Pəncəli Teymurov. Milyonlarla insanların yaddaşından heç zaman silinməyəcək xoş xatirələr yaşadan bu ad Astara rayonunun Əzərüd kəndini igidlər diyarı kimi bütün Azərbaycana tanıdıb. Bu yurd yerində kiçik də, böyük də Pəncəli ilə fəxr edir. Əzərüd kəndində şəhid Pəncəli Teymurovun ev-muzeyini yaradıblar. İndi bura çoxları üçün and yerinə dönüb. Bu günlər isə Milli Məclisin deputatı Adil Əliyev muzeyi ziyarət etdi. Ziyarət zamanı qəhrəmanın valideynləri övladlarının şücaətindən böyük fəxrlə, iftixarla danışdılar, tədbirə qatılanlar isə onun keçdiyi döyüş yolu barəsində deputata geniş məlumat verdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü