Astara rayon Mədəniyyət Mərkəzinin Pensər kənd Folklor Evində Birinci Qarabağ müharibəsinin qazisi, birinci qrup əlil, Pensər kənd sakini İqbal Mürsəlovla görüş keçirilib. Pensər kənd icra nümayəndəsinin müavini Sevil Mehrəliyeva, kənd kitabxanasının müdiri Nuridə Babayeva, kənd Folklor evinin metodisti Elvin Məlikov, kənd sakini Fuad Mehrəliyev və bir qrup şagirdlərin qatıldığı tədbirdə öncə Vətən yolunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər İqbalın timsalında Azərbaycanın müqəddəsliyinə tapınıb onun bütövlüyü uğrunda savaş meydanında hünər göstərib sağlamlığını qoyan bütün Vətən övladlarına can sağlığı arzulayıb və “Fədai” medallı qəhrəman döyüşçünün keçdiyi şərəfli döyüş yolundan söz açıblar.
Sonra hərbi vətənpərvərlik mövzusunda çəkilən “Görünməyən qəhrəmanlar” sənədli filmi nümayiş olunub. Qəhrəmanımızın qardaşı İgid Mürsəlov mədəniyyət işçilərinə göstərdikləri diqqətə görə ailəsi adından təşəkkürünü bildirib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü