çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bakı marşrutlarında avtobusların sayı günbəgün azalır - sanki kiminsə qəsdi var...

Image


Bakıda hər gün marşurut xətləri üzrə gecikmələr az qala bir ənənəyə çevrilib. Elə bir istiqamət yoxdur ki, ora işləyən avtobuslar gecikmə ilə hərəkət etməsin. Müşahidələr göstərir ki, günü-gündən müxtəlif marşurut xətləri üzrə hərəkət edən  avtobusların sayı azalır, nəticədə də gecikmələr baş verir, sərnişinlər bəzən 40-45 dəqiqə, 1 saat dayanacaqda dayanıb avtobus gözləyirlər.

Qeyd etdyimiz kimi, avtobuslar arasında bəzən interval 1 saata yaxın olur. Çoxlarımızın gündəlik istifadə etdiyimiz 205 saylı avtobuslar da son günlər intensiv olaraq gecikmə ilə hərəkət edirlər. Sərnişinlər sürücülərdən ləngimənin səbəbini soruşduqda onlar cavab verirlər ki, “BakuBus” bu xətt üzrə cəmi 8 avtobus buraxır. Onlar qeyd etdilər ki, təkcə 205 deyil, bütün marşurut xətləri üzrə 6-8 avtobus işləyir, şirkətlər avtobusları  xəttə buraxmır. Hətta bəzi şirkətlərin sürücüləri ixtisara saldığı iddia edilir. Şəhərin ictimai nəqliyyat sistemi yenə niyə iflic duruma salınıb? Avtobusların gecikməsinin səbəbi nədir? Nə baş verir və bu problem nədən qaynaqlanır?

  • “Camaatı ictimai nəqliyyata səsləyə-səsləyə ictimai nəqliyyatı da bərbad vəziyyətə qoyublar”

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə bildirdi ki,  bu sahədə çox ciddi problemlər var: “Bu gecikmələr artıq intensiv hal almağa başlayıb. Bakı Nəqliyyat Agentliyi (BNA) yarıtmaz fəaliyyətini ortaya qoyub və ortaya qoymaqdadır da. Onun nəticəsidir ki, sərnişinlər hər gün yollarda qalır, problemlə üzləşirlər. Əslində nə baş verir? Təsəvvür edin ki, cənab Prezidentin sərəncamı ilə milyonlarla vəsait ayrılıb və ölkəyə 2015-ci ildən bu yana 715 ədəd “BakuBus”da indi idarə olunan IVECO və GVMC markalı avtobuslar gətirilib. Bu yaxınlarda Hesablama Palatası üzə çıxardı ki, bu avtobusların 300-ü  hazırda heç bir işə yaramır. Çünki Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu söküb bərbad hala salıb və başqa avtobuslar üçün ehtiyat hissələri kimi istifadə edib. Yəni bu birbaşa xəyanətdir, cinayətdir, bunun da cavabı verilməlidir. Biz ictimai nəqliyyatın inkişafına çalışarkən Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu niyə bərbad vəziyyətə salıb? İndi “BakuBus” Azərbaycan İnvestisiya Holdinqin tərkibinə keçib və orada  yenə də avtobusların bir hissəsi BNA-nın əlində qalıb, bir hissəsi isə “BakuBus”a verilib. Bu avtobusların BNA-da qalmasının da səbəbi odur ki, o vaxt ölkəyə gətiriləndə “Bakubus”ların texniki pasportuna BNA ya bilərəkdən, ya bilməyərəkdən hüquqi şəxs kimi BNA-nı yazdırıb. Yəni öz adlarını qeyd etdirib. Bu tamamilə qanunsuz hərəkət idi və puplik hüquqi şəxs olaraq onlar özləri bu işlə məşğul ola bilməzdilər, çünki o avtobuslar “BakuBus” üçün gətirilib”.

E.Muradlının sözlərinə görə, amma BNA qanunsuz  olaraq o avtobusların texniki pasportunda qeydiyyat zamanı öz adını yazdırıb, indi də təhvil-təslim məsələsində bu, problem olaraq ortaya çıxır. E.Muradlının qeyd etdiyinə görə, BNA zamanla demək olar ki, əksər marşurutları digər daşıyıcı şirkətlərin əlindən alıb tender elan etdi və elə şərtlər qoydu ki, bütün tenderlərin hamısında özü qalib gəldi: “Bu gün dediyimiz 715 avtobusun 300-ü istismara yararsızdır, qalan 415-nin də ən azı 100-ü, 110-u gündəlik xəttə çıxmır. Yəni “BakuBus” bu avtobusları xəttə buraxmır, çünki qənaət rejiminə keçiblər. Yanacağın qiyməti bahalaşıb, xərclər arıb, ehtiyat hissələrinin qiyməti qalxıb, xərcləri ödəyə bilmirlər (yəni istismar xərcləri var-E.M) ona görə də xəttə buraxılan avtobusların sayını azaldıblar. Mümkün qədər az avtobus buraxırlar. Hətta məndə olan məlumata görə, “BakuBus”un hazırda 415 avtobusu olduğu halda şənbə-bazar günləri 280-290 avtobusu xəttə buraxır. Adi günlərdə isə 300, 310 arası avtobus buraxılır, yenə 100 avtobusu “yeyirlər”, xəttə buraxmırlar. Eyni proses digər daşıyıcı şirkətlərdə də gedir”.

E.Muradlının bildirdiyinə görə, yanacağın qiyməti bahalaşdı və dövlət də elan etdi ki, daşıyıcı şirkətlərə dotasiya veriləcək, onlar qiymətləri artırmasın, amma bu gün həmin dotasiyanı almaq mümkün deyil:“Çünki o şirkətlərin əksəriyyəti qanuni fəaliyyət göstərməyib, rəsmi iş qurmayıb, işçilərlə əmək müqaviləsi bağlamayıb və sair. İndi onların rəsmi göstəriciləri olmadığına görə onlara o dotasiyanı vermirlər. Əvvəllər 40-50 qəpiyə aldıqları dizeli indi 80 qəpiyə alırlar, ehtiyat hissələri bahadır. Təsəvvür edin ki, bir təkər komplektində ən azı 300-500 dollar arası bahalaşma var, ehtiyat hissələrində də hımçinin. Daşıma şirkətləri də belə qalıb ki, niyə 30 qəpiyə sərnişin daşıyım? Dövlətə təkliflər verirlər, dövlət onlara əlavə dotasiya kimi vəsait ayırmır, ayıra bilmir, yaxud maraqlanmır, ya da gediş haqqı bahalaşmalıdır. Bax, ona görə belə düşünürəm ki, məqsədli şəkildə əhalini narazı salırlar, sərnişinləri incidirlər, avtomobilləşməyə məcbur edirlər. Yəni hərəkətlərlə dolayısı ilə sərnişinləri məcbur edirlər ki, imkan düşən kimi gedib özlərinə maşın alsınlar. Halbuki, BNA dünənə qədər avtomobilləşmə lazım deyil, mümkün qədər ictimai nəqliyyata üstünlük vermək lazımdır deyirdi. Camaatı ictimai nəqliyyata səsləyə-səsləyə ictimai nəqliyyatı da bərbad vəziyyətə qoyublar. Problem budur, gecikmə ona görə baş verir, interval bu səbəbdən yaranır...”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ