Cümə günü, 18 sentyabr 2026
     

CIĞIR YOLA ÇEVRİLİR..

Image


ƏNƏNƏ YAŞAYIR... Azərbaycan tarixi romanlarından söz açanda  deyə bilərik ki, Məmməd Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu gün də uğurla davam etdirilir. Və hər bir romançı Azərbaycan tarixinin müxtəlif qütblərini, həm işıqlı, həm də qaranlıq səhifələrini canlandırarkən məhz Balzakın dediyi kimi katiblik missiyasını yerinə yetirirlər. Onlar təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən nəzər yetirib onları bədii şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə tarixi reallıqlarla bədii təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət təşkil etməlidir, V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb qarışır". Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar...bütün bunlar təsvir olunan tarixi dövrün özünün obrazını yaratmalıdır. Bizim ən sanballı tarixi romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli, istər Ə.Cəfərzadə, istər Y.Səmədoğlu, İstər Elçin, istər F.Kərimzadə, istər Ə.Nicat  və istərsə də digər tarixi roman müəlliflərimiz bu prinsipə həmişə əməl etmişlər. Son iyirmi ildə də tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar. Sabir Rüstəmxanlının, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Mustafa Çəmənlinin tarixi romanları bu janrın inkişafında yeni bir dönəmin başlandığını sübut edir. Bu romançılar sırasında son iyirmi ildə ən çox məhsuldar işləyən bir yazıçını- Yunus Oğuzu artıq bu janrın müməsili (təmsilçisi) kimi tanıyırıq, yəni, o, ancaq tarixi romanlar yazır.  "Nadir şah", "Təhmasib şah",  "Sultan Alp Arslan", "Əmir Teymur", "Atabəy Eldəniz", "Uçurum" tarixi romanları, həmçinin bir neçə tarixi pyeslər  onun qələmindən çıxıb.

Yunus Oğuzu tarixi roman  və pyeslər yazmağa vadar edən səbəb nədir,-deyə düşündüm. Birincisi, belə güman etdim ki, əsas səbəb onun heç də   tarixçi olmasında deyil, illər boyu ürəyində mürgüləyən, sonrasa birdən-birə ayılan yazıçı şövqünün get-gedə şiddətlənməsidir. Necə ki, bəzi aktyorlar dönüb istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən Yunus Oğuzun əksər romanlarına dəyərli müqəddimələr yazmış Nizami Cəfərovun bir fikrini xatırlayıram: "Yunus Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdliyi var, tarixlə işləmək mədəniyyəti, eyni zamanda, çox müasir və güclü bədii təfəkkürü var. Tarixdən yazan yazıçı üçün bunların hər ikisi mühüm məsələdir".

İkincisi, qəti əminəm ki, ən yaxşı, sanballı tarixi romanlarımız böyük vətənpərvərlik duyğusu ilə qələmə alınır və vətənpərvərlik duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da bunu hiss edirik.  Mətləbi uzatmaq istəmirəm və Yunus Oğuzun lap bu yaxınlarda çapdan çıxan "Cığır" romanı haqqında söz açmaq istəyirəm.

SÖHBƏTƏ CIĞIRDAN BAŞLAYAQ. Romana niyə  "Cığır" adı qoyulub? Bunun iki mənası var. Birincisi: Məlumdur ki, Şuşa 1752-ci ildə Qarabağın ilk hakimi Pənahəlli xanın qurduğu, yaratdığı bir şəhərdir. Təbii ki, ilk dönəmdə şəhərin qurğusunda bir sıra çətinliklər meydana çıxdı, bunu biz yeddi "Qarabağnamə"də də izləyə bilərik. Amma Yunus Oğuz belə bir versiya irəli sürür: gələcəkdə düşmən Şuşaya hücum edərsə, şəhər mühasirəyə alınarsa, hansı yolla bu mühasirədən qurtulmaq olar- xalqın nümayəndəsi-çoban olmasına baxmayaraq çox ağıllı bir insan olan Nəsrəddin kişi onu heç kimin tanımadığı, bilmədiyi bir cığıra gətirir. "Bu yolu heç kim bilmir, dağ keçilərindən başqa...Bu sirri yalnız  bir neçə nəfər bilməlidir, yoxsa gələcəkdə  tikəcəyin şəhər  çox keçməz, bərbad olar                                                                                                                "-deyir Nəsrəddin kişi. Əlbəttə, bunu real bir versiya hesab etmək olar. Çünki Şuşa bu 270 il ərzində dəfələrlə hücuma, mühasirəyə məruz qalıb, amma onu təkcə cəsur və qəhrəman Şuşa sakinləri deyil, həm də yenilməz dağlar, qayalar, cığırlar müdafiə edib.

İkincisi: CIĞIR həm də simvolik məna daşıyır.Cığırın lüğəti mənası kiçik yol və yaxud dar, balaca yol deməkdir, amma yolun özü deyil. Elə cığır var ki, yola çevrilmir, amma yola gedib çıxan və yola çevrilən, yolun tərkibinə qatılan cığırlar olur. Bu prosesi təbiət özü tənzimləyir. Lakin Yunus Oğuz buna simvolik məna verir. Deyək ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın iyirmi faizi işğal olundu, cığırlar (ayrı-ayrı dəstələr, döyüşən qüvvələr) birləşə bilmədi, Yola çevrilmədi. Ancaq İkinci Qarabağ müharibəsində bütün cığırlar VAHİD YOLA çevrildi.

Romanın son səhifələrinə boylanaq: "Cığır bitdi, Azərbaycan yola çıxdı. Dövlətini dünyaya tanıdan Böyük YOLa. Müharibənin nəticəsi olaraq 10 noyabrda  Ermənistan  təslimçilik aktını imzaladı".  "Şuşanın işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri isə parçaladı. Şuşa bütöv ruhumuzu özümüzə qaytardı, çünki parçalanmış ruh  torpağı da, xalqı da parçalayır. Şuşa CIĞIRI Zəfər yoluna çevirdi. CIĞIRın Zəfər yolu isə davam edir".

KEÇMİŞLƏ  MÜASİRLİYİN VƏHDƏTİ.  Yunus Oğuzun "Uçurum" romanında olduğu kimi "Cığır"da da hadisələrin əksəriyyəti yaşadığımız illərdə baş verir. "Uçurum" haqqında yazdığım bir məqalədə qeyd etmişdim ki, Yunus Oğuz hər hansı bir romanında tarixlə  müasirliyi vəhdətdə götürür, yəni "tarixdə bu gün, bu gündə tarix" (Nizami Cəfərov) prinsipinə əməl edir. "Üçurum"da  o, XVI əsrdə-Şah Təhmasibin hakimiyyəti dövründə baş verən hadisələrlə XXI əsrin narkobizneslə bağlı olaylar arasında kommunikasiya-əlaqə bağları yaradır.  "Cığır"da isə XVIII əsr-Qarabağ xanlığının ilk illəri-Pənahəli xanın Şuşanı inşa etməsi və burada baş verən ilk Cığır axtarışları ilə XXI əsdə Birinci və İkinci Qarabağ müharibələri dövrünün hadisələri paralelləşir. Hər iki əsərdə bəzi oxucular etiraz edib deyə bilərlər ki, "tarixi roman" istilahı nəyə lazımmış? Amma Yunus Oğuz "tarixdə bu gün, bu gündə tarix" prinsipini əsas götürür. "Tarix təkrar olunur" -xüsusilə Azərbaycan tarixinin elə dövrləri və mərhələləri var ki, hadisələrin gedişatı və inkişafı bir-birilə səsləşir. Məgər XVI əsrdəki erməni xisləti dəyişibmi? Məgər Azərbaycanın parçalana-parçalana belə vahidliyə, bütövlüyə can atması (xanlıqlardan üzü bəri) əsrlərdən bəri milli düşüncəyə təkan verməmişdimi?  Yəni tarix spiralvari xətt üzrə inkişaf edir-xəttin əvvəli ilə sonu arasında bir-birini tamamlayan hadisələr mövcuddur. "Cığır"da da Məhəmmədhəsən Qacarın Şuşaya uğursuz hücumu təsvir olunur, eyni zamanda Şuşa uğrunda döyüşlərdən və şəhərin işğaldan azad olunmasından söhbət gedir.Əslində, müəllifin mövqeyi məlumdur: Azərbaycanın müstəqilliyi, Cığırı Yola çevirmək idealı... Və sonda: "Qarabağ-Azərbaycandır-nida!"

REALLIQLAR VƏ BİR DƏ BƏDİİ TƏXƏYYÜLÜN ROLU. Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir və burada ilk növbədə, əsl istedadla yanaşı, bu istedadı şərtləndirən bir çox arqumentlər də nəzərə alınmalıdır.  O arqumentlər sırasında yazıçının müraciət etdiyi tarixi dövrü, haqqında söz açdığı tarixi şəxsiyyəti nə dərəcədə dərk etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi, kifayət qədər (hətta tarixçilərin bildiyindən də artıq!) məlumatlı olmasaydı, necə deyərlər, təpədən-dırnağa nizamiləşməsəydi... Yunus Oğuz da "Cığır"da təsvir etdiyi hadisələri və real obrazları dərindən müşahidə edib, əslində, bütün bu hadisələr onun gözləri qarşısında baş verib və o, özü də bu hadisələrin içində olub. Təbii ki, Yunus Oğuz sənədli roman yazmaq iddiasında olmayıb və onün digər romanlarında da sənədlilik üslubi mahiyyət daşımır. Lakin məlum hadisələrin təsviri bədii informasiya vasitəsilə oxucuya çatdırılır. Bəzi məqamlarda tarixi faktlar da qısaca nəzərə çatdırılır və bu da vacibdir.

Romanda təsvir olunan reallıqlar  (məlum hadisələr və insan obrazları) üç xətt üzrə diqqəti cəlb edir.

Birinci xətt- siyasi hadisələr və bu hadisələrin mərkəzində qərarlaşan real obrazlar. İlk növbədə, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev.

"Prezident ayağa durdu, saatına baxdı, Təhlükəsizlik Şurasının  iclasına hələ on beş-iyirmi   dəqiqə qalırdı...İçində  bir qalxınma vardı. O özü də  Azərbaycan üçün  yeni bir CIĞIR açırdı. Bu yeni CIĞIRı yola çevirmək istəyirdi".Bütün roman boyu -xüsusilə, İkinci Qarabağ müharibəsi ilə bağlı hər səhifədə biz Ali Baş Komandanın qüdrətini və ağıllı, son dərəcə tədbirli və son dərəcə diplomatik dəst-xəttini hiss edirik. Ali Baş Komandanın Tovuz döyüşləri zamanı əsl  sərkərdəlik məharəti üzə çıxdı və Yunus Oğuz təxminən 7-8 səhifədə bunu oxucuya çatdıra bilir.

Romanda Ermənistan rəhbərliyinin-  Baş nazir  Paşinyanın, müdafiə naziri Tonoyanın, keçmiş prezidentlər-Sarkisyanın, Koçaryanın, Paşinyanın arvadı Anna Akopovanın və bunlara dəstək olan xarici qüvvələrin obrazları da yaradılıb və Yunus Oğuz  fəhmlə  (həm də məlum informasiyalarla)  onların söz-söhbətlərini, Azərbaycanla bağlı açıq və gizli niyyətlərini nəzərə çatdırır. Yunus Oğuz üçün erməni xislətini bütün mahiyyəti ilə əks etdirmək o qədər də problem deyil. Paşinyanın siyasi aləmdə uğursuz gedişləri, Moskvadan və Parisdən onu müdafiə edənlərlə nökərcəsinə yardım diləməsi, dünya erməni lobbisi ilə münasibətləri, Ermənistanın öz daxilində müxalifətlə "düşmənçiliyi" hamıya məlumdur, amma bütün bunlarla bir sırada antitürk mövqeyi hər bir düşmən erməni kimi onun da qanına hopub. İstər o, istərsə də məlum düşmən qüvvələri Azərbaycanın 44 gün ərzində qələbəsini heç gözləmirdilər. Yunus Oğuz gah  ciddi ironiya, gah da açıq bir tövrlə, heç bir lağa qoymadan paşinyanların bütöv ERMƏNİ xtslətini canlandırır. Əsrlər boyu bu ERMƏNİ XİSLƏTİ dəyişmir. Ancaq 44 günlük Qarabağ zəfəri "Dənizdən dənizə böyük Ermənistan" xəyallarını puç elədi.

İkinci xətt- "Cığır"ı həm də müharibə romanı adlandırmaq olarmı? Axı,  müharibə  romanlarında döyüş səhnələri olur, ya da  müharibə gedən illərdə arxa cəbhə təsvir olunur ki, bu da az əhəmiyyətli deyil.  "Cığır"da  genişliyilə olmasa da, bir neçə döyüş səhnəsi təqdim edilir. "Erməni əsgərləri arasında  vahimə yarandı. "Kölgə əsgərlər"  sözü  onları  elə qorxuya salmışdı ki, hara gəldi, gülləni atırdılar..Bir azdan qaçaqaç düşdü. Kimisi Xankəndinə, kimisi Laçın dəhlizinə, kimisi də dağa-daşa, meşəyə üz tutdu. Texnikaların hayına isə  qalan yox idi. Erməni əsgərlər qaçır, özləri özlərinə  atəş açır, ölür, öldürürdülər. Yol yaralılar və meyitlərlə dolmuşdu. Səhərə yaxın  Şuşa yolunda  daha heç kim qalmamışdı". Ümumən roman bütünlüklə müharibədən danışır, müharibənin bütün gedişatından xəbərdar oluruq, biz müharibənin insan talelərinə necə ağır zərbələr vurduğunu da izləyirik.

Üçüncü xətt-  "Cığır" həm də Xalq romanıdır. Əsərdə- əksər səhifələrdə Xalqın iradəsi, otuz illik həsrətə son qoymaq, doğma torpaqlara qayıtmaq, qovuşmaq arzusu səslənir. "Çünki otuz il idi ki, elə bir yer  yox idi ki, bu barədə danışılmasın, arzu-istək bildirilmıəsin. Xüsusən, xeyir-şər məclislərində bütün söhbətlər Qarabağla bitirdi. İnsanlar Allaha dua edirdilər ki, bu qisas qiyamətə qalmasın". Yunus Oğuz romanda Xalqla hakimiyyət, Xalqla Ordu arasında vəhdəti xüsusilə nəzərə çatdırır və doğrudan da, Lələtəpə və Tovuz döyüşlərində bu vəhdət daha artıq hiss edildi. "Elə müharibənin birinci günündən xalq orduya çevrildi. Əsgər həm də arxa cəbhədə olanlardan  böyük dəstək görürdü. Bunun üçün ölməyə yox, öldürməyə gedirdi".Azərbaycan ordusu isə artıq dünyanın ən güclü, ən müasir bir ordusuna çevrilmişdi və 44 günlük müharibədə qazanılan qələbələr də bunu sübut etdi" Müəllif Tovuza tələsən, orduya yazılmaq istəyən minlərlə azərbaycanlının intiqam hissini qələmə alır, əslində, bütün bunlar bizə tanışdır, amma bədii əsər bu təsirli səhnələrdən yan keçə bilməz. "Baxın: bir atanın dilindən nə eşidirik: "Üç oğlumdan biri  dövlətə, Vətənə qurban olsun!- Yanındakılara baxıb  fəxrlə əlavə etdi.- Amma demişəm: Kürəyindən güllə dəyib ölsən, heç qəbrinin üstünə də gəlməyəcəm.  Belə ölümlə rayonda biabır olaram. Qonum-qonşu deyər ki, ə, sən niyə kişi olursan? Oğlun erməninin qabağından qaçanda ölüb də. Ətrafdan səslər gəldi:

-Halal olsun!

-Afərin!"

Yunus Oğuz milli dəyərlərə bağlı yazıçıdır və "Cıjğır"da da bu dəyərlər, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi ucalıqları hərarətlə vəsf olunur. General Polad Həşimovun simasında təkcə sərkərdə obrazını deyil, həm də milli -ailəsinə, əsgərlərinə və ən başlıcası Vətəninə bağlı milli-mənəvi dəyər meyarı ilə qarşılaşırıq.  Müharibə-xalqın taleyini, ölüm-dirim savaşını həll edən psixoloji bir məqamdır. Müharibə insanları sınaqlardan keçirən məhək daşı deyilmi?  Əgər su satan balaca bir uşaq  satdığı suyun pulunu almırsa, bu da milli-mənəvi dəyərin kiçik də olsa, bir detalıdır. "Əmi, ağzında deyirsən, kişi oğluyam. Bu pulu ala bilmərəm". Beşinci sinif şagirdi Aybənizin əsgərə məktubu da o detallardan biridir. Romanda Əzizənin (onlarla Azərbaycan qadınlarından biri) əri Farizin ölümündən sonra keçirdiyi hisslər, mağazadan aldıqlarının pulu ödəniləndə etiraz etməsi bir azərbaycanlı qadına xas olan mənəvi keyfiyyətdir. Ancaq müharibə dövrü qadınları içərisində Nargül kimiləri də var ki, şəhid ərinin ölümündan sonra hərbi paltar geyinir, cəbhəyə yollanır. Qəbələnin  Tüntül  kəndində yaşayan  Gülbala kişinin üç oğlu-Elgün, Elkin, Turan Vətən müharibəsində iştirak edirlər, belə ailələr Azərbaycanda az deyildi. Ədliyyə işçisi olan Kamran birbaşa hərbi komissarlığa gəlir ki, cəbhəyə yollansın, o, Suqovuşanda böyük hünər göstərir.Bəs Cəbrayıl Dövlətzadə necə( Əslən Zəngilandan olan Cəbrayıl Sumqayıtda-Corat qəsəbəsində doğulmuşdu. O, əliyalın olsa da, bir erməni polkovnikini  bıçaqla, bir generalını isə əliylə boğub öldürür, özü də həlak olur. "Cığır"da belə misallar az deyil və Yunus Oğuz bu səhnələrlə Xalqın mənəvi qüdrətini əks etdirir. Qarabağ müharibəsi də təklərin, fərdlərin böyük axında-Orduda, "torpaq uğrunda ölən varsa, Vətəndir" məramında birləşməsi, cığırların böyük Yola çevrilməsini əks etdirdi.

"Cığır" romanı son otuz ilin ictimai-siyasi mənzərəsini canlandırmaq, bədii-publisistik yolla bu mənzərəni əks etdirmək, "Qarabağ-Azərbaycandır!" nidasının Qələbə, Zəfər ahənginə çevrilməsini, Azərbaycan tarixinin misli görünməmiş səhifələrini yaratmaq, böyük Azərbaycan və Azərbaycanlı obrazlarını dünyaya tanıtmaq baxımından Yunus Oğuzun uğurlu əsəridir.

VAQİF YUSİFLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ