində “bərpa” işlərinə 01 dekabr 2021-ci ildə başlanılıb. Bu kəhrizdə işlər 21 yanvar 2022-ci ildə başa çatdırılıb. Göründüyü kimi, “mütəxəssislər” burada cəmi 1 ay 20 gün çalışıblar.

Beynəlxalq Miqrasiya Təşkilatının bərpa adı altında bu kəhrizdə görüdüyü işə ayrılan vaxt onun necə bərpa edildiyi ilə bağlı ilkin təsəvvür yaradır. Burada da çıxış və üç quyu "təmir və bərpa” olunub. "Bərpadan” sonrakı sərf 1,5 l/san-dir.

"Qozlu" kəhrizində isə “bərpa” işlərinə 16 yanvar 2021-ci ildə başlanılıb, həmin il avqustun 27-də başa çatdırılıb. Kəhrizin uzunluğu 500 m, quyularının sayı 12, çoxillik sərfi 8 l/san olub. “Qozlu”nun da çıxışı və cəmi üç quyusu "təmir və bərpa” edilib. Kəhrizin “bərpadan” sonrakı sərfi 0,5 l/san-dir. “Qozlu” kəhrizi də quruyub.

Öyrəndik ki, təşkilat Əhmədağalı kəndində "Heyvalı-1" və "Heyvalı-2" adlı iki kəhrizin “bərpası” ilə də məşğul olub.

“Heyvalı-2” kəhrizində “bərpa” işlərinə 23 fevral 2022-ci ildə başlanılıb, 16 may 2022-ci ildə başa çatdırılıb.  Kəhrizin uzunluğu 350 m, quyularının sayı 9, çoxillik sərfi 10 l/san olub.

Təəssüflə bildiririk ki, bu kəhrizə də aid heç bir mühəndisi ölçmə, layihə sənədi yoxdur. “Bərpadan” sonrakı sərf 0,5 l/san-dir.

Onu da qeyd edək ki, kəhrizlərin çıxışında tikintisinə ehtiyac olmadığı halda kiçik memarlıq kompleksi yaradılıb, onun üzərində isə təşkilatın fəaliyyətini göstərən tablo yapışdırılıb.  Yaxşı olardı ki, bu tablolarda kəhrizin qədim inşa tarixi, öncəki sərfi, suvardğı ərazi barədə də məlumatlar öz əksini tapardı.

Yuxarıda haqqında bəhs etdiyimiz kəhrizlərə baxış keçirən elm adamlarının, mütəxəssislərin yekun rəyi belədir:

1. Kəhrizlər qədim irs abidələri, etibarlı su mənbəyi olduğu kimi, eyni zamanda elmi və texniki əsaslara söykənən  hidrotexniki qurğudur. Belə qurğular qədim irs abidəsi kimi qeydə alınmalı, onların planı, mühəndis layihə sənədləri və pasportu olmalıdır. (Bu günədək onların heç biri yoxdur).

2. Hər hansı kəhriz üzərində iş aparılmazdan öncə infrastrukturun layihəsi tərtib olunur, layihə-smeta və texniki layihələndirmə sənədləri hazırlandıqdan sonra onlar ekspert nəzarətindən keçirilir. Bundan sonra kəhrizdə bərpa işi aparılır. Məlum olub ki, BMqT-nin bu sahədə heç bir mütəxəssisi yoxdur, görülən işlər özfəaliyyət prinsipi ilə həyata keçirilib.

3. Aparılan bərpa işlərində mühəndis ölçmə (nivelirləmə)  işlərində olduqca kobud səhvlərə yol verilib.  Belə ki, kəhrizin çıxışı "Ana" (baş quyu) quyudakı suyun səviyyəsindən 2-3 metr yuxarıdadır. Bu da onu göstərir ki, kəhrizin tunelində yığıntı su əmələ gəlib və onun uçmasına səbəb olacaqdır. Belə fəaliyyət bütün kəhrizlərdə müşahidə olunur. Qısa müddətdə bu kəhrizlər tamamilə sıradan çıxacaq.

4. BMqT-nin “yeni texnologiya” adlandırdığı kəhriz bərpa işində daha ciddi səhvlərə yol verilib. Əldə edilmiş müasir qurğu vasitəsi ilə yeni kəhrizin layihəsi həyata keçirilməli olduğu halda BMqT mütəxəssisləri bu işi qədim kəhriz üzərində aparmaqla daha bir tarixi abidəni sıradan çıxarıblar. Yəni bu qurğu əl ilə qazılmış qədim kəhriz qalereyasında işləyərkən qalereyanı tamamilə dağıdıb. Halbuki, yeni kəhriz müasir elmi-nəzəri və təcrübi-hidrogeoloji prinsiplər əsasında layihələndirilməli, ekspertdən keçdikdən sonra  işə başlanmalıdır.

5.  BMqT Azərbaycanda 163 kəhrizi bərpa etməsi haqda məlumat verib. Müşahidələrdən belə məlum olub ki, daimi suyu gələn kəhrizlərdə bərpa adı altında kosmetik işlər görülüb. Çünki bərpa işi vaxtı görülən işlərin torpaq həcmini, tətbiq olunan məhsulların sayını, habelə görülən işi əks etdirən layihə sənədlərinə rast gəlinməyib.

Beləliklə, qədim irs abidələri olan kəhrizlərimizin “bərpasının” BMqT tərəfindən heç bir elmi təcrübəyə əsaslanmadan həyata keçirilməsi qədim abidələrimizin sıradan çıxarılmasına səbəb olur. Görülmüş işlərin texniki sənədləşməsi yoxdur, işlərin gedişində düşünülmüş şəkildə heç bir yerli mütəxəssisdən, alimdən istifadə olunmayıb, daha çox "özfəaliyyət" işbazlarının əli ilə milli və mədəni irsimiz məhv edilib.

Min illik tarixi olan kəhrizlərin çıxışının qədimliyini saxlamaq əvəzinə orada sement və mişardaşı ilə lazımsız tikinti işləri aparılıb.  Gələcək 50-100 il sonra belə abidələrin  inşa tarixi XX əsrə aid ediləcəkdir. BMqT-nin yeni texnologiya adı altında apardığı  “bərpa” işində heç bir mühəndis ölçmə, layihə-çizgi materialı olmadan kəhriz kürəsinə (tunelinə) plastik boruların qoyulduğunun, qədim irs abidələrimizin sıradan çıxarıldığının şahidi olduq.

Mütəxəssislər kəhrizlərə baxış keçirdikdən sonra BMqT-nin kəhrizlərin üzərində elmi əsaslara söykənməyən, heç bir layihə smeta sənədi olmadan aparılmış yarımçıq bərpa işilərinin tamamilə kəhrizlərin sıradan çıxmasına səbəb olduğu qənaətinə gəldilər.

Faktlar sübut edir ki, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin qaldırdığı məsələ ciddi problemdir. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin alimin fikirlərinə etiraz etməsi, hay-küy salması bu işləri ört-basdır etməkdən, özünü müdafiədən başqa bir şey deyildir. Biz beynəlxalq təşkilatı Azərbaycanın tanınmış elm adamlarının, mütəxəssislərinin, media nümayəndələrinin iştirakı ilə onların bərpa etdiyi kəhrizlərə baxış keçirməyə dəvət edirik (Xatırlatmaq istərdik ki, baxışa getməzdən öncə də əks tərəfi birgə baxışa dəvət etmişdik). Əgər bu yazdıqlarımıza etiraz edirlərsə, buyursunlar, bərpa etdikləri kəhrizləri ictimaiyyətə göstərsinlər. Bu qədim abidələrimizi niyə bu formada bərpa etdiklərinin izahını versinlər. Kimsə bizdən tariximizə, abidələrimizə laqeyd qalmağı gözləməsin. Min illik abidələrimiz məhv edilərkən biz səssiz qala bilməzdik.

Əminik ki, bu yazılanlardan sonra aidiyyəti dövlət qurumları bu problemlə maraqlanacaq, qədim kəhriz abidələrinin sıradan çıxarılmasına imkan verməyəcəklər.

Tural Səfərov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ