çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Sərt, mərd, həmdərd” - Şamil Şahməmmədovun ömür yolu Mətbuat Şurasında müzakirə edildi - FOTO

Image


Azərbaycan Mətbuat Şurasında ustad jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının təqdimatı keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, adını Azərbaycanın jurnalistika tarixinə əbədi yazdırmış söz fədaisi Şamil Şahməmmədovla bağlı kitabın ərsəyə gəlməsi onun əməyinə, həyat missiyasına böyük dəyərin müstəsna nümunəsidir. “Kitabın adı Şamil müəllimin xarakterindəki xüsusiyyətlərin bir növ toplusudur. Mən onun sərtliyini daha çox tələbkarlıq kimi qiymətləndirərdim. İşə prinsipial yanaşması ilə seçilirdi. Rəhbərlikdə müdrik sima idi və hər kəsə qayğılı münasibətin nümunəsi də məhz o idi. Yaxşı yadımdadır, 12 il öncə burada biz onun 75 illik yubileyini keçirmişdik. Həmin məclisdə sənət dostları, həmkarları Şamil müəllim haqqında xoş sözlər deyir, xatirələrini bölüşürdülər. Özü başda oturmuşdu. Birdən mənə tərəf çevrilib çox sakit tərzdə dedi: “bunlar nə vaxt məni tərifləməyi dayandıracaqlar?” Təbii, tədbirdə çıxış edib xoş sözlərə görə hamıya təşəkkürünü ifadə etdi. Amma son dərəcə təvazökar idi”, - deyən Ə.Amaşov vurğulayıb ki, mənalı ömrünü tamamilə jurnalistikaya həsr etmiş Şamil Şahməmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filalogiya fakültəsinin jurnalistika şöbəsinin bitirmişdi. Bir müddət dövlət radiosunda çalışmışdı. Hələ tələbə ikən ustad Nəsir İmanquliyev onu “Bakı”-“Baku” qəzetinə dəvət etmişdi. Ş.Şahməmmədov paytaxtda tikinti bumunun yaşandığı ötən əsrin 60-70-ci illərində görülən işlərlə, məhşur binaların, ictimai iaşə obyektlərinin inşası ilə bağlı genişhəcmli, dolğun reportajları ilə bu janra özünəxas çalarlar gətirmişdi. 30 ilə yaxın “Bakı”-“Baku”da çalışmış böyük qələm sahibi nəşrdə sıravi müxbirlikdən baş redaktorluğadək yüksəlmişdi. Sevimli qəzetindən ayrıldıqdan sonra “Xalq qəzeti”ndə baş redaktor müavini kimi fəaliyyət göstərmişdi. Daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru olmuşdu. “Mənə nə xoş ki, onunla birlikdə çalışmışam, ondan öyrənmişəm. Şamil müəllim sözün əsl mənasında jurnalistika məktəbi idi. Gənclərə peşənin sirlərini aşılayırdı. Bundan əsla yorulmazdı”, - deyən MŞ sədri əlavə edib ki, çoxşaxəli yaradıcılıq diapazonuna malik Ş.Şahməmmədov jurnalistika ilə yanaşı, ədəbi-bədii tərcümə ilə də məşğul olurdu. Futbolla əlaqədar təhlilləri oxucular tərəfindən böyük maraqla qarşılanırdı. Hər kəs onu həm də mahir idman jurnalisti kimi də tanıyırdı. Ə.Amaşov çıxışında həmçinin təqdimatı keçirilən “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabını ustad jurnalistin parlaq şəxsiyyətinə, yaradıcılıq irsinə dəyərin nümunəsi kimi qiymətləndirib.

Toplantıda çıxış edənlərdən “Bakı”-“Baku” qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, respublikanın əməkdar jurnalisti Etibar Babayev, veteran jurnalist Fazil Rəhmanzadə, “Bakı”-“Baku” qəzetinin baş redaktor müavini Ənvər Məşədiyev, poliqrafçı alim Şəddat Cəfərov, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, Bakı Multikulturalizm Mərkəzinin əməkdaşı, tanınmış jurnalist Araz Qurbanov, “Xalq qəzeti”nin baş redaktor müavini, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin müəllimi Şəlalə Həsənova, AZTV-nin böyük redaktoru Aybəniz Məmmədəliyeva, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova,  tanınmış veteran jurnalistlər - Vaqif Musayev, əməkdar jurnalist Əntiqə Qonaqova, Rafiq Həsənov, Hacı Mehman Fərzullayev  və başqaları Ş.Şahməmmədovla bağlı xatirələrini bölüşüblər. Onlar ustad jurnalisti peşəsinə sədaqət, prinsipiallıq simvolu kimi xarakterizə edən cəhətlərdən söz açaraq bildiriblər ki, belə bir şəxsiyyətin xatirəsinə ehtiram nümunəsi kimi ərsəyə gəlmiş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabında yer almış məqalələr ona vəfa borcu olmaqla yanaşı, həm də tariximizin mühüm mərhələsinin öyrənilməsi baxımından mühüm materiallardır.

Qeyd edək ki, bu il “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının tərtibçisi və ön söz müəllifi tanınmış jurnalist Züleyxa Nadir, redaktorları Züleyxa Nadir və Zemfira Məhərrəmlidir. Nəşrdə sənət dostları və həmkarlarının müxtəlif illərdə ustad qələm sahibi ilə bağlı yazıları, həmçinin onun həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolar yer alıb.

Onu da bildiririk ki, “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmiş ilk jurnalisti olan Şamil Şahməmmədov 1935-ci ildə Gəncədə anadan olub, 2021-ci ildə Bakıda vəfat edib.

Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ