çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AMEA-da deyəsən cəmi iki institut qalacaq - Ədəbiyyat və Tarix...

Image


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ləğv edilməsə də, daha əvvəlki kimi böyük müəssisə deyil.

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda ciddi islahat aparılıb və qurumun 37 institut və müəssisəsi yeni yaradılan Elm və Təhsil Nazirliyinə, 3 müəssisəsi isə Mədəniyyət Nazirliyinə verilib. AMEA-nın tərkibində isə yalnız humanitar sahəni əhatə edən 11 institut və 3 qurum saxlanılıb. Bunlar Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutudur. 

Hazırda ən aktual məsələlərdən biri AMEA-nın nəzdində qalan elmi-tədqiqat institutlarının birləşdirilməsidir. İddialara görə, Folklor, Dilçilik, Əlyazmalar institutları Ədəbiyyat İnstitutu, Şərqşünaslıq, Arxeologiya, Etnoqrafiya və Antropologiya və başqa institutlar isə Tarix İnstitutu ilə birləşdiriləcək. Bundan başqa, Elm və Təhsil Nazirliyinin nəzdində adı keçən institutların da birləşdiriləcəyi barədə iddialar var. Buna səbəb kimi bu institutların, demək olar ki, hamısının bir-birini təkrarlaması göstərilir. Bu institutların çoxunun tədqiqat obyekti də eyni olub, mövzuları da. Əsasən belə idi. Eyni mövzu üzrə il boyu saysız işlər yazılırdı. Hələ o vaxt mütəxəssislər deyirdilər ki, bir-birini təkrar edən, profilcə uyğun olan institutlar birləşdirilməlidir.

Bu institutların birləşdirilməsi zəruridirmi, real görsənirmi? Onları birləşdirmək keyfiyyətə təsir edəcəkmi?

Vüsalə Ağabəyli: “Birləşmə olacaqsa, bu mütləq keyfiyyətə və inkişafa xidmət etməlidir”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, bu barədə xeyli müddətdir danışılır: “Xeyli müddətdir ki, bu məsələlər müzakirə edilirdi, bir-birini təkrarlayan strukturların fəaliyyət göstərməsi və bəzən də bir-birindən xəbərsiz olması diqqətçəkən məsələ idi. Əslində, hər bir yenilik və dəyişiklik əsaslandırılmalıdır. Strukturların birləşdirilməsi nəyə xidmət edəcək və hansı üstünlükləri olacaq, bu barədə açıqlama verilməlidir. Bütün sahələrdə olduğu kimi, burada da şəxsi maraq yox, elmin inkişafı əsas missiya olmalıdır. Birləşdirilmə hansı tərəfdən üstünlük yarada bilər? Eyni istiqamətdə çalışan tədqiqaçıların sistemli fəaliyyəti, kompleksləşdirilmiş və əlaqələndirilmiş mənbə toplusu növbəti mərhələlərdə də yararlı ola bilər. Lakin bu cür struktur birləşməsi keyfiyyətə heç bir təsir etməyəcəksə, prosesin özəyi dəyişməyəcəksə dəyişikliyin də bir mənası yoxdur. Fikrimcə, bu cür birləşim mahiyyət və strategiya açıqlanmamış heç bir zəruriyyət doğurmur. Müqayisə üçün baxsaq, eyni peşə və ya ixtisas müxtəlif universitetlərdə mövcuddur, bu isə universitetlərin rəqabətini təşkil edir. Kadr hazırlığı istiqamətində əmək bazarında hansı universitetin yetişdirdiyi kadr daha yüksək formada təmsil olunursa, bu həmin universitetin reytinqini formalaşdırır. Keyfiyyətə xidmət edən rəqabəti elmi-tədqiqat institutlarında da təşkil etmək mümkündür, təbii ki, bu sadəcə real rəqabət olmalıdır, statistika yox. Yaradıcılıq praktika və inkişafa xidmət etməlidir. Bəzən konkret siyahı tutulur ki, mütləq filan qədər məqalə yazılmalı, elmi tədqiqat işi işlənməlidir, lakin keyfiyyət qalır kənarda. Elm ucsuz-bucaqsız bir sahədir, alimlərin sərbəst yaradıcılığı üçün şərait və mühit yaxşı olmalıdır. Birləşmə olacaqsa, bu mütləq keyfiyyətə və inkişafa xidmət etməlidir”.

  • İlqar Orucov: “Akademiyada  yaxın profilli, bir-birini təkrarlayan institutların vahid institutda cəmləşməsi daha doğrudur”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bu məsələnin dəfələrlə qəzetimiz vasitəsilə müzakirə edildiyini xatırlatdı: “Əvvəllər də sizinlə söhbətimizdə akademiyada bir-birini təkrar edən institutların, şöbələrin olduğunu dəfələrlə vurğulamışıq. Əslində profili, istiqaməti bir-birinə yaxın olan institutların birləşdirilməsini biz də təklif etmişik. Bu gün də düşünürəm ki, akademiyada  yaxın profilli, bir-birini təkrarlayan institutların vahid institutda cəmləşməsi daha doğrudur. Ədəbiyyat, Dilçilik, Folklor İnstitutları çox yaxın profilli institutlardır və bunların bir institutda birləşməsi çox yaxşı olardı. Təbii ki, bir sıra institutlar Elm və Təhsil Nazirliyinə verilib. Eləcə də, İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutu da profilcə yaxın institutlardır. Buna da zaman-zaman toxunmuşuq ki, fərqli adlar altında fəaliyyət göstərən və profilcə yaxın olan institutlara görə xeyli administrativ və izafi xərclərə yol verilir. Düşünürəm ki, cənab Prezidentin həmin fərmanı həm də idarəetmənin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına xidmət edir. Biz bundan danışırıqsa izafi xərclərə heç bir halda yer yoxdur. Hər direktor özünə katibə, maşınlar, sürücülər saxlayacaq, direktor müavinləri olacaq, onların katibələri olacaq və sair. Hesab edirəm ki, profilcə yaxın olan institutların ayrı-ayrılıqda fəaliyyətinə heç bir ehtiyac yoxdur. O ki qaldı AMEA ilə bağlı məsələyə, burada söhbət Milli Elmlər Akademiyasının ləğvi məsələsindən getmir. Biz əgər milli deyiriksə, ədəbiyyat da, dilçilik də, folklor da, tarix də, arxeologiya və etnoqrafiya da millidir. Əslində, akademiya indi öz profili üzrə fəaliyyət göstərəcək. Ona görə də, milli mövzularda tədqiqat aparan institutların bu gün AMEA-da qalması bu qurumun mahiyyətinə tam uyğundur. Bu baxımdan da, milli mövzuda tədqiqat aparan institutların fəaliyyətində səmərəliliyin artırılması üçün mütləq şəkildə bu işlərə gedilməlidir. Tutaq ki, Dilçilik, Ədəbiyyat və Folklor institutlarının oxşar şöbələri birləşdirilsə bu ən azı mərkəz kimi fəaliyyət göstərər. Görün, o zaman nə qədər laboranta, texniki işçiyə, rəhbər heyətə  ehtiyac olmayacaq. Nəticədə isə səmərəlilik artacaq və rəqabət mühiti yaranacaq. Eyni zamanda birgə tədqiqatlara imkanlar yaranacaq. Mən bu mövzunu çox yüksək qiymətləndirirəm”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ